Ölkəmizdə sağlamlıq turizminin inkişafı üçün geniş imkanlar mövcuddur

Ölkəmizdə sağlamlıq turizminin inkişafı üçün geniş imkanlar mövcuddurÖlkəmizdə sağlamlıq turizminin inkişafı üçün geniş imkanlar mövcuddur. Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində son illər bu sahədə müasir standartlara uyğun yeni müalicə kompleksləri yaradılıb, mövcud turizm infrastrukturu yenilənib və əsaslı təmir olunub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) qeyri-neft sektorunun digər sahələrində olduğu kimi, turizm sahəsində də biznesin təşkili üçün kiçik və orta biznesə (KOB) dəstək xidmətləri göstərməyə hazırdır.

BiG.AZ Azərtaca istinadən xəbər verir ki, bu fikri KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən 3-cü Qlobal Sağlamlıq Turizmi Forumu və Qlobal Sağlamlıq Turizm Şurasının 5-ci Assambleyasındakı çıxışında bildirib.

Tədbirdə turizm sahəsində sahibkarlığın inkişaf etdirilməsinin, turizm klasterləşməsinin təşviqinin agentliyin fəaliyyətinin prioritet istiqamətlərindən olduğu vurğulanıb, həmçinin KOB-lara göstərilən dəstək tədbirləri diqqətə çatdırılıb. Qeyd edilib ki, sağlamlıq turizmi üçün potensial olan regionlarda mövcud və yeni sağlamlıq məhsullarının istehsalının təşviqi, sağlamlıq xidməti göstərən müəssisələrdə və turistlər üçün digər cəlbedici yerlərdə bərpa və yenidənqurma işlərinin aparılmasına KOB-ların cəlb edilməsi agentliyin diqqət mərkəzindədir. Sağlamlıq turizmi sahəsində müxtəlif maraqlı tərəflər arasında əməkdaşlıq və tərəfdaşlığın qurulması da əhəmiyyətlidir və bu baxımdan müvafiq sahədə dövlət-özəl sektor təşəbbüslərinin reallaşdırılması agentliyin fəaliyyət istiqamətlərindəndir. Bundan başqa, sağlamlıq turizm zonalarında ictimai-iaşə xidmətlərinin yaradılması və bu sahəyə investisiyaların yatırılması da sahibkarlar üçün əlverişli ola bilər.

Orxan Məmmədov sağlamlıq turizmi sahəsində kiçik və orta sahibkarların aktivliyinin artmasının ölkəmizdə bu sahənin inkişafına öz töhfəsini verəcəyini qeyd edib.

/Azərtac


BiG.Az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 445   Tarix: 24 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Gürcülər Azərbaycanı seçir - Ölkəmiz ikincidir

Gürcüstan vətəndaşlarının səyahət üçün üstünlük verdiyi ölkələrin adı açıqlanıb. -ın xəbərinə görə, Gürcüstanın Milli Statistika Xidməti 2019-cu ilin üçüncü rübünə aid məlumat yayıb. Məlumata əsasən, Azərbaycan bu ölkələr arasında ikinci pillədədir. Buraya gələn gürcü turistlər 16,8% təşkil edirlər

27.11.2019 4857
.

Azərbaycanlılar niyə Antalyanı seçir?

Ölkəmizdən 2370 kilometr uzaqda yerləşən, Türkiyənin ən böyük turizm bölgələrindən olan Antalyaya hər il minlərlə Azərbaycanlı səfər edir. Son illər sayları artan turizm şirkətləri arasında yaranan rəqabət mühiti qiymətlərə də təsirsiz ötüşmür. -a istinadən xəbər verir ki, təxminən 350 manatdan başlaya

29.07.2019 3876
.

BAKI RUSİYALI TURİSTLƏR ÜÇÜN BATUMİNİ ƏVƏZ EDƏ BİLƏR

Rusiya Prezidenti Vladimir Putin ölkənin hava şirkətlərinin Gürcüstana sərnişin daşımalarını qadağan edən fərman imzalayıb. Rusiyanın Gürcüstana aviareysləri dayandırması turizm sektorunu çox ciddi risk qarşısında qoyur. Belə ki, hər il Rusiyadan Gürcüstana təxminən iki milyona yaxın turist gəlir v

26.06.2019 3010
.

Bakı "Yaradıcı şəhərlər şəbəkəsi" siyahısında

Bakı şəhəri UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi" siyahısına daxil edilib. Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin və Azərbaycan Respublikasının UNESCO yanındakı daimi nümayəndəliyinin səyləri nəticəsində Bakı şəhəri şəbəkənin "dizayn" tematikası üzrə siyahıya salınıb

05.11.2019 4076
.

Turistlərə Rusiyada istirahət etmək müqabilində pul təzminatı ödəniləcək

Rusiyada istirahət etmək istəyən turistlər pul təzminatı alacaqlar. "İzvestiya"nın məlumatına görə, bunu RF-in Baş naziri Mixail Mişustin deyib. Onun sözlərinə görə, təzminat turdan asılı olaraq 500-1500 rubl (120-360 AZN) arası dəyişəcək. Bunun üçün hökumət 15 milyard rubl (360 milyon AZN-

22.07.2020 2717
.

Bilal Ərdoğan Milli Yaylaq Festivalının açılışında iştirak edib

Azərbaycanda ilk dəfə olaraq ölkənin milli-mədəni dəyərlərini, tarixini və bir sıra ənənələrini özündə əks etdirən Milli Yaylaq Festivalı keçirilir. -a istinadən xəbər verir ki, bu gün festivalın açılış mərasimi olub. Mərasimdə türkiyəli iş adamı, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın oğlu Bila

29.07.2019 4411
.

Istanbula möhtəşəm Mega tur !

Istanbula möhtəşəm Mega tur Mart ayında sizi unudulmaz Istanbul turu gözləyir. Novruz bayramının yadda qalan olmağını istəyirsiniz ? Bu tur ilə həm İstanbulu gəzəcək, həm alış veriş edəcək,həm Galatasarayın stadionuna-muzeyinə girəcək və ən əsası dizi setlərini - məkanlarını gəzəcəksiniz. Azərbayca

04.02.2020 408
.

Fuad Nağıyev "Azərbaycanda bütün otellər ulduzlarına uyğun xidmət göstərmir"

"Azərbaycanda bütün otellər ulduzlarına uyğun xidmət göstərmir". "Report"-a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. "Keyfiyyət problemi Bakıda fəaliyyət göstərən 100-dən çox otellə demək olar, yoxdur. Amma regionlarda bu problem var

27.06.2019 2583