Futbolçu oyun zamanı topla havada uçan quşu vurub öldürdü – Video

Futbolçu oyun zamanı topla havada uçan quşu vurub öldürdü – VideoRusiyada futbolçu komanda yoldaşına ötürmə verərkən stadion üzərində uçan quşu vurub. Bu, Rusiya çempionatının 32-ci turunda "Şinnik" və "Tümen" komandaları arasında keçirilən oyun zamanı baş verib. Qarşılaşma 1:0 hesabıyla "Şinnik"in qələbəsilə başa çatıb.
Bizimyol.info xəbər verir ki, ötürmə zamanı topun yuxarıda uçan quşa dəydiyini əks etdirən görüntülər komandanın sosial şəbəkələrdəki səhifəsində yayılıb. Videodan görünür ki, quş stadionun üzərində az hündürlükdə uçub. Uzaq məsafəyə göndərilən top quşa dəyib və zərbədən ölən quş stadiona düşüb.

"Şinnik"in rəhbərliyi deyib ki, oyundan bir gün öncə stadiona ot əkilib. Göyərçinlər toxumdan ötrü orada uçurmuş. Amma stadion göyərçinlərin "hücumundan" ziyan görməyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1070   Tarix: 24 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş