Azərbaycanda 60 nəfərin yoluxduğu dəhşətli xəstəlik

Azərbaycanda 60 nəfərin yoluxduğu dəhşətli xəstəlikƏyilən barmaqlar, itirilən hissiyat, hər tərəfi yara və çürüyən bədən… Sümükdə ərimə, əzələ qrupunun tədricən nazikləşib yox olması, görmə qabiliyyətinin itirilməsi, daxili orqanlarda müəyyən dəyişikliklərin əmələ gəlməsi..

Cüzam deyəndə gözümüzün qarşısında təxminən belə bir xəstəlik canlanır. Əsrlərdir insanların qorxub, çəkindiyi bu xəstəlik günümüzə qədər gəlib çıxan ən dəhşətli infeksiya hesab olunur. Cüzam insanda yaranan xroniki infeksion xəstəlikdir. Vaxtilə Qədim Misirdə, Yaxın Şərqdə, Yaponiyada, Hindistanda geniş yayılmışdı. Xəstəlik 3000 illik tarixə malikdir. Hazırda ölkəmizdə də bu xəstəlikdən əziyyət çəkən insanlar var.

Bu xəstəlik keçici olduğundan insanlar cüzam adı gələndə diksinirlər.

Yəqin elə buna görə xəstəliyin daşıyıcılarını çox zaman valideynləri, ən yaxın qohumları da qəbul etmir, onunla adi təmasdan da çəkinirlər.

Xəstəlik haqqında və yaranma səbəbləri barədə respublikanın baş dermatoloqu Zülfüqar Hacıyev modern.az-a danışıb.

"Azərbaycanda cüzam xəstələri üçün xüsusi xəstəxana fəaliyyət göstərir. Hazırda Respublika Cüzam Xəstəxanasında 50-60 arası xəstə müalicə alır. Xəstəliyi yüngülləşdirmək üçün davamlı müalicələr aparılır. Lakin cüzamdan birdəfəlik qurtulmaq mümkün deyil. Bu xəstəlik əsasən pis qidalanma, avitaminoz, antisanitariya şəraitdə yaranır. Xəstəliyin törədicisi vərəm xəstəliyinin törədicisi ilə oxşardır. Xroniki xəstəlik hesab olunur və müxtəlif tipləri var. Lepramatoz cüzam ən ağır növ hesab olunur. Xəstəlik yoluxucudur. Uzunmüddətli kontakdan yaranır. Əsasən boğaz nahiyyəsində, ağızın selikli qişasında xəstəliyin ocaqları yerləşir. Ailə üzvlərinin biri xəstəlik daşıyıcısıdırsa, digər üzvlərə də hava vasitəsilə keçə bilər. Xəstəlik qadın və kişilərdə eyni miqdarda rast gəlinir. Adətən xəstəlik orta yaşlı insanlarda daha çox aşkar edilməkdədir ".

Mütəxəssislər deyirlər ki, bu xəstəlik sinirlərdən tutmuş sümüklərə qədər bütün dayaq hərəkət sistemini zədələməklə daxili orqanlarda da müəyyən dəyişikliklər yaradır.

İlkin mərhələdə dəridə müəyyən ləkələr, şişkinliklər əmələ gəlir, hissiyyat itir, həmin nahiyələrdə tər ifrazı yox olur. Ağrılar o dərəcədə olur ki, xəstələr tərkibində narkotik maddə olan dərman preparatlarından istifadə edirlər.

Cüzam xəstələri ilə işləmək də həkimlər üçün riskli hesab olunur. Həkimlər deyirlər ki, xəstəlik təzə başlayanda özünü biruzə vermir, yoluxmadan 5, bəzən 15, 20 ildən aşkarlanır. Xəstəliyin üzə çıxması insanın immun sistemindən asılıdr.

Azərbaycanda yeganə Cüzam Xəstəxanası Bakının Qaradağ rayonu ərazisindəki Umbakı qəsəbəsinin yaxınlığında yerləşir. Burada müalicə olunan və elə xəstəxana ərazisindəcə yaşayan cüzamlı xəstələr dərmanla pulsuz təmin edilirlər.
Bu xəstəlikdən əziyyət çəkənlərin psixikasında da dəyişikliklər olduğundan onlara qulluq etmək çox çətindir.

Cüzam insanı hər bir yaşda yaxalaya bilər – uşaq da, gənc də, yaşlı da cüzamdan sığortalanmayıb. Xəstəliyə yoluxanlar cəmiyyətdən, yaxınlarından təcrid olunmuş şəraitdə - Cüzam Xəstəxanasında yaşayır, elə burada da dünyasını dəyişirlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1219   Tarix: 24 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831