"Ölməmək üçün evdən qaçdım" – VİDEO - DƏHŞƏTLİ AİLƏ DRAMI

"Ölməmək üçün evdən qaçdım" – VİDEO - DƏHŞƏTLİ AİLƏ DRAMIİki uşağı zorla əlindan alınan ananın fəryadı: "Məni döydülər, uşaqlarımı əlimdən aldılar, otağa salıb qapını da bağladılar. Səhərə kimi orda qaldım. Sonra da dedilər, çıx, get atanın evinə! Ərim qaıynanamla birgə beş aydır, məni iki balamın üzünə həsrət qoyub. Mənə "dəli" adı qoyub övladlarımdan məhrum eləmək istəyirlər. İki balamla aylarla zirzəmidə qaldıq, heç kimbizimlə maraqlanmadı".

"Valideynlərim "üstümüzdə yüksən" deyə məni güclə ərə verdilər"

Bunu News24.az-a Lerik rayonundan olan Nübar Salayeva ona qarşı amansız hərəkətlər edən həyat yoldaşı Nəzərov Fəqan haqqında danışarkən bildirib: "Məni 15 yaşımda bu adama məcburi veriblər. Ata-anama deyəndə ki, bu insanı sevmirəm, üzünü görmədən necə ərə gedim?! Dedilər, əsas bizik, təki üstümüzdə yük olmayasan. Azyaşlı olduğuma görə rəsmi nikahımız olmayıb. Sonradan desəm də, mənə nikah kəsmədilər. Yoldaşım dedi ki, onsuz da gec-tez səndən ayrılacam. Özün də bilirsən ki, səni istəmədən almışam. Bizi analarımız danışıb evləndiriblər.

"Evə içkili gəlib məni də, uşaqları da döyürdü…"

2013-cü ildə ailə qurmuşam, 5 ilin gəlini olmuşam. Evlənənədən üç ay sonra mənə zülümlər başladı. Lerikdən Bakıya gəldik, yoldaşım hər gün içirdi, işləsə də, qazancını görmürdük, ailəsinə uşaqlarına baxmırdı, gecələr evə gəlmirdi. Kirayə pulunu verə bilmirdik deyə, ev yiyəsi üzümü danlayırdı. Hər gün evə içkili gəlirdi, məni vururdu, təhqir eləyirdi. Bu insan norkamandı.
Uşaqları döyürdü. Deyəndə ki, vurma, qışqırırdı ki, öz uşağımdı, özüm bilərəm. Gələndə özünlə uşaq gətirməmisən ki…
Məni döydülər, uşaqlarımı əlimdən aldılar, otağa salıb qapını da bağladılar. Səhərə kimi orda qaldım. Sonra da dedilər, çıx, get atanın evinə.

"İki uşaqla zirzəmiyə sığındım"

Yanvarın 17-də sığınacağa müraciət etdim. Atam deyir ki, ataları necədirsə, uşaqları da elə olacaq. Kimin qapısını döydüm, dedilər, uşaqsız gəl. Deyirdilər, gələrsən, deyərlər, qohumları ayrilmalarına bais oldu. Küçənin ortasında uşaqlarla köməksiz qaldım.
Atama zəng elədim ki, iki uşaqla küçədə qalmışam. Gəlin, bizi aparın. Atam "uşaq" sözünü eşidən kimi, dedi, yox, uşaqlarla gəlmə, onları ver atasına, özün gəl!
Axır məcbur olub, icra hakimiyyətinə müraciət etdim. Dedim, çöllərdə qalmışam. Yenə də kömək eləyən olmadı. Axır belə məsləhət verdilər ki, zirzəmiyə sığınım. Ata-anam, qohumlarım, heç narahat olmadılar ki, bu qız nə edir. Ancaq kim görürdüsə, kömək edirdi, çörək, su verirdi. Yay idi deyə dözə bilirdik, altımıza karton qoyub yatırdıq. Yay bitəndə, havalar soyudu, uşaqlar xəstələndi. Onda uşaqları bir saatlıq xalamgilə qoyub yenə atamın qapısına getdim. Dedim ki, uşaqlar xəstədi, indi kömək elə, söz verirəm, sonra siz deyənləri edəcəm. Atam hər şeyə rəğmən yenə də, cavabında uşaqları atasına verməsəm, məni qəbul etməyəcəyini dedi.

"Balalarımsiz həyatı istəmirəm"

Atamgil deyirdi, uşaqları ver, öz həyatını qur. Balalarımsız həyatı neyləyirəm mən?! Onlar olmasa mən niyə yaşayıram?!
Sonra məhkəməyə verdilər, yalandan dedilər, guya kiməsə qoşulub qaçmışam, uşaqlarımdam imtina etmişəm. Mənə "dəli" adı qoyub analıq hüququndan məhrum eləmək istəyirlər.

"Yoldaşım üstümə bıçaq çəkdi"

Yoldaşım axırıncı davada üstümə bıçaq çəkdi. Qorxumdan evdən qaçdım, əgər ölsəydim, uşaqlarıma kim baxacaq? Sağ qalmalıyam ki, onlara görə mübarizə apara bilim. Ölməmək üçün evdən qaçdım. Uşaqlarım indi də Lerik rayonundadır, Həzi Aslanov küçəsi ev 13- də yaşayırlar. Xalamgil rayonda yaşayır, deyirlər uşaqlar xəstədi, balalarımı döyürlər. Mən onlara tez bir zamanda qovuşmaq istəyirəm, onların həyatından çox narahatam. Orada yaşayan qonşular da mənə xəbər verirlər ki, uşaqlarımı döyürlər. Qayınanam da evdə uşaqları tək qoyub gedir, onlara qışqırır, uşaqlarım "ana" deyib, ağlayırlar.

"Uşaqlarımı əlimdən almaq üçün mənə "dəli" adı qoyublar"

Məhkəmədə gah deyirlər dəliyəm, gah da dedilər pis yoldayam, uşaqlara baxa bilmərəm. Hazırda Xırdalanda iki uşağa baxıram. Dəli olan adama uşaq etibar edərlər?! Mən heç bir xəstəxanada yatmamışam, Ruhi Əsəb Xəstəlikləri Dispanserində ümumiyyətlə olmamışam, amma bunlar məndən orda olub-olmamaq haqqında sənəd tələb edirlər".
N. Salayeva Binəqədi Rayon Məhkəməsinə müraciət etsə də, imtina edilib, bu səbəbdən də hazırda Lerik Rayonu Məhkəməsinə yenidən iş açılması ilə bağlı müraciət edib: "Tək istəyim uşaqlarımın qaytarılmasıdır. O, qorxur ki, mən ondan aliment istəyərəm. Mən onun heç nəyini istəmirəm, uşaqlarımı versin, yetər. Deyir səni analıq hüququndan məhrum edəcəm. Mənə hədə-qorxu gəlir. Bir yerə çıxmağa da qorxuram. Çox xahiş edirəm, mənə kömək edin".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1563   Tarix: 23 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI

"Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir". Bununla bağlı -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. Qeyd olunub ki, qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnoz

18.04.2024 1514
.

Qəzzada ölənlərin sayı 33970-yə çatıb

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 33970-yə çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 195 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib. Açıqlamaya görə, İsrail ordusunu

18.04.2024 179
.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

18.04.2024 794
.

"Ermənistan rəhbərliyinin addımını dəstəkləyən kəslər, Azərbaycanın da bu kimi addımlar atacağı təqdirdə səssizliyini qorusun"

"İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin son 1 ayda açıqlamaları Bakı və Tehran arasında hazırda mülayimləşməyə gedən münasibətlərə xələl gətirir. İlin günün bu vaxtında hazırda Azərbaycanla İran arasında nəqliyyat - kommunikasiya və sərhədyanı ərazilərdə başladılan yeni əməkdaşlıq trendlər

18.04.2024 256
.

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO

"Məni həkim yox, texniki işçi əməliyyat edib". -ın məlumatına görə, bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. Onun sözlərinə görə, bu il fevral ayında İcbari Tibbi Sığorta ilə Bakı Sağlamlıq Mərkəzində ayağından əməliyyat olunub. Camal Şabanov deyir ki, onu həkim Ruslan Əliyevi

17.04.2024 815
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 543
.

"Qarabağda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur" - POLİTOLOQ

"Son dövrdə ölkəmizdə qlobal iqlim dəyişmələri və suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində bir sıra davamlı tədbirlər həyata keçirilir. Xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması

18.04.2024 342
.

Şimşək çaxacaq, dolu düşəcək

Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 isti, gündüz 22-2

18.04.2024 636
.

Sumqayıtda itin insanlardan su istəməsi görüntüsü gündəm oldu - VİDEO

Sumqayıt şəhərində maraqlı hadisə baş verib. xəbər verir ki, şəhərdə itlərdən biri ağzında qab gətirərək insanlardan su istəyib. Görüntülər sosial şəbəkədə izlənmə rekordu qırıb. Deyilənə görə, həmin it hər gün eyni formada gələrək insanlardan su istəyir. Videonu BURADAN izləyin

18.04.2024 3577