Azərbaycanda həkim səhvi nəticəsində 3 aylıq körpə ölüb- Iddia

Azərbaycanda həkim səhvi nəticəsində 3 aylıq körpə ölüb- IddiaAzərbaycanda həkim səhvi nəticəsində 3 aylıq körpə ölüb- IddiaAzərbaycanda həkim səhvi nəticəsində 3 aylıq körpə ölüb- IddiaAzərbaycanda həkim səhlənkarlığı nəticəsində 3 aylıq körpə ölüb.
Bu barədə "Report"a şikayət edən körpənin babası Sərraf Əskərov bildirib.
Onun sözlərinə görə, nəvəsi Mədinə Əskərzadənin səhhətində problem olduğu üçün martın 28-də Səhiyyə Nazirliyi Respublika Uşaq Klinik Xəstəxanasına aparılıb: "Uşaqda halsızlıq və iştahsızlıq olduğu üçün həkimə apardıq. Həmin vaxt Mədinənin üzünə baxanda gülürdü. Əvvəl uşağı Ulturasəs müayinəsindən (USM) keçirdik, heç bir problemi olmadığını, dalağının, böyrəyinin və ciyərinin təmiz olduğunu dedilər. Dedilər ki, uşağın iştahı olmadığı üçün, bəlkə də, onda qan azlığı ola bilər.
Respublika Uşaq Klinik Xəstəxanasının Qəbul şöbəsində olan zaman xəstəxananın Reanimasiya şöbəsinin müdiri Sevda Əliyevanı yanımıza çağırdılar. Onunla birgə uşağı yuxarı çıxartdıq. Orada əvvəl bizə söylədilər ki, uşaq sapsağlamdır, onun heç nəyi yoxdur. Gördülər ki, biz Mədinənin bu halından çox narahatıq. Sonra Reanimasiya şöbəsinin həkimi Sədaqət Əbilova gəlib uşağa baxdı. O dedi ki, körpəni əli ilə yoxlaması nəticəsində Mədinənin dalağı və ciyərinin böyüdüyü məlum olub. USM-in nəticəsi olan sənədi ona göstərdik. Sədaqət həkim mənə dedi ki, "30 ilin həkimiyəm, mən belə şeyləri yaxşı bilirəm".
Biz yenidən uşağı USM-dən keçirdik və uşağın heç bir problemi olmadığını söylədilər.
Biz Mədinəni Reanimasiya şöbəsində saxladıq. Növbətçi həkimlər orada olan zaman gəlinimə bildirib ki, "belə sağlam uşağı niyə bura götürüblər? Bu körpə burada deyil, palatada yatmalıdır".
Azərbaycanda həkim səhvi nəticəsində 3 aylıq körpə ölüb- IddiaHəmin gün - martın 28-də Sədaqət Əbilova ilə Sevda Əliyeva körpəyə I+ qan lazım olduğunu qeyd etdilər. Biz Qanköçürmə İnstitutunda qan verdik, lakin Reanimasiya şöbəsində qanı bizə pulla satdılar. Əvvəl 120 manat pul istədilər, 50 manata razılaşdıq. Sonra Mədinəyə qanın bir qismini vurdular. Ertəsi gün isə uşağa qan vurulan zaman gəlinim zəng vurub uşağın çox incidildiyini, damarına düşə bilmədiklərini və bədəninin deşik-deşik olduğunu söylədi. Neçə saat uşağın üstündə çalışıblar və sonra onun damarına düşə biliblər. Get-gedə Mədinənin vəziyyəti pisləşirdi. Bir sözlə, xəstəxanadan 3 dəfə pulla qan aldıq, körpəyə 6 dəfə qan vurdular. Hər dəfə qan vurulanda uşaq özündən gedirdi. Səbəbini soruşanda isə deyirdilər ki, "qan vurulanda belə olmalıdır". Biz də həkimlərə inanırdıq.
Mədinə düz 8 gün xəstəxanada çox əziyyət çəkdi. Hətta bizə hər gün başqa-başqa analizlər verdirib, dərmanlar aldırırdılar. Həmçinin gərək hər gün biz onların pullarını verəydik. Pul verməyəndə hamısı öz dilləri ilə istəyirdilər".
S.Əskərov qeyd edib ki, nəvəsinin halı pisləşəndən sonra onu Respublika Uşaq Klinik Xəstəxanasından çıxarıb, İrana aparmaq qərarına gəliblər: "Biz bu barədə həkimlərə deyəndə bildirdilər ki, "İrana niyə aparırsız, biz burada müalicə edirik, 200 manatlıq iynələrimiz var, onlardan vurub uşağı düzəldərik".
Mən soruşdum ki, uşağın sağalmasına təminat verirsiniz? Dedilər ki, biz heç kəsə təminat vermirik. Mən də söylədim ki, "göz görə-görə balamız burada ölür, nəyə görə bu xəstəxanada saxlamalıyıq?"
Bizi iki gün də xəstəxanada yubatdılar, guya sənədləri hazırlayırdılar. Hətta uşağın "Xəstəlik tarixçəsi" olan sənədləri də bizə vermədilər. Xəstəxanada nəvəmə "rubila virusu" diaqnozu qoydular. Xəstəxanadan çıxanda isə bizim üstümüzə gəlib "axı bu gün bizi görmədiniz" deyirdilər. Mən nəvəmin dərdindəydim, bunlar isə pul dərdində idilər. Sonra Lənkərana yollanıb, Mədinənin şəxsiyyət vəsiqəsini hazırlayan zaman onun "Medical Hospital"da qan qrupunun II+ olduğunu öyrəndik. Sonra nəvəmin Bakıda doğulduğu xəstəxana ilə danışdıq. Oradan da bizə dedilər ki, Mədinə II+ qan qrupuna aidir. Biz uşağın sənədlərinə baxdıq ki, Bakıda Respublika Uşaq Klinik Xəstəxanasında nəvəmə I+ qan köçürüblər. Hətta uşağın sənədlərində də bu barədə qeyd edilib. Tez Sevda həkimlə danışıb, nəvəmə səhv qan köçürüldüyünü bildirdim. O isə digər xəstəxana həkimlərinin yalan danışdığını bildirdi.
Azərbaycanda həkim səhvi nəticəsində 3 aylıq körpə ölüb- IddiaBiz sənədləri hazırlatdırıb, İrana yollandıq. Təbriz xəstəxanasına çatana yaxın nəvəmin halı daha da pisləşdi, özündən getdi. Xəstəxanada tez həkimlər Mədinənin başına yığışıb, ona baxdılar, suni nəfəs verdilər. Həkimlər bildirdilər ki, körpənin böyrəkləri artıq sıradan çıxıb, Mədinəni xəstəxanaya gec çatdırmışıq. Sonra uşağın qarnına dializ aparatı qoşdular, o, koma vəziyyətində Təbriz xəstəxanasında müalicə olunurdu. Həkimlər qan qrupunu yoxladılar və məlum oldu ki, Mədinə II+ qan qrupuna aiddir. Təbriz xəstəxanasının həkimləri söylədilər ki, nəvəmin bu vəziyyətə düşməsinə səbəb Bakıda səhv qan vurulması olub, daxilə qan gedib. Lakin Bakıdakı həkimlər bunu bilməyib. Düz 11 gün Mədinə Təbriz xəstəxanasında komada qaldı, ayılmadı. Həkimlər nəvəmin komadan ayılmayacağını, heç bir ümidinin qalmadığını dedilər. Çox sağ olsunlar ki, Təbrizdəki həkimlər nəvəmə canla-başla xidmət göstərdilər, hətta öz təcili tibbi yardım maşınları ilə sərhəddə qədər bizi gətirdilər. Sonra biz Lənkərana gəldik. Rayondakı həkimlər də dedilər ki, artıq uşaq ölmək üzrədir, onun süni nəfəsini ağzından çıxarandan sonra Mədinə dünyasını dəyişdi".
Azərbaycanda həkim səhvi nəticəsində 3 aylıq körpə ölüb- IddiaS.Əskərov vurğulayıb ki, bu barədə hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət ediləcək: "Biz Bakıdakı həkimlərdən - Respublika Uşaq Klinik Xəstəxanasında çalışan Sevda Əliyeva və Sədaqət Əbilovadan şikayətçiyik. Balamız onların səhlənkarlığı ucbatından rəhmətə getdi. İstəmirik ki, bizim çəkdiklərimizi digər valideynlər də çəksin. Biz həmin həkimlərlə məhkəmədə görüşəcəyik. Onlar mütləq cinayət məsuliyyətinə cəlb edilməlidir. Mən evdə Mədinənin anası - gəlnimin halına çox pis olmuşam. Axı ana 3 aylıq körpəsini itirdi. Bizim Səhiyyə Nazirliyi hara baxır?"
Şikayətçinin "Report"a təqdim etdiyi sənədlərə əsasən, 31 saylı Birləşmiş Şəhər Xəstəxanasında və "Medican Hospital"da Mədinə Əskərovanın qan qrupunun II+ olduğu qeyd edilib. Təqdim edilən digər sənədə görə, Respublika Uşaq Klinik Xəstəxanasında ona I+ qan köçürülüb. Həmin sənədi Reanimasiya şöbəsinin müdiri Sevda Əliyeva və müalicə həkimi Sədaqət Əbilova imzalayıb.
Məsələ ilə bağlı Respublika Uşaq Klinik Xəstəxanası və Səhiyyə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. 


