Kolumbiyadan Azərbaycana gələn turistlərin sayı artır

Kolumbiyadan Azərbaycana gələn turistlərin sayı artırAzərbaycanın təklif etdiyi yeni Boqota-İstanbul-Bakı-Tbilisi turist marşrutu Kolumbiya turizm şirkətlərinin marağını cəlb edib.
Bunu "Report"a Azərbaycanın Kolumbiyadakı səfirliyinin müvəqqəti işlər vəkili Həmid Zeynalov bildirib.
"Bir çox turizm şirkətlərinin artıq təklif etməyə başladığı bu xətt xüsusilə də may ayının sonunda Bakıda keçiriləcək UEFA Avropa Liqası final oyununa görə kolumbiyalıların marağına səbəb olur. Kolumbiyada futbol çox sevilən idman növü olduğundan Bakıya gəlmək istəyənlərin sayı artmağa davam edir. Viza almaq üçün müraciətlərin çoxalması da buna dəlalət edir" - deyən o qeyd edib
Diplomat vurğulayıb ki, hazırda Boqota-İstanbul təyyarə reysləri həftədə üç dəfə yerinə yetirilsə də, bu istiqamətə tələbin yüksək olması ilə bağlı yaxın vaxtlarda reys sayının 4-ə, yayda isə 5-dək artırılması gözlənilir: "Nəticə etibarilə Azərbaycana da turist axınının artacağı ehtimal olunur. Həm də turistləri təkcə Bakıya yox, başqa yerlərə də cəlb etmək nəzərdə tutulur. Məsələn, Şəkiyə gələcək turistlər bu şəhərdən asanlıqla Tbilisiyə də gedə biləcəklər. Kolumbiyadan Azərbaycana turist axını daha çox üç ən iri şəhər olan Medellin, Kartagena, Boqotadan gəlir. Ölkənin hər yerində işləyən ən böyük turizm şirkətləri ilə görüşüb Azərbaycanda həm yay, həm də qış turizmi üçün imkanlar barədə məlumat vermişik".
H.Zeynalov həmçinin "Turlish Airlines" tərəfindən birbaşa İstanbul-Boqota-İstanbul reysinin açılması sayəsində Kolumbiyadan Azərbaycana turist axınının əvvəlki illərə nisbətən xeyli artdığını da diqqətə çatdırıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 539   Tarix: 29 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ-ın yenidən Ümumdünya Turizm Təşkilatına daxil olacağı bəyan edilib

Ümumdünya Turizm Təşkilatının (ÜTT) İcraiyyə Şurasının iyunun 16-dan Bakıda keçirilən və bu gün başa çatan 110-cu sessiyasında ABŞ-ın yenidən quruma daxil olacağı bəyan edilib. "Report" xəbər verir ki, bu barədə ÜTT-nin baş katibi Zurab Pololikaşvili məlumat verib. "ABŞ 23 il bundan əvvə

26.06.2019 3193
.

Dubaya qayıdış

Dubayda turizm sahəsində ən maraqlı yeniliklərlə tanışlığı davam etdiririk. Bugünkü icmalımızda sizi günbəz altında ekzotik heyvanların məskunlaşdığı tropik meşəyə, çərçivə formasında müşahidə meydançasına, başgicəlləndirici attraksionları olan parka səyahət gözləyir. "The Green Planet" - meqapolisi

26.06.2019 3627
.

Bu tarixdən Azərbaycanda turizm imkanları genişləndiriləcək - AÇIQLAMA

Pandemiya həyatımızın hər sahəsinə kökündən təsir etdi. Xəstəlik səbəbindən kütləvi ölümlərə, beynəlxalq bazarlarda neft qiymətlərinin kəskin azalmasına, iqtisadiyyatın bir çox sektorunda böyük həcmdə çöküşə səbəb oldu. Bu istiqamətdə ciddi zərər çəkən sahələrdən biri də turizm sektorudur. pandemiy

05.04.2021 2306
.

Palçıq vulkanlarının turizm imkanlarından istifadə olunur? - VİDEO

Azərbaycanda palçıq vulkanları olan ərazilərə turizim məqsədi ilə səfərlər az təşkil olunur. Geologiya və Geofizika institutunun aparıcı elmi işçisi Orxan Abbasov ölkəyə gələn turistlərin palçıq vulkanları ilə tanış olmağa meyilli olduğunu bildirir. O həmçinin qeyd edib ki, bu sahədə bir sıra problemlə

07.02.2020 2673
.

Almaniyalı bloqer: Bakıya aşiq oldum

Almaniyalı bloqer Daniel Hakbuş (Daniel Hackbusch) 46 minlik şəxsi "Instagram" hesabında Bakıya səfəri zamanı lentə aldığı paytaxtımızın gəzməli-görməli yerlərini, eyni zamanda əzəmətli, futuristik və memarlıq incisi sayılan bir sıra binaların foto və videolarını paylaşıb. -a istinadən xəbə

29.07.2019 4006
.

Teymur Rəcəbov Levon Aronyanı MƏĞLUB ETDİ

Dünyanın məşhur şahmatçılarının yarışdığı "Skilling Open 2020" onlayn blits turnirinin VII turunda azərbaycanlı qrossmeyster Teymur Rəcəbov (2758) erməni şahmatçı Levon Aronyanla (2778) qarşılaşıb. "Report"a istinadən xəbər verir ki, ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb.

23.11.2020 2521
.

Turistlərə Rusiyada istirahət etmək müqabilində pul təzminatı ödəniləcək

Rusiyada istirahət etmək istəyən turistlər pul təzminatı alacaqlar. "İzvestiya"nın məlumatına görə, bunu RF-in Baş naziri Mixail Mişustin deyib. Onun sözlərinə görə, təzminat turdan asılı olaraq 500-1500 rubl (120-360 AZN) arası dəyişəcək. Bunun üçün hökumət 15 milyard rubl (360 milyon AZN-

22.07.2020 2717
.

Qobustanda palçıq vulkanları ilə bağlı turizm kompleksi yaradılacaq

Növbəti ildən etibarən Qobustan rayonu ərazisində yerləşən palçıq vulkanlarının birinin ərazisində böyük kompleksin yaradılması nəzərdə tutulub. -a istinadən xəbər verir ki, bunu Azərbaycan Turizm Sammitində Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib. Onun sözlərinə görə, komplek

29.11.2019 3668