"Yaşayan abidələrimizi qoruya bilmiriksə, tarixi abidələrimizi necə qoruyacayıq? " - Deputat

"Yaşayan abidələrimizi qoruya bilmiriksə, tarixi abidələrimizi necə qoruyacayıq? " - DeputatXəbər verdiyimiz kimi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Kiçik Qala küçəsində, Qala divarları boyunca uzun illər həmin ərazidə yerləşən və abidələrə heç bir zərər yetirməyən kafe-terasların genişləndirilməsi layihəsi həyata keçirilir.

Bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən BiG.AZ-a bildirilib. Məlumatda bildirilib ki, layihə işləri qətiyyən tikinti mahiyyəti kəsb etməyərək, sadəcə şüşə və yüngül metal materialdan ibarət birmərtəbəli şüşəli qapalı və üzərində açıq yaz-yay kafe-terraslarının yaradılmasını nəzərdə tutur.

Məsələ ilə bağlı deputat Fazil Mustafa bağlı BiG.AZ-a açıqlama verib O bbildirib ki, biz yaşayan abidələrimizi qoruya bilmirik:

"Ümumiyyətlə mədəni dəyərlər geniş anlayışdır. Əvvəlcə, başa düşmək lazımdır ki, abidələr təkcə daşdan ibarət deyil. Etiraf edək ki, biz onsuz da abidələri yetəri qədər köhnəltdik, kifayət qədər dəyərini bilmədik. Nəticədə onların səmərəli təqdimatını verə bilmədik. Doğrudur, abidələrin bərpası üçün çoxlu işlər də görülür, maliyyə ayrılır, restavrasiya olunur və s. amma bunlar başqa məsələdir. Lakin biz yaşayan abidələrimizi qoruya bilmiriksə, tarixi abidələrimizi necə qoruyacağıq? ".

Deputat biznes maraqlarının abidələrə təsirini qeyd edərək, onlara təsirindən söz açıb:

"Hazırda biznes maraqları hər sahəyə təsir etdiyi kimi təəssüf ki, abidələrə də təsir edərək onları öz mahiyyətindən çıxararaq onları bu formada təsirə məruz qoyub. Doğrudur, dünyanın hər yerində abidələrdən biznes maraqları üçün istifadə edirlər. Deyərdim ki, bunun hətta müsbət tərəfləri də var. Amma heç yerdə onların quruluşunu dəyişib, zərər verib, tarixi mahiyyətinə toxunmurlar. Amma biz az qalırıq ki, abidələri onların təyinatına yox, öz təyinatımıza uyğun dəyişdirək. Bu isə qətiyyən yaxşı hal deyil, hətta yolverilməzdir. İstənilən halda bizim ixtiyarımız yoxdur ki, abidələrə rekonstruksiya edək".

Afaq Rza


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 623   Tarix: 23 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sədaqət Vəliyeva: "Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyük bir uğur hesab olunur"

"Bu gün dünya ölkələrinin əksəriyyətində ixtişaşlar, müharibələr, terror aktları, bir sözlə qeyri-sabitlik tüğyan edir. Belə bir şəraitdə Azərbaycan bütün bu mənfi təsirlərdən tam kənardadır və ölkəmizdə yüksək səviyyəli sabitlik hökm sürür. Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyü

24.04.2024 118
.

İlber Ortaylının təyyarədə halı pisləşdi: Uçuş təxirə salındı

Türkiyənin tanınmış tarixçisi, professor İlber Ortaylı Türk Hava Yollarının (THY) İzmir-İstanbul "TK-2337" reysi ilə hərəkət edən təyyarədə olarkən vəziyyəti pisləşib. Məlumata görə, professorun vəziyyətinin yaxşı olmadığını görən heyət uçuşu təxirə salıb. 76 yaşlı tarixçiyə həkimlər tərəfində

24.04.2024 173
.

İsrail ordusu Qərb sahilində 3 fələstinlini yaraladı

İsrail ordusu işğal altında olan Qərbi Sahil şəhəri Xebron şəhərində hücum edib. BİG.AZ xəbər verir ki, hadisə zamanı 3 fələstinli yaralanıb. Bu barədə Fələstin Qırmızı Ayparası məlumat yayıb. 3 fələstinli Xevron şəhəri yaxınlığındakı Beit Amr və Halhul bölgələrində İsrail əsgərlərinin gülləsi ilə yaralandıqda

24.04.2024 102
.

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb. xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels (NSW) əyalət komissarının müavini Devid Hudson istintaqla bağlı açıqlamalar verib. Sidneyin cənub-qərbindəki məhəllələrdə 400-dən çox polis məmuru ilə əməliyyat keçirildiyini bildirə

24.04.2024 0
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma soyqırımı ilə bağlı ucaldılmış "Tsitsernakaberd" "memorialında" etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Yayımlanan videoda Akopyanın kiçi

24.04.2024 0
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

24.04.2024 248
.

Bəs ABŞ-ın pulu qurtarmışdı, daha Ukraynaya yardım etməyəcəkdi?

"ABŞ Senatı Ukraynaya yardım paketini təsdiqlədi və bu paketdə 60 milyard 840 milyon dollar yardım göstərməyi nəzərdə tutur. Bu pulun effektini göstərmək üçün deyim ki, müharibədən əvvəl Ukraynanın hərbi büdcəsi təxminən 4 milyard dollar olub. Bu Ukraynanın 15 illik hərbi xərcləri demək idi. Düzdü

24.04.2024 120
.

İtaliya Rəqabət Təşkilatından Amazona 10 milyon avro cərimə kəsilib

İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) ABŞ-da fəaliyyət göstərən onlayn satış platforması Amazon-u ədalətsiz kommersiya təcrübələrini əsas gətirərək 10 milyon avro cərimələyib. xəbər verir ki, Rəqabət Qurumunun verdiyi yazılı açıqlamada Amazonun İtalyan internet saytında bir çox məhsul üçün satı

24.04.2024 0
.

"Bu uğur İlham Əliyev tərəfindən müəyyən edilmiş diplomatiyamızın qələbəsidir" - Politoloq

Azərbaycan-Ermənistan sərhədində ilk dirək yerləşdirilib. Politoloq Elşən Manafov -a bildirib ki, Azərbaycan və Ermənistan arasında sərhəd xətlərinin müəyyən edilməsi istiqamətində uzun müddət aparılan danışıqlar demarkasiya proseslərinin həllində ilk ciddi uğurla nəticələnmişdir:. "Bu uğur il

24.04.2024 200