"Gülnaz mesajı görəndən sonra qızımı şantaj edib ki, atana deyəcəm" - Nişanlı Firuzənin İNTİHARI

"Gülnaz mesajı görəndən sonra qızımı şantaj edib ki, atana deyəcəm" - Nişanlı Firuzənin İNTİHARI"Beş aydır buraya köçmüşük. Heç qonşuların çoxu köçməyib. Tanıdığımız qonşu da yoxdur. Firuzə nişanlı idi. Nişanlısı Türkmənistanda işləməyə gedib. Heç ona hadisəni deməmişik. Necə deyəcəyik ki..."

BiG.AZ xəbər verir ki, bunları lent.az-ın əməkdaşlarına keçən gecə yaşadıqları 7-ci mərtəbənin pəncərəsindən özünü ataraq həyatına qəsd edən Dadaşova Firuzənin anası Sədaqət Dadaşova deyir.

Firuzə 22 yaşında imiş. Ömrünün bahar çağında həyatdan özünü öldürəcək qədər bezməsinə səbəb nə olub? Niyə Firuzə yaşadığı probleməri həll etmək əvəzinə canına qıymağı seçib? İntihar hallarından sonra ortaya çox suallar çıxır. Əsl həqiqəti isə hadisəni yaşayan insan özü bilir. Amma intihar edənin doğmaları, dost-tanışlar intihara aparan yoldan az-çox məlumatlı olur.

Hadisənin təfərrüatlarını öyrənmək üçün Firuzənin yaşadığı evdə olduq, onun doğmaları ilə söhbətləşdik.

Faciənin yaşandığı ev Yasamal rayonunda yerləşir. Çoxmərtəbəli binaya yaxınlaşdıqca, ətrafda bir neçə insan gözə dəyir.

Dünən gecə hadisə baş verən evi soruşuruq. "Hadisə bax, burda olub. Qız özünü buraya atıb" - deyib karton qoyulmuş yeri göstərirlər. Başımızı qaldırıb yuxarı baxırıq. Mərtəblərə baxdıqca, göz önündə hadisənin dəhşəti canlanır...

Birinci mərtbədə qarşımıza çıxan yaşlı kişidən hadisə baş verən evin hansı olduğunu soruşuruq. "Yeddinci mərtəbəyə qalxın, soldakı qapıya yaxınlaşın" - deyir.

... Astaca qapını döyürük. Qapıya çıxan yeniyetmə oğlan evdəkilərin razılığını aldıqdan sonra bizi içəri buraxır.

Buradakı mənzərəni təsvir etməyə ehtiyac yoxdur. Üz-gözü cırmaq-cırmaq olan Firuzənin anasının fəryadı otağı başına götürüb. "Balamı aldılar məndən. Hamısını onlar etdi",-deyə durmadan ağlayır.

Hadisə baş verməzdən bir gün əvvəl Firuzə necə idi?

"Qızım gecə işdən gəldi. Qanı qara olduğunu gördüm. Gözləri qıpqırmızı idi. Nə olduğunu soruşsam da, heç nə demədi. Gedib yatdı. Səhərisi gün işə gedəndə onun müdiri Ruhiyyə xanım yolda mənə zəng vurdu. Dedi ki, qızınız mənə pul atıb. İşdə salonun pullarından götürüb, xərcləyib. Gələn müştərilərdən çox pul aldığı halda, haqq-hesaba gələndə az yazıb. 6 ay idi qızım Ruhiyyə xanımla salonda işləyirdi. Salonun qeydiyyat şöbəsində idi. Pul haqq-hesabını edirdi. Salonun açarı da onda olurdu. İşdə ona Fidan adını qoymuşdular. İşdən sonra qızımı maşınla evə gətirirdi. Qızımdan çox razı idi. Biz də ondan çox razı idik. Maşınla onu gətirəndə hər gün atası onları qarşılayırdı. Onların problemi pul haqq-hesabından sonra başlayıb. Firuzənin 850 manat pul götürdüyünü deyirdi. Firuzə isə dedi ki, həmin pulu lazer ustasına vermişəm.

Lazer ustası işləyən xanım Firuzəyə mesajla yazıb ki, sən gələn müştəriyə görə pulu az yaz, mənə pul lazımdır. Bu mesajı görəndən sonra Ruhiyə xanım deyib ki, siz mənə indiyə qədər çox pul atmısınız. Firuzə deyir ki, o puldan 150 manat götürüb lazer ustası işləyən qıza verib. Yoldaşından boşanan həmin xanım uşağına bazarlıq edəcəyini, pula ehtiyacı olduğunu bildirib.

Ruhiyyə səhər evimizə gəldi və Firuzəyə dedi ki, o pulu verməsən, səni polisə, məhkəməyə verəcəm. Qızı qorxutdu. Bundan sonra Firuzə özünü balkondan atmaq üçün qaçdı. Qapını bağlayıb açarı gizlətdik. Ruhiyyə xanım dedi ki, qorxmayın, atmaz özünü".

Salon sahibi Firuzənin anasına kağız yazdırıb, qol çəkdirir. Qadın qısa zamanda pulu verəcəyini deyir, Ruhiyyə xanım da razılaşır.

- Amma Ruhiyyə xanım getdikdən sonra bütün işçilər Firuzəyə zəng vurub təhdid etməyə başladılar. Deyirdilər ki, Firuzə lotoreya pullarını da götürüb. Pulu hazır elə gəlirik, deyirdilər. Firuzə dəli olmuşdu. Deyirdi ki, lotoreya pullarını götürməyib. İş yoldaşlarına nə qədər desə də ki, axı, siz pulu mən verəndə gördünüz, onlar boyunlarına almadılar. Telefondakı bu söhbətlərdən sonra qızım yataq otağına getdi. Mənə dedi ki, işığı söndür, yatıram. İşığı söndürən kimi pəncərəyə qaçdı, "məni bağışlayın, mən belə qala bilmirəm" - dedi və özünü pəncərədən atdı. Atası qaçıb tutmaq istəsə də, bu dəfə tuta bilmədi.

Salon sahibi Firuzənin telefon və qızıllarını almışdı

Bacısının dediyinə görə, Ruhiyyə xanım Firuzənin telefonunu, qızıllarını da ondan alıbmış. Anası müdaxilə edir və deyir ki, o xanım qızıl alveri edirdi.

- Firuzə qızılları ondan almışdı. Haqq-hesabdan sonra qızılları Ruhiyyə xanım ondan alıb demişdi ki, pulu gətirəndən sonra verəcəm. Bura Firuzənin birinci iş yeridir. Ruhiyyə xanım ona çox etibar edirdi. Həmişə deyirdi ki, mərd qızdır. Mənim balamdır. 380 manat məvacib verirdi. Səhər saat 10-dan axşam saat 10-a qədər işləyirdi. Füruzə ondan çox razılıq edirdi. Hətta mən qızımı ona qısqanırdım.

Firuzə həyat dolu idi

Anasının dediyinə görə, Firuzə həyat dolu, gülərüz qız idi. Özünə qapanması, bədbinliyi yox idi: "Heç bir psixoloji problemi də yox idi. İki qızım var idi. Deyirəm ki, indi Firuzə olmasa, evimiz sakitlik olacaq?"

Bəs qarşı tərəf, yəni salonun sahibi nə deyir?

Firuzənin işlədiyi "R Studiya"nı işlədən Ruhiyyə Həsənova bildirdi ki, o, üç övlad anasıdır və tanınmış yerdə işləyir.

Firuzə ilə nə zamandan tanış olduğunu soruşuruq.

- Firuzə ilə mən 6 ay əvvəl tanış olmuşam. "Əcəmi" də onunla bir yerdə işləyirdik. Instagram səhifəmi Fidan xanım işlədirdi. Biz onu Fidan kimi tanımışıq. Bizə özünü belə tanıdıb. Biz onunla çox yaxın idik. Pulumu, haqq-hesabımı ona əmanət edirdim. Heç maraqlanmırdım. 4 gün xaricə getməli oldum. Qayıdıb gələndə haqq-hesab istəyəndə qarşıma 130 manat pul qoydu. Niyə belə az olduğunu soruşdum, çiynini çəkdi. Daha heç nə demədim. Səhər gələndə qeydiyyatda işlədilən telefonun açıq olduğunu gördüm. Götürüb baxdım ki, həmin telefonda lazerdə işləyən işçim Gülnazla Fidan arasında yazışma var. Gülnaz ona mesaj atmışdı ki, mən kağıza az yazıram, sən də az yaz. Baxanda gördüm ki, mənə verilən haqq-hesabda isə tamam fərqli rəqəmlər verirdilər. Hesablayıb gördüm ki, gün ərzində hardasa 300 manat haqq-hesaba vurulmayıb. Fidanla Gülnazı üzləşdirdim. Fidan dedi ki, Gülnazlıqdı, Gülnaz dedi Fidanlıqdı. Belə olanda Fidan ayağıma düşdü və mənə yalvardı ki, ona kömək edim. Sonra mənə dedi ki, həyatımla bağlı bəzi gizli məqamlar var və Gülnaz bunu bilir. Onun sözlərinə görə, Gülnaz şantaj edib ki, bunları atana deyəcəm. Guya bu da məcbur qalıb pulları ona verirmiş.

Ruhiyyə xanımdan soruşduq ki, niyə qızın telefon və qızıllarını aldınız?

Müdirə deyir ki, o Fidanın telfonun əlindən almayıb.

- Telefonu mən özüm almışam. İşdə işlətmələri üçün. Fidanın şəxsi telefonunu da mən hədiyyə etmişdim.

Qeyd edək ki, Fidana hədiyyə etdiyini dediyi telefon və iş telefonu da hazırda müdirənin əlində idi.

- Fidan iş telefonundan şəxsi mesajlarını yazmaq üçün istifadə edib.

Mən pulların hara yox olduğunu soruşmalıydım. Bunun onun özünün öldürməsi ilə nə əlaqəsi var? Onun öz problemləri var idi. Neçə vaxt idi ki, özündə deyildi. Mən pulları qaytarması üçün bir ay vaxt qoymuşdum. Hələ bir aya çox var idi. Öldürürdü, bir ay sonra öldürəydi.

Fidanın gizli sirləri ilə bağlı onu təhdid etməmişəm.
"Gülnaz mesajı görəndən sonra qızımı şantaj edib ki, atana deyəcəm" - Nişanlı Firuzənin İNTİHARI"Gülnaz mesajı görəndən sonra qızımı şantaj edib ki, atana deyəcəm" - Nişanlı Firuzənin İNTİHARI"Gülnaz mesajı görəndən sonra qızımı şantaj edib ki, atana deyəcəm" - Nişanlı Firuzənin İNTİHARI"Gülnaz mesajı görəndən sonra qızımı şantaj edib ki, atana deyəcəm" - Nişanlı Firuzənin İNTİHARI"Gülnaz mesajı görəndən sonra qızımı şantaj edib ki, atana deyəcəm" - Nişanlı Firuzənin İNTİHARI


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 6218   Tarix: 25 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678