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1593   Tarix: 26 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu gün ilk Qədr gecəsidir

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, İdarənin Şamaxı Astrofizika Rəsədxanasından əldə etdiyi təqvimə əsasən, martın 28-dən 29-na keçən gec

11:03 0
.

Ağalarovlar terror aktında zərərçəkənlərə kömək üçün 100 milyon rubl ayırdılar

Araz və Emin Ağalarovlar Moskvada "Crocus City Hall"da törədilən terror aktında zərərçəkənlərə kömək üçün 100 milyon rubl ayırıblar. Konsert zalının adını daşıyan Müslüm Maqomayev Fondunun vəsaiti də yardım üçün istifadə olunacaq. Qeyd edək ki, "Crocus City Hall"un konsert zalınd

27.03.2024 319
.

Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi vəfat edib

Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi vəfat edib. xəbər verir ki, Nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Fizioterapiya üzrə elmi şöbəsinin müdiri İlham Qasımov vəfat edib. Onun hansı səbəbdən vəfat ediyi məlum deyil

27.03.2024 330
.

İran prezidenti: "Qəzzada baş verənlər ABŞ və Qərb üçün utancvericidir"

İran prezidenti Rəisi Tehranda olan Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyəni qəbul edib. xəbər verir ki, görüşdə Rəisi Qəzza xalqının müqaviməti ilə Fələstin məsələsinin İslam dünyasının hüdudlarından kənara çıxdığını və bütün dünya xalqlarının probleminə çevrildiyini bildirib. "Qəzzada ba

27.03.2024 202
.

Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat etdi. xəbər verir ki, 79 yaşlı Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib. Nazir postundan azad edildikdə

27.03.2024 386
.

Ağalarovun "Crocus City Hall" konsert zalı bankda girov imiş - Yeni DETALLAR

Rusiyanın Moskva vilayətində 22 martda terror aktı nəticəsində bir hissəsi yanmış "Crocus City Hall" konsert zalının bankda girov qoyulduğu məlum olub. Rusiya Daşınmaz Əmlakın Vahid Dövlət Reyestrindən çıxarışa əsasən əmlak "Qazprombank"da kredit müqabilində girov qoyulub. Belə ki

27.03.2024 467
.

Paşinyan Qarabağ separatçılarından imtina etdi: "Tanımırıq"

Ermənistan sürgündə olan heç bir "Dağlıq Qarabağ hökuməti"ni tanımır. Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bildirib. Onun sözlərinə görə, belə açıqlamalar Ermənistanın milli təhlükəsizliyini təhdi

12:47 0
.

İnsult keçirən Əməkdar artist xəstəxanadan evə buraxıldı

Əməkdar artist Kifayət Gəncəli müalicə aldığı xəstəxanadan evə buraxılıb. Bu barədə "Report"a Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib. O bildirib ki, K.Gəncəli xəstəxanaya yerləşdirildikdən sonra ona işemik insult diaqnozu qoyulub:. "O, səhhəti yaxşılaşdığında

27.03.2024 300
.

Middlton təkcə xərçəng xəstəsi deyil: Uels şahzadəsi daha nələri gizlədir?

Son zamanlar ən çox müzakirə edilən mövzulardan biri Keyt Middltonun sağlamlıq vəziyyətidir. xarici mətbuata istinadən xəbər verir ki, üç ay əvvəl ona xərçəng diaqnozu qoyulub. Şahzadə Uilyamın həyat yoldaşı hazırda kimyaterapiya alır. Keyt hansı növ xərçəngə tutulduğunu demir.Ancaq onun gizlətdiyi yegan

27.03.2024 443