Məşhur müğənni öz ad günündə öldü- FOTO

Məşhur müğənni öz ad günündə öldü- FOTO

Tanımış fransız müğənni Erve Forneri (daha çox Dik Rivers səhnə adı ilə tanınır - red.) öz ad günündə - aprelin 24-də dünyasını dəyişib.

Bu barədə müğənninin meneceri “Twitter”də məlumat paylaşıb.

Artistin xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir. Onun 74 yaşı tamam olmuşdu.

Müğənni dünyada fransız “rock-roll” üslubunun inkişafına böyük töhfələr verib. Forneri Elvis Preslinin yaradıcılığından ilhamlanıb, özünə seçdiyi Dik Rivers səhnə adı isə Preslinin baş rola çəkildiyi “Səni sevmək” (1957) adlı romantik dramın baş qəhrəmanının adıdır.

Xidməti siyahısında 30-dan çox albom, onlarla sinql yer alır. Sonuncu albomu 2014-cü ildə işıq üzü görmüşdü.


Məşhur müğənni öz ad günündə öldü- FOTO

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1646 Tarix: 24.04.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol