"Efirdə işlətdikləri söyüşləri eşitsəniz, dəli olarsınız..." – Renka

"Efirdə işlətdikləri söyüşləri eşitsəniz, dəli olarsınız..." – Renka"Yeni veriliş hazırlıqlarına başlamışam. 9 ölkədə yayımlanacaq. Başım ona qarışıb. Bundan başqa yoqa ilə məşğul oluram. Həyatım tamamilə dəyişib, depressiyadan çıxmışam, özümü xoşbəxt hiss edirəm".

Bu sözləri rəqqasə Renka musavat.com-a açıqlamasında deyib.

O, uşaqlarına az zaman ayırmaqda onu ittiham edənlərə də cavab verib: "Bütün günü uşaqlarımın yanında olsam da, onlar üçün darıxıram. İşdə olanda ürəyim partlayır. Evə gələn kimi qucaqlayıb öpürəm. Onlar yuxuda olsa da, başlarının üstə dayanıb onları əzizləyirəm. Bəzən də həmin anları videoya çəkib paylaşıram. Bəziləri yazır ki, sən necə anasan? Bütün günü işdəsən, uşaqlarına vaxt ayırmırsan. Amma elə deyil, mənim gecə həyatım yoxdur. İşdən çıxan kimi uşaqlarımın yanına qaçıram. Onlarla vaxt keçirməyi sevirəm".

Rəqqasə intiharların sayının artmasının onu narahat etdiyini də dilə gətirib: "İnsanlar çarəsizlikdən intihara əl atır. Xüsusilə uşaqların, yeniyetmələrin intihar etməsi məni kədərləndirir. İndi daha diqqətliyəm uşaqlarıma qarşı, hər addımlarını izləyirəm. Oğlumun 13 yaşı var, yeniyetməlik dövrü başlayıb. O gün bacımla hərəmiz bir maşında məktəbin qarşısına getdik, oğlumu güdməyə başladıq. Uşaqdır da, bilməz başına nə isə gələr, aldadarlar. Zəmanə pis olub. Valideyn olaraq bizim işimiz də onları qorumaqdır".

Renka efirlərdə məşhurların təhqiramiz ifadələr istifadə etməsinə də aydınlıq gətirirb: "Burada şişirdiləsi heç nə yoxdur. İnsandır ağzından pis söz çıxır. Heç kim istəməz ki, biabır olsun. Elə dünya ulduzları var ki, efirdə ağzına gələni dəyir. Elə aparıcılar var ki, hadisəyə söyüşlə reaksiya verir. Efirdə işlətdikləri söyüşləri eşitsəniz, dəli olarsınız, şok düşərsiniz. Bu cür hadisələr dünya praktikasında çox olub. Ona görə bizimkiləri incitməyə dəyməz".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2404   Tarix: 26 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147