Barda SİLAHLI İNSİDENT: 2 ölü, 4 yaralı

Barda SİLAHLI İNSİDENT: 2 ölü, 4 yaralı

Niğdedə əyləncə mərkəzlərinin birində silahlı hücum baş verib.

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, əylənmək üçün bara gələn S.D adlı şəxs naməlum səbəblərdən restoranın işçiləri ilə mübahisə etməyə başlayıb.

Mübahisə böyüyüb və S.D. üzərindəki odlu silahı çıxararaq restoran əməkdaşlarına hücum edib. Hadisə nəticəsində 2 nəfər – 40 yaşlı Sərdar Altın və 41 yaşlı Ömər Yıldırım həlak olub, 4 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan biri – 36 yaşlı Fatih Vəzirin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma davam edir.
Barda SİLAHLI İNSİDENT: 2 ölü, 4 yaralı

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 556 Tarix: 24.04.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər