"Yol polisi əməkdaşı yanlışlığa yol verərsə..." – Vaqif Əsədovdan saxta protokolla bağlı AÇIQLAMA

"Yol polisi əməkdaşı yanlışlığa yol verərsə..." – Vaqif Əsədovdan saxta protokolla bağlı AÇIQLAMAJurnalist Zülfüqar Xeyirxəbər şəxsi Feysbuk hesabında Dövlət Yol Polisi tərəfindən sürət həddi 120 km/saat olan yolda 118 km/saatla hərəkət etdiyi halda, "328.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə" cərimələndiyini yazıb.

BiG.AZ xəbər verir ki, məsələ ilə bağlı Sonxeber.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov açıqlamasında söyləyib ki, yol polisi əməkdaşının tərtib etdiyi protokol qeyri-qanuni olarsa, protokol ləğv olunur.

Vaqif Əsədovun sözlərinə görə, yol polisi əməkdaşı yanlışlığa yol verərsə, törətdiyi xətaya görə barəsində tənbeh tədbiri həyata keçirilir:

"Əgər vətəndaş narazılıq edirsə, vətəndaşın şikayəti yerindəcə araşdırılır. Qanun icazə verir ki, vətəndaşın iştirakı ilə tərtib olunan protokoldan 10 gün müddətində şikayət etsin. Ehtimal olaraq texniki vasitə olduğu üçün hər hansı yanlışlıq baş verə bilər. Vətəndaşın şikayət ərizəsinə baxılıb aydınlaşdırdıqdan sonra həqiqətən də nöqsan olarsa, lazımı tədbir görülür. Əgər tərtib olunmuş protokol qeyri-qanuni olarsa, təbii ki, protokol ləğv olunur. Yol polisi əməkdaşı yanlışlığa yol verərsə, barəsində qanunvericilikdə nəzərdə tutulmuş tənbeh tədbiri həyata keçirilir".

Qeyd edək ki, jurnalist protokoldan şikayət edib.
"Yol polisi əməkdaşı yanlışlığa yol verərsə..." – Vaqif Əsədovdan saxta protokolla bağlı AÇIQLAMA


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1161   Tarix: 23 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yamayka Fələstini dövlət kimi tanıyıb

Yamayka Fələstini rəsmi olaraq dövlət kimi tanıdığını açıqlayıb. xəbər verir ki, bu barədə Yamaykanın xarici işlər naziri Kamina Conson Smit bildirib. "Yamayka uzun müddətdir davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi iki dövlətli həll yolunu müdafi

24.04.2024 254
.

ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib

ABŞ-nin Tennessi ştatının qanunvericiləri müəllimlərə məktəbdə gizli odlu silah gəzdirməyə icazə verən qanun layihəsini qəbul ediblər. Qeyd olunur ki, qərar ictimaiyyətin qəzəbinə səbəb olub. Qanun layihəsi respublikaçıların üstünlük təşkil etdiyi Tennessi Nümayəndələr Palatası tərəfindən qəbul edilib

24.04.2024 335
.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

15:16 0
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24.04.2024 1583
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

10:57 602
.

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb. xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels (NSW) əyalət komissarının müavini Devid Hudson istintaqla bağlı açıqlamalar verib. Sidneyin cənub-qərbindəki məhəllələrdə 400-dən çox polis məmuru ilə əməliyyat keçirildiyini bildirə

24.04.2024 214
.

Qəzzada 34262 nəfər həyatını itirib

İsrailin 201 gündür hücumlarını həyata keçirdiyi Qəzzada 34262 nəfər həyatını itirib. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 201 gündür hücumları ilə bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlard

24.04.2024 283
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

12:00 125
.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

14:10 226