Bakıda gənc qız min manat borca görə özünü öldürdü - TƏFƏRRÜAT

Bakıda gənc qız min manat borca görə özünü öldürdü - TƏFƏRRÜATHüquq-mühafizə orqanları Azərbaycanda gənclər arasında intiharların sayının artmasından narahatdırlar. Növbəti belə bir hadisə aprelin 23-də Yasamal rayonu ərazisində baş verib.

BiG.AZ xəbər verir ki, bu barədə oxu.az-a Yasamal Rayon Prokurorluğundan məlumat verilib.

23 yaşlı Firuzə Dadaşova Yeni Yasamal qəsəbəsində Əsəd Əhmədov küçəsində yerləşən yaşayış binasının yeddinci mərtəbəsindən özünü ataraq intihar edib.

İlkin araşdırma zamanı məlum olub ki, F.Dadaşova borca görə özünü öldürüb.

Firuzə metronun "Gənclik" stansiyasının yaxınlığında gözəllik salonunda işləyib. Onun obyektin sahibinə min manatdan çox borcu olub. Gözləməkdən yorulan gözəllik salonunun sahibi Firuzədən pulunu tələb edib.

Məlumdur ki, hadisədən əvvəl qızla obyekt sahibi arasında telefon söhbəti olub. Dadaşova bildirib ki, ondan əl çəkməsələr, özünü öldürəcək.

Gözəllik salonunun sahibi ondan bunu etməməyi xahiş edib.

Qeyd edilir ki, obyekt sahibi tərəfindən F.Dadaşovaya qarşı heç bir təzyiq və təhdid olmayıb.

Hazırda iş üzrə araşdırmalar davam etdirilir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1494   Tarix: 24 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti