İki dəfə ağciyər köçürülən müğənni öldü - FOTO

İki dəfə ağciyər köçürülən müğənni öldü - FOTO

İki dəfə ağciyər transplantasiyası əməliyyatı keçirmiş tanınmış amerikalı opera müğənnisi Çariti "Sanşayn" Tilman-Dik 35 yaşında vəfat edib.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, gənc ifaçıya 2004-cü ildə ağciyər hipertenziyası diaqnozu qoyulub. Sağ qalması üçün ona iki dəfə donor ağciyəri köçürülüb.

Fiziki məhudiyyətli olmasına rəğmən, uzun illər karyerasını davam etdirib və dünyanın müxtəlif opera teatrlarında məlahətli soprano səsi ilə dinləyicilərin könlünü oxşayıb.

Müğənninin ölüm xəbərini ailəsi onun "Facebook" səhifəsində elan edib.

"Bizim əziz, sevimli Çariti həyat yoldaşı, anası və bacı-qardaşlarının ətrafında rahat şəkildə dünyadan köçdü", - deyə məlumatda qeyd olunur.

Ölümün səbəbi hələlik açıqlanmır.
İki dəfə ağciyər köçürülən müğənni öldü - FOTO

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1967 Tarix: 25.04.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər