Azərbaycanda müəllimə özünü öldürdü: 3 uşaq anası idi... - FOTO

Azərbaycanda müəllimə özünü öldürdü: 3 uşaq anası idi... - FOTO
Ötən gün özünü evlərinin yaxınlığından keçən körpüdən Akkuşa çayına atmış Salyan rayonunun Seyidsadıqlı kənd sakini, 35 yaşlı Aysel Dadaşovanın cəsədi tapılıb.

BiG.AZ virtualaz.org-a istinadən məlumatına görə, cəsəd qadının özünü çaya atdığı yerdən 7 km aralıda, rayonun Qızılağac kəndi ərazisində suyun üzərinə çıxdığı üçün aşkar olunaraq FHN-nin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Aysel Dadaşovanın 3 azyaşlı oğlan uşağının anası və Seyidsadıqlı kənd orta məktəbinin ibtidai sinif müəllimidir.
Azərbaycanda müəllimə özünü öldürdü: 3 uşaq anası idi... - FOTO

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1548 Tarix: 25.04.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol