İlham Quliyev: "İmkanlı ailədə dünyaya gəldim, ancaq..." - MÜSAHİBƏ

"Sual-Cavab" layihəsinin bu dəfəki qonağı media camiəsinin səmimi simalarından biri olan, 20 ildir "Kaspi" qəzetində çalışan və 4 ildən artıqdır ki, çalışdığı qəzetdə baş redaktor vəzifəsini icra edən İlham Quliyevdir.

Sonxeber.az İlham Quliyevin müsahibəsini təqdim edir:

- İlham müəllim, xoş gördük sizi. İstərdim ki, ilk öncə özünüz haqda danışasınız, uşaqlığınız necə keçib, necə xatırlayırsınız?
- 1977-ci ilin oktyabrında Ağsu rayonunun Xəlilli kəndində anadan olmuşam. Uşaqlığım Ağsu da keçsə də, 8-ci sinifdən Bakıya gəlmişəm. Bakıda Kimya-Biologiya Təmayüllü Liseydə təhsil almışam. Sonra Dövlət Pedaqoji Universitetinin kimya-biologiya fakültəsində bakalavr və magistr təhsilləri almışam. Valideynlərim tibb sahəsində təhsil almağımı istəyiblər. Onların tövsiyəsi ilə Kimya-Biologiya Təmayüllü Liseyidə oxudum, Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul oldum. Sadəcə, o vaxtlar qaydalar belə idi ki, ödənişli təhsil almaq üçün yenidən sənədləri vermək və müsabiqə prosesində iştirak etmək lazım idi. Həmin vaxtlar ölkənin çox çətin zamanları idi. Valideynlərimin də maddi baxımdan çox böyük problemləri var idi və təhsil haqqını ödəmək imkanı olmadığından, Pedaqoji Universitetində kimya-biologiya fakültəsində ödənişsiz təhsil almağı seçməli oldum. Artıq birinci kursdan müxtəlif media orqanlarına gediş-gəlişim yarandı. İkinci kursdan "Avrasiya" qəzetində çalışmağa başladım. O zamanlar ölkənin ən populyar, ən çoxtirajlı qəzetlərindən biri idi. Qəzetdə müxbir kimi fəaliyyətə başladım. Bir müddət çalışdıqdan sonra "Günaydın" qəzetinə transfer oldum. Çünki "Avrasiya"da ixtisarlar oldu. Mənim kimi yeni işə başlayan bir çox gənc ixtisara düşdü. Sevincim çox uzun çəkmədi (gülümsəyir- red.). "Günaydın"da çalışarkən məni "Kaspi" qəzetinə dəvət etdilər və 1999-cu ilin sentyabr ayından bu qəzetindəyəm. Onu da əlavə edim ki, lap əvvəl siyasət müxbiri olmuşam, sonra qəzetin parlament müxbiri kimi çalışmışam, siyasət şöbəsinə rəhbərlik etmişəm. 2005-ci ildən isə "Kaspi" qəzetinin baş redaktorunun müavini olmuşam. 2015-ci ildən də baş redaktoram. Artıq 4 ildın çoxdur bu vəzifədəyəm. Özümü gənc yaşlarından mediaya bağlı bir adam hesab edirəm.

İmkanlı ailədə dünyaya gəlsəm də...

- Uşaqlığınızdan bəhs etmişkən, daha çox nələrə və hansı istiqamətlərə maraq göstərdiniz?
- Valideynlərimin dediyinə görə, çox sakit uşaq olmuşam. Daha çox futbol azarkeşi idim. Xatırlayıram ki, 1996-cı ildə keçrilən Avropa çempionatını çox həvəslə izləyirdim. Özüm də bu oynu oynamağı çox sevirdim. Kitab oxumağı çox sevmişəm. 7-ci sinfə qədər kəndimizdə yerləşən kitabxanadakı kitabların hamısını oxumuşdum. Uşaqlıq illərimiz çox çətin keçib. Sovet hakimiyyəti dağıldı, dövlət müstəqilliyinin ilk illəri, maddi baxımdan çox çətinliklər var idi. Əslində mən imkanlı ailədə dünyaya gəlmişəm. Atam rəhbər vəzifədə, nəqliyyat sektorunda çalışıb. Amma 80-ci illərin sonunda atamın işlədiyi müəssisə tamamilə öz fəaliyyətini dayandırdı və ailəmizin çətin vaxtları başladı. Kənd təsərrüfatı ilə məşğul olurduq. Bu yükün böyük bir hissəsi mənim və qardaşlarımın üzərində idi.

- Futbola marağı olan yaxşı futbolçunun jurnalistika sahəsinə marağı necə yarandı?
- Futbolla yanaşı, oxumağa da çox böyük marağım olub. Babamın və atamın mütəmadi olaraq qəzet oxuması uşaq yaşlarımdan məndə oxumağa qarşı çox böyük həvəs yaratmışdı. Bu hisslərlə Bakıya gəldikdən sonra jurnalistika sahəsinə meyilləndim, redaksiyalara getdim, yazarlarla tanış oldum. Zaman keçdikcə ətrafım məni bu sahədə bacarıqlı olacağıma inandırdı. Artıq neçə illərdir bu peşədəyəm və heç də peşman deyiləm.

Maddi sıxıntılarımız olsa da…

- Ali təhsiliniz kimya-biologiya sahəsində olsa da, jurnalistikada özünüzü sınadınız. İlk vaxtlar sizə çətin olmadı?
- Əlbəttə bu tərəddüdlər hər zaman var idi. Lakin ilk zamanlardan hiss etdim ki, elə mənim yerim buradır, bu sahənin adamıyam. Ətrafdakıların yazılarımı bəyənməsi məndə çox böyük inam yaradırdı. Bəzən maddi sıxıntılarımız olsa da, bu, düşkünlük yaratmırdı. Çünki bu işi sevirdik.
İlham Quliyev: "İmkanlı ailədə dünyaya gəldim, ancaq..." - MÜSAHİBƏ- 20 ildən artıqdır ki, "Kaspi" qəzetində çalışırsız. Eyni yerdə işləmək yorucu və darıxdırıcı deyil ki?
- Bəlkə də kənardan baxanda belə görünür. Amma mən təbiətcə mühafizəkar adamam. İstər iş, istərsə də gündəlik həyatımda radikal dəyişiklikləri sevən adam deyiləm. Əslində jurnalistika sahəsi çox rəngarəng bir sahədir. Burada hansısa televiziyada və ya redaksiyada işləməyin elə bir fərqi yoxdur. Biz hamımız eyni işlə məşğuluq. Burdam çıxıb başqa bir redaksiyaya getsəydim də, bu işi görəcəkdim. Ümumiyyətlə, heç vaxt "20 ildən artıq bir yerdə işləmək məni yorur" deyə düşünməmişəm (gülümsəyir- red.).

Yazılı media artıq əvvəlki əzəmətini itirməkdədir…

- "Kaspi" qəzetinin oxucu dairəsi və maliyyə durumu barədə nə deyə bilərsiniz?
- Biz "Kaspi"ni üç əsrin qəzeti adlandırırıq. 1881-ci ildən fəaliyyətə başlayan qəzet, sonradan 1918-ci ildə fəaliyyətini dayandırıb. 1999-cu ildən bu qəzet yenidən fəaliyyətini bərpa edib və tarixi ənənələrini davam etdirməyə çalışır. Çox əminliklə deyə bilərəm ki, Azərbaycanın çap mediasında xüsusi yeri, xüsusi dəsti-xətti olan bir qəzetə çevrilmişik. İnformasiya mühitində baş verən dəyişikliklərə də çevik reaksiya vermişik. Bilirik ki, yazılı media artıq əvvəlki əzəmətini itirməkdədir. Artıq bu sahəyə yeni tendensiyalar gəlməyə başlayıb. İnternet mediası çox güclənib və ümumi informasiya bazarında əsas gücə çevrilməyə başlayıb. Sosial şəbəkələr həyatımıza ciddi şəkildə daxil olub. Biz artıq bütün bu dəyişikliklərə tam olaraq uyğunlaşmışıq. Bizim onlayn rejimdə fəaliyyətdə olan saytımız var, "Kaspi" Azərbaycanda üç əlavəsi olan yeganə qəzetdir. Bu gün Azərbaycanda qəzet çap etmək fədakarlıqdır. Biz bu fədakarlığı oxucularımızın könlünü oxşaya bilmək üçün edirik. Hesab edirəm ki, Azərbaycanda "Kaspi" kimi qəzetlər çox olmalıdır.

- İllərdir media camiəsindəsiniz. Mətbuatın bugünkü durumunu necə dəyərləndirərdiniz? Baş verənlər sizi qane edirmi?
- Azərbaycan mətbuatı son 20-25 ildə çox böyük inkişaf yolu keçib. Bu illər ərzində ağır zamanlar da olub. Əvvəllər bəzi qəzetlər həftədə bir dəfə çap olunardı. Sonradan gündəlik çap formatına keçdilər. Tirajlarda çox böyük artımlar müşahidə olundu. Artıq 2000-ci illərin əvvəllərində internet mediasının sürətli inkişafı önəmli rol oynadı. Bu illəri nəzərə alaraq, ümumilikdə Azərbaycan mediasının çox şərəfli bir yol keçməsini qeyd etmək istərdim. Artıq özümüzə məxsus bir media camiəmiz var. Əvvəllər medianın fəaliyyəti dövlət tərəfindən tənzimlənirdi. Bununla bağlı xüsusi bir nazirlik fəaliyyət göstərirdi. Sonralar bu nazirlik öz fəaliyyətini dayandırdı və media özünü tənzimləmə mərhələsinə qədəm qoydu. Mətbuat Şurası təsis edildi və şuranın İdarə Heyəti seçildi. Bu qurum uzun illərdir ki, Azərbaycan mediasının istiqamət verici orqanı kimi fəaliyyət göstərir. Bu gün dövlət tərəfindən də mətbuat sahəsinə çox böyük maddi və mənəvi dəstək var.
İlham Quliyev: "İmkanlı ailədə dünyaya gəldim, ancaq..." - MÜSAHİBƏMedia sahəsində fəaliyyət göstərməsəydim...

- Peşənizin həm də hobbiniz olduğunu bildirdiniz. Nə zamansa özünüzü başqa bir sahədə sınamaq istərdinizmi?
- Mən işimi çox sevirəm və özümü başqa bir sahədə görmürəm. İxtisasca müəlliməm. Əgər nə zamansa mediaya ehtiyac olmazsa, müəllim kimi çalışa bilərəm. Çox güman ki, media sahəsində fəaliyyət göstərməsəydim, indi təhsil sektorunda çalışardım.

- Gələcək planlarınız haqqında nə deyə bilərsiniz?
- Gələcək planlarımız ancaq, "Kaspi"nin inkişafı ilə bağlıdır. İnternet resurslarımızın imkanlarını daha da genişləndirməliyik. Dünyada baş verən informasiya sektoru ilə bağlı prosesləri diqqətdə saxlamalıyıq. Yeni trendlərə uyğun Azərbaycan informasiya bazarında daha yaxşı mövqelərin ələ keçirilməsi üçün çalışmalıyıq. Bütün perspektiv inkişaf planlarımız bununla bağlıdır.
İlham Quliyev: "İmkanlı ailədə dünyaya gəldim, ancaq..." - MÜSAHİBƏ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 617   Tarix: 24 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 123
.

İsveçdə cinsiyyətin dəyişdirilməsi üçün yaş həddi dəyişdirildi

İsveç Parlamenti, biri cinsiyyətin dəyişdirilməsi üçün minimum yaş həddi 18-dən 16-ya endirilən və digəri isə əməliyyata girişi asanlaşdıran iki yeni qanun qəbul edib. xarici mediaya istinadən xəbər verir ki, İsveç Parlamentində altı saat davam edən qızğın müzakirələrdən sonra qanun layihələri lehin

18.04.2024 270
.

Robot tozsoran partladı - VİDEO

Türkiyənin Kocaeli şəhərində robot tozsoran partlayıb. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Evə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb

18.04.2024 376
.

3 avtomobilin iştirakı ilə baş verən qəza - VİDEO

Türkiyənin Kayseri şəhərində 3 avtomobil iştirakı ilə zəncirvari qəza olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 2 nəfər yaralanıb. Hadisənin baş vermə səbəbləri məlum deyil. Qəzanın baş vermə səbəbi məlum deyil. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb

18.04.2024 353
.

"Bu layihə ölkəmiz üçün çox faydalı olacaq" - Deputat

"Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələrinin qurumasıdır. Su qıtlığı ilə əlaqədar qənaət rejiminə keçilməsi hazırda çox aktualdır. Təkcə Azərbaycan deyil, bütün dünya içməli v

18.04.2024 202
.

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib

Azərbaycanın Milli Qəhrəman Şahin Tağıyev infarkt keçirib. xəbər verir ki, bu barədə Milli Qəhrəmanın hazırda İsveçdə yaşayan yaxınları bildiriblər. "Şahin Tağıyev üç gün öncə beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib", - ailə üzvləri Milli Qəhrəman haqqında danışarkə

18.04.2024 222
.

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO

"Məni həkim yox, texniki işçi əməliyyat edib". -ın məlumatına görə, bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. Onun sözlərinə görə, bu il fevral ayında İcbari Tibbi Sığorta ilə Bakı Sağlamlıq Mərkəzində ayağından əməliyyat olunub. Camal Şabanov deyir ki, onu həkim Ruslan Əliyevi

17.04.2024 795
.

İsrail məktəbə hücum etdi: 4 ölü

İsrail Qəzzada dinc sakinlərin sığındığı məktəbə hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 2-si uşaq olmaqla 4 nəfər ölüb. Ölənlərlə yanaşı yaralananlar da var. Bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. Hadisə zamanı məktəbə isə böyük ziyan vurub. İsrailin Qəzza zolağına oktyabrı

18.04.2024 200
.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

18.04.2024 336