"İçərişəhər" qoruğu yayılan fotolara cavab verdi - Video

"İçərişəhər" qoruğu yayılan fotolara cavab verdi - Video"İçərişəhər" Dövlət Tarix- Memarlıq Qoruğu sosial şəbəkələrdə Qala divarlarının sökülməsi ilə bağlı yayılan fotolara münasibət bildirib.

"Qafqazinfo" xəbər verir ki, "İçərişəhər" Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Riad Qasımov qeyd olununları təkzib edərək ərazidən videogörüntü yayıb. O bildirib ki, qeyd olunan iaişə obyektlərinin tikintisi zamanı divardan aralı beton platformalar hazırlanıb:

"Beton platforma qala divarlarından aralı düzəldilib ki, divara maneə törətməsin və ya divara müdaxilə olunmasın. Əvvəllər restoranlar qala divarına söykənirdi, indi isə ondan tam aralıdır. Konstruksiya işlərində əsas məqsəd, divara söykənən tikililərin divardan ayırmaq, yerində daha müasir tikilər inşa etməkdir.

İçərişəhər həmçinin böyük bir turizm obyektidir. Belə şəhərlərdə kafe və restoranların açılması dünya təcrübəsinə tam uyğundur.

Daş-kərpicsiz, divardan aralıqda 10 ilə yaxın mövcud olan və nədənsə orada səhər yeməkləri yeyən zaman Qala divarları heç yadlarına düşməyən bəzi şəxslərin irad tutduğu kimi yox, yüngül metal konstruksiyalardan ibarət kafe-terraslar yığılır və heç bir abidəyə zərər yetirmir.

İnanmıram ki, bu absurd iradları səsləndirən insanlar indidə baxıb sakitləşsin, amma bir şey aydındır ki - "İçərişəhər" DTMQ İdarəsi öz rəsmi mövqelərini həmin şəxslərdən fərqli olaraq yalnız düzgün faktlar əsasında, hansısa uydurmalar əsasında bildirmir".

R. Qasımov onu da qeyd edib ki, qala divarlarının uçurulması ilə bağlı paylaşılan şəkillər 2011-2012-ci illərə məxsusdur:

"Şəxsən özüm gündəlik baxış zamanı çəkdiyim şəkil və videoları da paylaşıram. Göründüyü kimi, hansısa şəxslərin uzun müddət öncə çəkdikləri şəkilləri paylaşmaqla guya hazırda Qala divarlarının sökülməsi barədə gülünc iradları tam əsassızdır. Buyurun, sizin istinad etdiyiniz 5-6 ildən çox vaxt öncə çəkilən şəkil yox, bu gün - 24 aprel 2019-ci ilin videogörüntülər".

[video=http://qafqazinfo.az/
[youtube]


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 604   Tarix: 25 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381