"Erməni soyqırımı"nı tanıyan deputat oğlu, məşhur KVN-çi Bakıda nə işlə məşğuldur? - FOTOFAKT

"Erməni soyqırımı"nı tanıyan deputat oğlu, məşhur KVN-çi Bakıda nə işlə məşğuldur? - FOTOFAKTXatırlayırsınızsa, 4 il əvvəl - 2015-ci ilin 24 aprel tarixində "Parni iz Baku" KVN ("Şən və Hazırcavablar Klubu") komandasının aparıcı üzvlərindən biri Cavid İmamverdiyev azərbaycanlıları "erməni soyqırımını" tanımağa, ermənilərə başsağlığı verməyə və tövbə etməyə çağırıb.

BiG.AZ yeniavaz.com-a istinadən xəbər verir ki, KVN komandasının keçmiş iştirakçısı Cavid İmamvediyev bu sözləri erməni əsilli rusiyalı teleaparıcı Tina Kandelakin "Facebook"dakı statusuna yazdığı rəydə qeyd edib.
Məlumat üçün xatırladaq ki, sabiq millət vəkili, Milli Elmlər Akademiyasının müxbir üzvü, YAP-ın qurucularından olan məşhur "91-lər"dən biri - Südeyf İmamverdiyevin oğlu olan Cavid İmamvediyevin yazdığı rəy belə olub:

"Təsadüfən bu müzakirələrlə qarşılaşdım və ermənilərin azərbaycanlıları, azərbaycanlıların isə erməniləri necə həvəslə təhqir etməsindən dəhşətə gəldim. Uşaqlar, bəlkə daha bəsdir? Bəli, etiraf etmək lazımdır ki, Türkiyədə soyqırımı olub, Xocalı və Sumqayıt və tariximizin digər dəhşətli məqamları olub. Bütün bunları etiraf etmək, başsağlığı vermək və tövbə etmək lazımdır. Biz qədimdən qonşuluqda yaşayırıq, bəzi dostlarımızın damarlarından həm azərbaycanlı, həm də erməni qanı axır. Ermənistan və Azərbaycandan kənarda əvvəlki kimi birlikdə biznes qururlar. Uşaqları nifrətə öyrətmək lazım deyil. Yenidən əsrlərlə yaşadığımız kimi yaşamağa cəhd göstərmək lazımdır. Sülh və razılıq dünyasında".

Qeyd edək ki, keçmiş KVN-çi Cavid İmamverdiyev bu açıqlamanı yazdığı zaman Azərbaycan mətbuatda ciddi şəkildə tənqid olunub. Erməni mətbuatı isə "Məşhur azərbaycanlı "erməni soyqırımı"nı tanıdı" başlıqlı xəbərləri tirajlayıblar.
Daha sonra uzun müddət mətbuatdan uzaq olan Cavid İmamverdiyevdən ilk geniş müsahibəni ötən il KVN-nin daha bir məşhur üzvü Bəhram Bağırzada alıb və öz şəxsi bloquda yayımlayıb (https://qorod.blog/2018/07/19/djavid-imamverdiyev/).

Mətbuatda yer alan məlumatlardan belə görünür ki, Cavid İmamverdiyev hazırda "Yaddaş" kinostudiyasının direktorudur. Bu kinostudiya Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan tarixi və etnoqrafiyası üzrə layihələrini icra edir.
Eyni zamanda Cavid İmamverdiyev yaxın günlərdə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram teatrında səhnəyə qoyulacaq "Milyonçu qadın" pyesinin videoinstalyasiyanın müəllifidir.
"Erməni soyqırımı"nı tanıyan deputat oğlu, məşhur KVN-çi Bakıda nə işlə məşğuldur? - FOTOFAKT


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2056   Tarix: 24 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264