"Mən ona ağçaqqal deyib üzünə tüpürüb qova bilməzdim" - Xoşqədəm

"Mən ona ağçaqqal deyib üzünə tüpürüb qova bilməzdim" - Xoşqədəm

Xəzər televizyasında yayımlanan və "Səni axtarıram" verlişinin aparıcısı Xoşqədəm Hidayətqızı canlı yayımda maraqlı açıqlamalar edib.

BiG.AZ xəbər verir ki, aparıcı bildirib ki, Şamxal müəllim məni bu televizyaya dəvət edəndə qarşıma bir şərt qoydu:

"Əslində Şamxal müəllim məni bu televizyaya dəvət etməyəndə həyat yoldaşımla birlikdə Türkiyəyə gedib birlikdə veriliş aparacaqdıq. Amma Şamxal müəllim məni çağırıb dedi ki, "Səni axtarıram" verilişi olacaq və xalqa xidmət edəcək. Bizə reytinq lazım deyil. Bizə müraciət edən insanlara imkan daxilində kömək edək. Bu ölkənin xərcli, çox pul aparan reytinqli verilişi "Səni axtarıram"dır. Biz Rusiyadan vurub Amerikadan çıxırıq. Elə bir həftə yoxdur ki, əməkdaşlarımız bölgələrdə və ölkələrdə çəkilişdə olmasın".

Bundan əlavə Xoşqədəm Hidayətqızı vurğulayıb ki, Türkiyədə Dəmət Akalının, Gülbən Ergənin qohumunu efirə çıxarıb yerdən yerə vurdururlar:

"Əmrahın oğlu İbrahim Tatlısəsin qızını verilişə çıxarırlar. Mügə Anlı yaxşıdır. Eləmi? Niyə siz özünüzə aid olanı qəbul etmirsiniz. Mən bu layihəni yaratmaq üçün nələrdən keçmişəm. Bu şoudursa mən çox gözəl şou yaratmışam. Dostum olmayıb. Heç kim mən yıxılanda müdafiə etməyib. Şəklimi paylaşanda heç kim demədi ki, o qadına toxunmayın. Suriyaya, Əfqanıstana güllələrin altına kiminsə balası üçün getmişdim. Türk əsgəri olmasaydı terrorçunun partladacağı bomba ilə Xoşqədəm öləcəkdi. Bunları yazın. 5 nəfərin ölümünü, Qazaxıstandan sevgilisini gətirib öldürənin üstünü "Səni axtarıram" açdı. Mən ictimaiyyətin ziyalısını efirə çıxardıb tanıtdım ki, fikirlərinizi cəmiyyətə çatdırın. Mənə şou deyənləri sabah verilişdə gözləyirəm. Sabah gəlin. İddia etdiyiniz şounu sübut edin. 10 ildə mənim etdiklərimlə sizinkiləri müqayisə edək. Sevda Yəhyayeva məsələsinə gələk. ""Səni axtarıram" sosial verilişdir. Hüququ pozulan hər bir şəxs bizə müraciət edə bilər. Mən Xoşqədəm Hidayətqızı onları balam kimi qorumuşam, qoruyacam da. Verilişə çıxan ağsaqqala mən ağçaqqal deyə bilməzdim. Çünki evimdə o tərbiyəni görməmişəm. Mən ona ağçaqqal deyib üzünə tüpürüb qova bilməzdim. Ekspertlər onun qəlbini qıranda icazə vermədim. Sevdanı da efirə bağlamaq istədim. Bağlanmadı. İlhamə Quliyevanın qılıncı kəsici olan zaman Nazpəri Dostəliyevanı mən müdafiə etmişəm. İlhamə Quluyeva məni demişdi ki, Floranı efirə çağırma. Mən o zaman demişəm ki, ilk verilişə Floranı çağırıram. Səidə Sultan vurulan zaman mən onu qəzətimdə müdafiə etmişəm. Mən ədalətin tərəfində olmuşam. Mənim verilişimə şou deyənlərin vicdanına şübhəm var".

Aysel Yusifqızı

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 4730 Tarix: 25.04.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər