Bu il Azərbaycan Turizm Forumu Qəbələ şəhərində keçiriləcək

Azərbaycanda iki turistin yemək xərci Türkiyədən 40%, Gürcüstandan 20% bahadır.

Turistlərin qiymətlərlə bağlı çox istifadə etdiyi NUMBEO internet portalı iki nəfərin restorandakı nahar qiymətlərini araşdırıb və bununla bağlı dünya ölkələrinin renkinqini hazırlayıb.

Renkinqdə Azərbaycanın da adı var.

Renkinqə görə, orta səviyyəli restoranda iki nəfərin üç növ yemək yeməsi üçün Azərbaycanda 23.5 dollar tələb edilir. Bu, hazırkı məzənnə ilə 40 manat edir.
Regionun turizm ölkələri ilə müqayisədə, Azərbaycanda qiymətlər 20-40% bahadır. Məsələn, həmin göstərici Gürcüstanda 18.7 dollardır, yəni bizdən təxminən 20% ucuzdur. Türkiyədə isə bu göstərici 14.7 dollardır, yəni Azərbaycandakı qiymətlərdən 40% daha ucuzdur.

Ümumilikdə, sayt 86 ölkənin reytinqini hazırlayıb. Bu sıralamada Azərbaycan 55-ci, Gürcüstan 69-cu, Türkiyə 77-ci yerdədir.

Turizim sektorunun nümayəndəsi Oktay Xankişiyev ictimai iaşə obyektlərində turistlərə xidmətlərin şişirdilmiş qiymətlərlə təqdim olunduğunu deyir:

"10-20 manatlıq xidmətlər turistlərə 100-200 manata satılır. Turizm şirkətlərinin nəzarətində olsaydı, bu hadisələr baş verməyəcəkdi. Çünki biz onların təkrar Azərbaycana gəlməsində maraqlıyıq".
Ölkələrin ümumi renkinqində Azərbaycanın yeri belədir:
Bu il Azərbaycan Turizm Forumu Qəbələ şəhərində keçiriləcəkQeyd edək ki, renkinqdə turistlər üçün ən bahalı menyu İsveçrə və İslandiyadadır, burada iki nəfərlik yemək 98-99 dollara başa gəlir.

/oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 652   Tarix: 29 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qobustanda palçıq vulkanları ilə bağlı turizm kompleksi yaradılacaq

Növbəti ildən etibarən Qobustan rayonu ərazisində yerləşən palçıq vulkanlarının birinin ərazisində böyük kompleksin yaradılması nəzərdə tutulub. -a istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Sammitində Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib. Onun sözlərinə görə, komplek

29.11.2019 3668
.

Turistlərə Rusiyada istirahət etmək müqabilində pul təzminatı ödəniləcək

Rusiyada istirahət etmək istəyən turistlər pul təzminatı alacaqlar. "İzvestiya"nın məlumatına görə, bunu RF-in Baş naziri Mixail Mişustin deyib. Onun sözlərinə görə, təzminat turdan asılı olaraq 500-1500 rubl (120-360 AZN) arası dəyişəcək. Bunun üçün hökumət 15 milyard rubl (360 milyon AZN-

22.07.2020 2717
.

Naftalan sanatoriyası MDB-də ilk üçlüyə daxil oldu

Turizm portalı "TurStat" MDB məkanında istirahət və tibb sağlamlığı üçün nəzərdə tutulan kurortların reytinqini təqdim edib. Məlumatda bildirilir ki, rusiyalı turistlər payız fəslində, əsasən, Belarus, Azərbaycan və Qazaxıstana üz tuturlar:. "Belarusun Naroç gölü sahilində yerləşən kurortlar

20.11.2019 3698
.

Bu tarixdən Azərbaycanda turizm imkanları genişləndiriləcək - AÇIQLAMA

Pandemiya həyatımızın hər sahəsinə kökündən təsir etdi. Xəstəlik səbəbindən kütləvi ölümlərə, beynəlxalq bazarlarda neft qiymətlərinin kəskin azalmasına, iqtisadiyyatın bir çox sektorunda böyük həcmdə çöküşə səbəb oldu. Bu istiqamətdə ciddi zərər çəkən sahələrdən biri də turizm sektorudur. pandemiy

05.04.2021 2306
.

Dubayda yay mövsümünün yenilikləri

Dubay məktəb tətilləri və məzunlar mövsümündə şəhərin istənilən guşəsində ailəvi istirahətin müxtəlif variantlarını təklif edir. AZƏRTAC-a istinadən xəbər verir ki, 1,5 milyon kvadratmetr ərazidə (28 futbol meydanı boyda ərazi) yerləşən "IMG Worlds of Adventure" örtülü tematik əyləncələr parkın

26.06.2019 2882
.

Deyranın ləziz yeməkləri

Deyra Dubayın ən qədim rayonlarından biridir. Hindistan, Pakistan, İrandan və regionun digər ölkələrindən olan miqrantlar ilk dəfə məhz burada məskunlaşıblar. Hələ Dauntaunla "Dubai Mall" və ya "Dubai Marina" kimi dəbdəbəli rayonlar əmələ gəlməmişdən əvvəl şəhər həyatı və ticarə

26.06.2019 4182
.

Rusdilli məşhur "Meduza" informasiya portalı Azərbaycan mətbəxi ilə bağlı maraqlı test hazırlayıb

Rusdilli məşhur "Meduza" informasiya portalı Azərbaycan mətbəxi ilə bağlı maraqlı test hazırlayıb. APA-a istinadən xəbər verir ki, Azərbaycanın Turizm Bürosu ilə birgə hazırlanan testdə portal oxucularına Azərbaycan mətbəxini nə qədər bildikləri ilə bağlı suallar yerləşdirib. Suallar Azərbayca

26.06.2019 2523
.

Dubaya qayıdış

Dubayda turizm sahəsində ən maraqlı yeniliklərlə tanışlığı davam etdiririk. Bugünkü icmalımızda sizi günbəz altında ekzotik heyvanların məskunlaşdığı tropik meşəyə, çərçivə formasında müşahidə meydançasına, başgicəlləndirici attraksionları olan parka səyahət gözləyir. "The Green Planet" - meqapolisi

26.06.2019 3627