Restoranda qorxulu anlar: Həyat yoldaşının başına silah dayadı - FOTO

Restoranda qorxulu anlar: Həyat yoldaşının başına silah dayadı - FOTO

Batmada kişi restoranda mübahisə etdiyi həyat yoldaşının başına silah dayayıb.

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Vədat Gənc kafedə birlikdə oturduğu həyat yoldaşı Esinə Gənclə bilinməyən səbəbdən mübahisə etməyə başlayıb. Mübahisə zamanı kişi üzərindəki silahı həyat yoldaşının başına dayayıb.

Esinə Gənci buraxmayan Vədat Gənc insanlardan restoranı boşaltmaqlarını istəyib. Restorandakı insanlar qorxaraq çölə qaçmağa başlayıblar.

Ətrafdakı insanlar polisə xəbər veriblər. Bu zaman həyat yoldaşını buraxan kişi çölə çıxaraq polislərlə danışmağa başlayıb.

Bir müddət danışıqlardan sonraPolislər kişini fikirindən daşındıra biliblər. Belə ki, Vədat Gənc silahını polisə verərək təslim olub.

Aysel Yusifqızı

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 600 Tarix: 24.04.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol