11-ci əsrə aid qəsrdə sevişən cütlüyün başına iş gəldi - Yanğınsöndürən çağırdılar - FOTO

11-ci əsrə aid qəsrdə sevişən cütlüyün başına iş gəldi - Yanğınsöndürən çağırdılar - FOTO
11-ci əsrə aid Riçmond qəsrində romantik anlar yaşayan cütlüyün başına iş gəlib.

BiG.AZ milli.az-a istinadən 30 metr yüksəkliyə çıxan cütlük qucaqlaşıb, öpüşməyə başlayıblar.

Bir müddət keçdikdən sonra onlar qapıların bağlanmasından xəbərsiz olublar. Başları sevişməyə qarışan ikili vaxtın necə keçməsini hiss etməyiblər.

İngiltərədəki tarixi tikilidə köməksiz vəziyyətdə qalan qadın yanğınsöndürmə xidmətinə zəng edərək kömək istəyib.

Cütlük qısa zamanda qaladan çıxarılıb.

"Vaxtın necə keçdiyini hiss etməmişdik. Qəsr çox romantik görünürdü. İşıqlar isə möhtəşəm idi", - biznes məsləhətçisi işləyən 37 yaşlı Sara qalada çarəsiz vəziyyətdə qalmaları barədə açıqlama verərkən söyləyib.

Həmin anlar məşhur "Taxt oyunları" serialının səhnəsini xatırladıb. Belə ki, ekran işini ilk seriyasında gizli münasibət yaşayan ikili qəsrdə cinsi əlaqədə olur.
11-ci əsrə aid qəsrdə sevişən cütlüyün başına iş gəldi - Yanğınsöndürən çağırdılar - FOTO

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2158 Tarix: 25.04.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər