Elina üçün yığılan pullar necə oldu? - FOTO

Elina üçün yığılan pullar necə oldu? - FOTO

Bakı şəhəri 162 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva intiharı ilə bağlı yeni məqamlar üzə çıxıb.

BiG.AZ buta.media-ya istinadən xəbər verir ki, E. Hacıyeva özünü pəncərədən atandan sonra facebookda "Liniya jizni" qrupunda məktəbliyə köməklik məqədi ilə pul yığılmağa başlanılıbmış.

"Elina ailəsi ilə tanış deyildim. Bizim Facebook-da qrupumuz var. Orda qrup üzvlərindən biri – Stasya mənə yazdı məktəbdə şagird özün pəncərədən atıb, və məndən kömək istədi.

Mən Elinanın anası Sevil Hacıyeva ilə əlaqə saxladım, o məndən pul yığmağı təşkil etməyi xahiş etdi. Qızını travmatologiya şöbəsinə keçirmək istəyirdi. Sevil xanım bildirdi ki, onların maliyyə imkanları bunun üçün bəs etmir.

Mən onu əmin etdim ki, bütün yığılan məbləğ Elinanın digər şöbəyə keçirməyə yönləndiriləcək". - "Liniya jizni" qrupunun administratoru Gültən Ramazanova deyib.

G. Ramazanova qeyd edib ki, Elina dünyasını dəyişəndən yğılan pulların bir hissəsi onra önun dəfni üçün xərclənib:

"Toplam 3200 manat pul yığılmışdı. Yığılan pulun 1790 manatı dəfn mərasiminə (molla, qəbirstanlıqda yer, yas, nəqliyyat) və xəstəxanaya xərclənilib. Əlavə 200 manat 3 və 7 mərasiminə sərf olunub".

O bildirib ki, yığılan puldan 1 267 manat qalıb:

"Onu da qrupda elan verərək qaytarmağa cəhd edirik".

"Liniya jizni" qrupundan qeyd edilib ki, daha sonra digər qruplar Elinanın maraqlarının qorunması məqsədilə vəkil üçün pul toplanmağa başlanılıb.

Onu da bildirək ki, Elina Hacıyevanın anası Sevil Hüseynova ictimaiyyətə müraciət edərək bildrib ki, Elinanın maraqlarının qorunması məqsədilə vəkil üçün pula ehtiyacımın olduğu barədə müraciətlər yayımlanıb və hazırda da yayımlanmaqda davam edir:

Müraciət yayımlanandan dərhal sonra mənə Vəkillər Kollegiyasının sədri Anar Bağırov zəng etdi. Məni cinayət işində hüquqlarımı müdafiə edəcək vəkillər Sevinc Əliyeva, Azər Nağıyev və Emin İsayevlə tanış etdi.

S.Hüseynova deyib ki, VK tərəfindən tamamilə ödənişsiz olaraq 3 vəkil ilə təmin edildiyindən vəkil üçün pul yığmaq məcburiyyətindən azad olub:

"Ona görə bildirirəm ki, bu məqsəd üçün nə mən, nə də ki, ailəm pul yığmır. Əgər kimsə bizim adımızdan pul yığıldığını bildirsə, bilin ki, bu yalandır və mənim vəziyyətimdən sui-istifadədən başqa bir şey deyil. Onu da qeyd edim ki, həmçinin indiyə qədər də göstərilən səbəbdən kimdənsə pul almamışam. Başda Anar Bağırov olmaqla dərdimizə biganə qalmayan bütün həmvətənlərimə dərin minnətdarlığımı bildirirəm".

Elina üçün yığılan pullar necə oldu? - FOTO

Elina üçün yığılan pullar necə oldu? - FOTO

Elina üçün yığılan pullar necə oldu? - FOTO

Elina üçün yığılan pullar necə oldu? - FOTO

Elina üçün yığılan pullar necə oldu? - FOTO


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 675 Tarix: 25.04.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər