"Məhkəmə ədalətli aparılır, təki..." - "Quska"

"Məhkəmə ədalətli aparılır, təki..." - "Quska"Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, anası Zeynəb Abdullayeva, Dövlət Sərhəd Xidmətinin əməkdaşları - Həbib İbrahimov, Zaur Quliyev, Pərviz Kazımov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov və Nazim Əliyevin məhkəməsi keçirilib.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, iclasda şahidlər ifadə verib.

Gözəl Bayraməliyeva deyib ki, Z. Abdullayeva onun baldızıdır: "Zeynəb xanım həyat yoldaşı rəhmətə gedəndən sonra çox ağladığı üçün gözləri ağrıyırdı, bir neçə ay yemək də yemədiyi üçün mədəsində xəstəlik yaranmışdı. Buna görə də müalicə üçün xaricə gedirdi. Hüseyn müəllim Azərbaycana gətiriləndən sonra da Zeynəb xanımın səhhəti pisləşdi, hər gün xəstəxanada olurdu. Ona görə mən onunla tez-tez telefonla danışırdım. İstintaqda məndən soruşdular ki, Hüseyn müəllim bizə külli miqdarda pul göndəribmi? Mən də dedim xeyr. Əmlakları, villaları, çoxlu pulu olub-olmamasını soruşdular. Mən də dedim yoxdur, bilmirəm. Bizim tayfada bütün xəstələrə, xeyri-şəri olanlara Zeynəb xanım kömək edirdi. Hərəyə 200-300 dollar verirdi. Hüseyn müəllim pulu anasına göndərirdi. Zeynəb xanım onun nömrəsini heç kimə vermirdi ki, hər adam zəng edib pul istəməsin".

Məhkəmədə məlum olub ki, "Sovetski"də evlər plana düşən zaman Hüseyn Abdullayevin anası Zeynəb Abdullayevanın adına olan 10-a yaxın ev də sökülüb və dövlət tərəfindən kompensasiya verilib.

Prosesdə Z. Abdullayeva çıxış edərək mətbuatı məhkəmədə olanları düzgün işıqlandırmamaqda ittiham edib. Prosesdə iştirak edən jurnalistlər bu günə kimi məhkəmə iclaslarına buraxılmadıqlarını, bu barədə Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət etdikdən sonra ilk dəfə prosesdə iştirak etdiklərini bildiriblər.

Z.Abdullayeva daha sonra isə zərərçəkmiş Elnur Məmmədovun epizodu üzrə danışıb: "Onun kimi mərdimazar adam yer üzündə yoxdur. Elnur bizim obyekti icarəyə götürüb, amma pulu ödəməyib. Mən də ondan pulu istəmişəm. Elnurla mən danışmışam. Əgər buna görə Hüseyni tutublarsa, məni də tutsunlar. Əgər məni buraxırlarsa, Hüseyni də buraxsınlar. Mən özüm hər gün Elnura zəng edib obyektin arendasının pulunu istəyirdim, o niyə oğlumdan şikayət edib? Fəzail Ağamalıdan 1 faiz incimişəmsə, Elnurdan 500 faiz incimişəm".

Bundan sonra Z.Abdullayevanın qızının sürücüsü Ceyhun Həsənquliyev deyib ki, zərərçəkmiş Elnur Məmmədovun yanına gedərək ondan icarə haqqını götürüb: "Hər dəfə 500, ya da min manat almışam, ümumi 4500 manat pul götürmüşəm. Orda da heç bir söz-söhbət olmayıb. Heç kimə hədə-qorxu gəlinməyib".

Hüseyn Abdullayev anası Zeynəb Abdullayeva ilə

"Məhkəmə ədalətli aparılır, təki..." - "Quska"Bir neçə epizodik şahidlər dindiriləndən sonra məhkəmədə fasilə elan olunub.

Prosesin ikinci hissəsində Vergilər Nazirliyinin hüquqşünasları mülki iddiaçı kimi çıxış etmək istədiklərini bildiriblər. Nümayəndə Qoşqar Bədirxanov deyib ki, H.Abdullayev və Z.Abdullayevaya məxsus olan şirkətlər külli miqdarda vergidən yayınıb. O, əlavə edib ki, "Araz İnşaat" MMC üzrə 1 milyon 269 min manat, "Kənan S" şirkəti üzrə 1802 manat vergidənyayınma olub.

H.Abdullayev və Z.Abdullayevaya onların "Kənan S" adlı şirkətinin olmadığını deyib. "Araz İnşaat" üzrə isə vergi borclarının olmadığını, səsləndirilən bu rəqəmin necə yaranmasının izah edilməsini istəyib.

Hakimlər VN əməkdaşından bu rəqəmi sübuta yetirməyi və "Kənan S"in həmin şəxslərə aid olduğunu göstərən sənədləri məhkəməyə təqdim etmələrini istəyiblər. Lakin Q.Bədirxanov onda bu sənədlərin olmadığını və vergi borcunun necə yaranmasını izah edə bilməyəcəyini deyib: "Mən bu sahənin mütəxəssisi deyiləm, yoxlama da aparmamışam. Baş Prokurorluq istintaq araşdırması zamanı bu nəticəni əldə edib, bizə mülki iddiaçı kimi tanınmaq üçün müraciət edib. Biz istintaqın verdiyi rəqəmlərə əsaslanaraq bu məbləğdə vergidən yayınmanı müdafiə edirik".

Hakim VN əməkdaşından səyyar yoxlama aparıb-aparmadıqlarını soruşub. O isə istintaqdan sonra araşdırma üstünə araşdırma aparmaq səlahiyyətləri olmadığını deyib.

Baş prokurorluğun ittihamçısı da VN hüquqşünasına məhkəməyə hazırlıqsız, sənədlərsiz gəlməyi irad tutub.

Nazirliyin ikinci hüquqşünası Xəyal Əhmədov isə çıxışında bildirib ki, Z.Abdullayevaya məxsus Şıxov ərasizində yerləşən torpaq vergisindən 171 min manat ödənilməmiş qalıb. O deyib ki, Z.Abdullayevanın adına rəsmi sənəddə 4,3 hektar torpaq olub, lakin ekspertlər yerində ölçmə işləri aparanda müəyyən olunub ki, torpaq sahəsi 13, 48 hektardır. Buna görə də yaranan fərqin torpaq vergisi illər ərzində ödənilməyib və 171 min vergi borcu yaranıb.

Daha sonra əlavə edib ki, H.Abdullayev fiziki şəxs kimi vergi uçotuna durmadan qanunsuz sahibkarlıqla məşğul olub və dövlətə ödəməli olduğu 22 milyon 246 min vergini ödəməkdən yayınıb. Belə ki, H.Abdullayev 2011-ci ildə Yasamal rayonunda aldığı mənzilləri 2017-ci ildə baha qiymətə satıb. Bu mənzillərin satışından 110 milyon manat gəlir əldə edilib. Buna görə də dövlətə 22.246 milyon vergi ödənilməli idi.

İttihama münasibət bildirən H.Abdullayev deyib ki, onların sadəcə 4,3 hektar yeri olub, o da 2013-cü ildə başqa bir şirkət tərəfindən zəbt edilib: "İndi orada yük maşınları saxlayırlar, gedib baxa da bilərsiniz. O torpaq bizdə olduğu müddət ərzində də vergisini ödəmişik. Qalan 9 hektarın isə bizə aidiyyatı yoxdur. Mənim olmayan torpağa görə niyə vergi ödəməliyəm?"

Hakim VN əməkdaşından H.Abdullayevin həmin 9 hektardan necə istifadə etdiyini soruşub, o isə torpaqdan istifadə edilmədiyini bildirib. Daha sonra hakim ona belə bir sual ünvanlayıb: "Deyək ki, mənim sənəd üzrə bir ərazidə 1 hektar yerim var, onun ətrafında da 20 hektar boş ərazi var. Sahədən də istifadə olunmur. Siz mənim 1 hektardan artıq sahəni zəbt etdiyimi necə izah edə bilərsiz?"

VN əməkdaşı Xəyal Əhmədov isə həmin ərazidə olmadığını, ölçmə işlərində işirak etmədiyini, sadəcə istintaqın gəldiyini nəticəni müdafiə etdiyini deyib.

Hakim isə növbəti iclaslarda bu suallara cavab tapmaq üçün istintaqa cəlb olunan ekspertlərin dindiriləcəyini bildirib. VN hüquqşünaslarına da hazırlaşıb növbəti iclasda çıxış etməsi izah olunub.

H.Abdullayev 22 milyonluq ittihamla bağlı da danışıb: "Bu işlə bağlı utopik rəqəmlər səslənir. Xahiş edirəm açıqlansın ki, kimdən nə almışam, nə satmışam, neçəyə alıb neçəyə satmışam. Bunları konkret rəqəmlərdə deyib sübut edin. Sadəcə mənim və qohumlarımın bank hesabları izlənilib, ordan transfer olunan pullara görə vergi hesablanıb. Bu pulları isə mən 1990-cı illərdə qara və əlvan metal biznesimdən əldə etmişəm. Bu biznesim də Almaniyada, Ukraynada olub. Onların da bütün vergiləri ödənib, ödəməmişəmsə də bunu Almaniya tələb edə bilər. Mən 2000-ci ildən sonra nə 1 kq metal almışam, nə də satmışam. "Araz İnşaat"la bağlı da bir dəfə anamdan 1,8 milyon manat vergi pulu alıblar, amma rəsmiləşdirməyiblər. Mən heç nə etməmişəm, şükür ki, indi məhkəmə də ədalətli aparılır, pis deyil, təki axırı da yaxşı olsun".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 527   Tarix: 25 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Almaniyada avtobus avtomobil yolunda aşıb

Almaniyanın Leypsiq şəhərində avtobus magistral yolda aşıb. BİG.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib. 20-dən çox adam yaralanıb. Avtobusun İsveçrənin Sürix şəhərinə getdiyi bildirilib. Avtobusun hansı səbəbdən aşdığı məlum deyil. Sözügedən yolda nəqliyyat vasitələrinin hərəkət

13:09 0
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

17:48 0
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

12:44 0
.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

17:16 0
.

Narkotikə anası ilə birgə başlayan Tupakın müəmmalı ölümü - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı tarixin ən böyük hip-hop sənətçilərindən biri olan Tupak Amaru Şakura həsr olunub. Tupak Amaru Şakur 16 iyun 1971-ci ildə Nyu-Yorkda anadan olub. Doğulanda adı LesEyn Periş Kruks olub. Bu a

23:45 0
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

15:38 0
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

14:11 0
.

İsrail 7 oktyabrdan etibarən 212 məktəbə zərbə endirib

İsrail 7 oktyabrdan etibarən Qəzzaya hücumları davam edir. BİG.AZ xəbər verir ki, İsrail 212 məktəbə zərbə endirib. Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) və bəzi qeyri-hökumət təşkilatlarının hazırladığı hesabatda bildirilib. Həmin məktəblərdən 53-ü tamamilə məhv edilib

14:47 0
.

Albaniyanın Azərbaycandan qaz idxal etmək istəyi haqqında

"Bu istək təzə deyil. Hələ 16 il əvvəl Albaniya bu istəyini 2008-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş zirvə görüşündə bildirmişdir. Bunun üçün əla fürsət var. Çünki, Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi kəndindən başlayan TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 21

16:37 0