Bir sıra abituriyentlər qəbul imtahanının növbəti mərhələsində iştirak edə bilməyəcək – Rəsmi
Əvvəlki illərin məzunları, xüsusilə I, IV ixtisas qrupuna qəbul olmaq istəyənlər imtahanın birinci mərhələsində iştirak etməlidirlər. Əgər onlar bu imtahanda iştirak etməsələr, onda qəbul imtahanının ikinci mərhələsinə buraxılmayacaqlar. Çünki ikinci mərhələdə iştirak etməyən abituriyent müsabiqəyə buraxılmır.
Bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib.
Onun sözlərinə görə, abituriyentlər imtahana gələrkən sənədləri ilə bağlı da diqqətli olmalıdırlar:
"Mütləq şəxsiyyət vəsiqəsinin əsli olmalıdır. Bəzən görürük ki, onlar imtahana şəxsiyyət vəsiqələrinin sürətini gətirirlər. Şəxsiyyət vəsiqəsinin əsli, imtahana buraxılış vərəqəsi onların mütləq üzərində olmalıdır".
X.Xanlarzadə qeyd edib ki, imtahana vaxtında gəlmək vacibdir:
"İmtahan saat 11-də başlayır. Amma imtahana buraxılış vərəqəsinin üzərində imtahana gəlmək vaxtı neçə göstərilibsə, həmin vaxt gəlmək vacibdir. Çünki imtahanın başlamasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. Burda abituriyentlərin dinləmə bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlayır. Ona görə də sakitliyin təmin olunması üçün imtahanın başlamasına 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır".
Mətbuat katibinin sözlərinə görə, qaydaları pozan abituriyentlərin nəticələri ləğv olunacaq.
"Qadağan olunmuş vasitələr – hər hansı konspekt, mobil telefon, əlavə vərəq, dəftər, kitabça imtahana buraxılmayacaq. Üzərində mobil telefon aşkar olunan abituriyent dərhal imtahan binasından xaric olunur. Onların nəticələri ləğv olunur. Eyni zamanda onlar imtahanın ikinci mərhələsinə buraxılmırlar".
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 28-də əvvəlki illərin məzunları üçün I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci mərhələsi, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq. (trend)
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 624 Tarix: 24 aprel 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşMoskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib
Moskva yaxınlığında Balaşixa şəhərində azərbaycanlı iş adamı Nazim Əhmədov qətlə yetirilib. Məlumata görə, 61 yaşlı iş adamı ona məxsus olan "Yunis" adlı mağazaya yaxın parklanma yerində öldürülüb. Bildirilir ki, parklanma yerində onu qara geyimdə olan naməlum şəxs gözləyib və Nazim avtomobilində
14:43 49 Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib. APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib
19.04.2024 199 Sosial medianın zərərli təsirlərindən necə qorunmalıyıq ?
"Təssüflər olsun ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.Son zamanlar cəzbedici, mistik platforma istifadəçilərini intihar və depresiyaya aparır.Az qala oradakı virtual dostlarımız ailə üzvlərimiz qədər yaxın olmağa başlayıb". Bu sözləri BİG.AZ-A deputat Ceyhun Məmmədo
19.04.2024 193 Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
Laçında bədbəxt hadisə baş verib. APA xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Zəka Rəsul oğlu Rəsulov ekskavatoru təmir edən zaman üzərinə dəmir parçası düşüb. Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkə
19.04.2024 434 Rusiya: "Qərb Zelenskini aradan götürmək qərarına gəlib"
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbin Ukrayna prezidenti Vladimir Zelenskini yox etməyə qərar verdiyini iddia edib. xəbər verir ki, Medvedev sosial media hesabından verdiyi açıqlamada Polşada Zelenskiyə qarşı sui-qəsd cəhdində istifadə oluna biləcək məlumatları sızdırmağ
19.04.2024 445 Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO
Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas
19.04.2024 470 Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı
Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın
19.04.2024 451 Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ
Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd
19.04.2024 385 Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universitet
11:53 197