Milli Qəhrəmanın bacısı qızını öldürən generalın sürücüsü imiş - FOTO

Milli Qəhrəmanın bacısı qızını öldürən generalın sürücüsü imiş - FOTOBakı Baş Gömrük İdarəsinin sabiq rəisi, gömrük generalı Vüsal Novruzova məxsus şirkətin avtomobili 36 yaşlı, iki uşaq anasını vurub öldürüb.

BiG.AZ xəbər verir ki, unikal.org-a müraciət edən mərhumun həyat yoldaşı İmaməliyev Mahir Əjdər oğlu bildirir ki, hadisəni törədən sürücü gizlədilir:

"Həyat yoldaşım 1982-ci il təvəllüdlü İmaməliyeva Lalə Salman qızı Bakı Şəhəri Heydər Əliyev prospektində, 23-cü polis bölməsinin qarşısında yolu keçərkən 85-CA-611 dövlət qeydiyyat nişanlı "Opel Combo" markalı avtomobil vurub. Yoldaşım hadisə yerindəcə dünyasını dəyişdi. Sonra hadisənin istintaqını Nizami Rayon Polis idarəsinin müstəntiqi Elşən Bədirzadə aparırdı. İstintaq müddətində hadisənin baş verdiyi yerdə ən yaxın təhlükəsizlik kamerasının deyil, 500 metr məsafədə olan kameranın görüntüləri mənə göstərildi. Həmin görüntülərdə sürücünün kim olduğu aydın bilinmir. Mənə dedilər ki, hadisəni Tərlan Məmmov adlı şəxs törədib.Mən öyrəndim ki, Tərlanın sürdüyü avtomobil Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi, gömrük generalı Vüsal Novruzova məxsus şirkətindir. Əvvəllər məhkum olunmuş Tərlan adlı şəxs avtomobili etibarnaməsiz idarə edirmiş. İstintaq müddətində müstəntiq hadisəni törədən şəxsin həbs edildiyini, avtomobilin müvəqqəti saxlama dayanacağına aparıldığını söyəsə də, sonradan deyilənlərin yalan olduğunu bildim. Müstəntiqə müraciət edəndə o bildirdi ki, mən onu həbs edə bilmərəm, onu hörmətli şəxslər ona tapşırıb. Mən bundan sonra prokurorluq oranlarına və Daxili İşlər Dazirliyinə məktubla müraciət etmişəm. Hadisə 2018-ci ildə baş versə də, hələ də məhkəmə prosesi davam edir. Hadisə Nizami rayon məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyində araşdırılır. Sağ olsun hakim müxtəlif dövlət orqanlarına sorğular göndərib. Məlum olub ki, bizə təqdim olunan görüntülərin bir dəqiqəsi silinib. Mən hesab edirəm ki, qəzanı törədən avtomobili Tərlan deyil, başqası idarə edib. Çünki görüntülərdəki sürücü ilə Tərlanın boyunun ölçüsü uyğun deyil. Həmin təmizlik şirkətinin rəhbəri İlham adlı şəxs gizlin bizim yasda iştirak edib. Mənə kim olduğunu deməyib. Həmin İlham sürcünü müdafiə edir, ona qanunsuz avtomobil verməklə yanaşı onu açıq müdafiə etməkdən belə çəkinmir. Həmin şirkət mənə yoldaşımın dəfn xərcləri ilə bağlı da kömək etməyib. Mən heç kəsdən kömək də ummuram. Sadəcə bir istəyim var ki, avtomobillə həyat yoldaşımı öldürən şəxsin kim olduğunu bilim. Mən prezident İlham Əliyevə və ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edib, onlardan kömək istəyirəm. Xahiş edirəm ki, mənim həyat yoldaşımın ölümü ilə bağlı iş düzgün araşdırılsın, günahkar şəxs və ya şəxslər cəzalandirilsin. Çünki mən iki yetim övladimla çarəsiz vəziyyətdəyəm. Onu da diqqəinizə çatdırım ki, həyat yoldaşım Milli Qəhrəman Yusif Mirzəyevin bacısı qızdır".
Milli Qəhrəmanın bacısı qızını öldürən generalın sürücüsü imiş - FOTOMilli Qəhrəmanın bacısı qızını öldürən generalın sürücüsü imiş - FOTOMilli Qəhrəmanın bacısı qızını öldürən generalın sürücüsü imiş - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1567   Tarix: 24 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"31 Mart soyqırımı hadisəsi təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir"

"Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılalara qarşı həyata keçirdiyi soyqırımından 106 il ötür. Son iki əsrdə ermənilər Azərbaycan xalqına qarşı misli görünməmiş etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirmişlər. Bu siyasət nəticəsində xalqımız ağır məhrumiyyətlərə v

12:40 0
.

Fransa NATO-dan çıxacaq?

Fransanın Milli Birlik Partiyası Ukraynada münaqişə bitdikdən sonra ölkənin NATO-nun vahid komandanlığından çıxa biləcəyini ehtimal edir. Bu fikri Fransanın ifrat sağçı lideri Cordan Bardella səsləndirib. Siyasətçi qeyd edib ki, onun partiyası ölkədə 2027-ci ilə təyin edilmiş növbəti prezident seçkisind

13:58 0
.

Azərbaycanda bu qadınlar pensiyaya tez çıxa biləcək

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisi

14:22 0
.

Hikmət Hacıyev: "Azərbaycan və Ermənistan sülhə yaxındır, buna nail olmağa çalışılır"

"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin təəssüf ki, buna mane olurlar". "Report" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin "Phoenix"

16:40 0
.

Qəzzada ölənlərin sayı 32623 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı artıb. Bu barədə Fələstinin Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Kudra məlumat yayıb. Kudra bildirib ki, son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağın

13:26 0
.

"WhatsApp" istifadəçilərini sevindirəcək daha bir YENİLİK

"WhatsApp" messenceri istifadəçilərinə ünsiyyət qurmaq üçün yeni imkan tanıyacaq. Belə ki, mesajlaşma şəbəkəsi istifadəçinin yeni kontaktlarını müəyyənləşdirəcək və onlarla söhbətə başlamağı istifadəçiyə təklif edəcək. Bu barədə "WABetaInfo" portalı məlumat yayıb. Məlumata görə, "WhatsApp"

15:03 0
.

Bu şəxslər üçün cəzalar sərtləşdirilir - 2500 AZN CƏRİMƏ OLUNACAQLAR

Fövqəladə vəziyyət rejiminin tələblərini pozan fiziki şəxslər üçün cəzalar sərtləşdirilir. BİG.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, gündəli

12:50 0
.

Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq

Azərbaycanda kişilərin tələb olunan şərtlər daxilində 5 il erkən pensiya hüququ tanınacaq. "Report"un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihəy

15:52 0
.

Yeni qanun hansı taksi sürücülərinə şamil olunacaq ?

Azərbaycanda bundan sonra taksi minik avtomobilləri ağ və yaxud qırmızı rənglərdə olacaq. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"d

13:30 0