"Elə bil ürəyimizə sərin su səpildi" – İtkin düşən şəhidimizin məzarı 26 ildən sonra tapıldı

"Elə bil ürəyimizə sərin su səpildi" – İtkin düşən şəhidimizin məzarı 26 ildən sonra tapıldıQarabağda erməni işğalçılarına qarşı döyüşlərdə itkin düşdüyü ehtimal edilən daha bir azərbaycanlı hərbçinin məzarı aşkar edilib.

ARB TV xəbər verir ki, əslən Neftçalanın Xolqarabucaq kəndindən olan İlqar Həsənalı oğlu Nəcəfov 1993-cü ildə cəbhəyə yollanır. 1994-cü ildə ailəsi ondan xəbər ala bilmir. Xidmət etdiyi hərbi hissədən İlqarın itkin düşdüyü xəbəri gəlir. Şəhidin yaxınları 1997-ci ilədək axtarışları davam etdirirlər. Sonradan məlum olur ki, İlqar Nəcəfov 1994-cü ildə yanvarın ayında həlak olan və burada dəfn edilən 37 şəhiddən biridir.

ARB TV-də İmişlinin Şəmmədli qəbiristanlığında dəfn edilən naməlum şəhidlərin olması haqqında yayımlanan süjetdə İlqarın şəklini görən yaxınları onu tanıyıblar.

Cəfər Nəcəfov – Şəhidin qardaşı: "26 illik həsrətə son qoyuruq. Hamısından hallallıq istəyrik. Əziyyət çəkiblər".

Həsənalı Nəcəfov – Şəhidin atası: "1994-cü ilin yanvarın 10-da şəhid olanlar İmişli qəbiristanlığında dəfn edilib. Oğlum mənə məlumat verdi. Gəldilər, şəkil, sənədlər gətirdilər. Baxdıq ki, uyğunlaşır. Elə bil ürəyimizə sərin su səpildi".

Samir Səmədov – Sakin: "Naməlum məzarlar vardı. Gəlib ziyarət edirdik".

Şəhidin nəşi Azərbaycan bayrağına bükülərək anadan olduğu kəndə aparılıb. Bugünədək Şəmmədli qəbristanlıqda dəfn edilən 37 naməlum şəhidin 27-sinin kimliyi aşkar edilərək aidiyyatı üzrə təhvil verilib. 10 şəhidin kimliyi isə hələ də naməlum olaraq qalır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 942   Tarix: 26 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB

Qəbələdə 20 yaşlı qızın intiharı ilə bağlı detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, intihar edən gənc qız nişanlı olub və nişanlısı təxminən bir ay bundan əvvəl avtoqəza nəticəsində dünyasını dəyişib. Bu gün isə onların toyu olacaqmış. Gənc qızın məhz bu səbəbdən intihar etdiyi deyilir. Dah

14:01 910
.

"Hizbullah" İsrailə raket yağdırdı

"Hizbullah" silahlıları İsrailin Yuxarı Qalileydəki yaşayış məntəqələrini çox sayda raket sistemləri ilə atəşə tutub. Məlumata görə, İsrail ərazisinə azı 30 raket atılıb. 14 yaşayış məntəqəsində hava hücumu xəbərdarlığı səslənib. Bildirilir ki, Livanla sərhəddən 20 kilometr uzaqlıqda yerləşə

22.04.2024 442
.

"ABŞ-nin TikTok sosial media platformasını qadağan etmək cəhdi milyonlarla amerikalının ifadə azadlığını pozacaq"

"ABŞ-nin TikTok sosial media platformasını qadağan etmək cəhdi milyonlarla amerikalının ifadə azadlığını pozacaq". xəbər verir ki, BBC-də yayımlanan xəbərə görə, TikTok sözçüsü ABŞ Nümayəndələr Palatasında platformanı qadağan edən qanun layihəsinin təsdiqini pisləyib. Sözçü ABŞ-ın TikTok-

22.04.2024 304
.

Akademik Yaqub Mahmudova ağır itki

Sabiq deputat, AMEA-nın müşaviri, akademik Yaqub Mahmudova ağır itki üz verib. "Qaynarinfo" xəbər verir ki, Yaqub Mahmudovun həyat yoldaşı Almas Mahmudova 22 aprel tarixində vəfat edib. Bu barədə tarixçilər Emin Məlikov, Nazim Xəlilov, Elnur Nəciyev, Sevinc Məlikzadə, Rəna Nəcəfova və Güna

10:59 343
.

İsrailin Rafah-a hücumları nəticəsində azı 8 fələstinli öldü

İsrail ordusunun Qəzza zolağının cənubundakı Rafah şəhərində müxtəlif nöqtələrə hücum edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 8 fələstinlinin öldürülüb. Bu barədə Səhiyyə mənbələri məlumat yayıb. Məlumata görə, beynəlxalq ictimaiyyətin bütün xəbərdarlıqlarına baxmayaraq, İsrail ordusu Rafahı

22.04.2024 240
.

Tayvanda 6,1 və 6 bal gücündə zəlzələ oldu

Tayvanın Hualien şəhərində ardıcıl 2 zəlzələ olub. xəbər verir ki, zəlzələ 6,1 və 6 bal gücündə baş verib. Bu barədə ABŞ Geoloji Araşdırma (USGS) məlumat yayıb. Zəlzələ 6 dəqiqə intervalla 10 kilometr dərinlikdə qeydə alınıb. İlkin məlumatlara görə, zəlzələlərdə heç bir can və mal itkisi olmayıb. Qey

12:13 158
.

Hacı Şahinin oğurlanmış "YouTube" kanalı geri qaytarıldı

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin hakerlər tərəfindən ələ keçirilən rəsmi "YouTube" hesabı geri qaytarılıb. xəbər verir ki, bu barədə ilahiyyatçının rəsmi "Facebook" səhifəsində məlumat verilib. "Əziz dostlar, Hacı Şahin Həsənlinin rəsmi "YouTube" kanalı ger

22.04.2024 483
.

MEDİA çağırış etdi

"Sosial şəbəkə seqmentində cəmiyyətdə tanınmış şəxslər barədə, xüsusən də onların şəxsi həyatına dair dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyət tərəfindən narazılıqla qarşılanır və eyni zamanda, birmənalı qəbul olunmur". Bu barədə "Qafqazinfo"ya Medianın İnkişafı Agentliyində

22.04.2024 298
.

" ABŞ Konqresdə bu işə əl qoyan konqresmenlərin erməni diasporası ilə əlaqələrinin olması şübhəsizdir" - Politoloq

ABŞ Konqresi Azərbaycanın bir sıra məmurlarına qarşı sanksiyanı nəzərdə tutan qanun layihəsi təqdim etməyə hazırlaşır. Dina Tinus başda olmaqla, bir qrup konqresmenin təqdim etməyə hazırlaşdığı qanun layihəsində "ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulması"nda fəal rol oynadığ

15:21 186