"Ofisiant işləyib anama baxıram" - Təhsil haqqını ödəyə bilməyən tələbə kömək istəyir

"Ofisiant işləyib anama baxıram" - Təhsil haqqını ödəyə bilməyən tələbə kömək istəyirTəhsil haqqını ödəməyə imkanı çatmadığı üçün universitetdən xaric olunan gənc Femida.az -a müraciət edib.

Ucar rayonu, Bərgüşad kənd sakini Anar Hümmətlinin sözlərinə görə, 2013-cü ildə Asiya Universitetinə qəbul olunub. 2015-ci ildə həmin universitet bağlandıqdan sonra Təhsil Nazirliyinin xətti ilə tələbələr Azərbaycan Universitetinə köçürülüb. Ailənin maddi vəziyəti çətin olduğundan Anar Hümmətlinin təhsilində iki dəfə fasilə yaranıb.

"Tarix fakültəsinin tələbəsiyəm. 2017- ci ilin yanvarından təhsil haqqını ödəməyə imkanım çatmadığından təhsilimi dayandırdım. Bakıda anam və bacımla birgə kirayədə yaşayırıq. Ailəmizi dolandırmaq üçün restoranda ofisiant işləyirəm. Bu qazancla illik 2500 manat təhsil haqqını ödəməyə gücüm çatmır. Universitetdə təhsildən, davranışdan çox razıyam. Burada oxuyan tələbə heç bir maneə ilə qarşılaşmır. Mənim problemim təhsil haqqı borcumla bağlıdır. Əvvəlki illərin təhsil haqqını qohumların, yaxşı insanların köməkliyi ilə ödədik. İndi sonuncu kursdayam. Universitetə 3818 manat təhsil haqqı borcum var. Bunu ödəyə bilmədiyim üçün dərslərə buraxılmıram. 2019-cu ilin fevralından mənə xəbərdarlıq edilmədən universitetdən xaric edildim. Tələbə krediti götürmək istəyirdim. Bizim Universitet həmin şəbəkəyə qoşulmadığı üçün o xidmətdən istifadə edə bilmədim. Təhsilə, gənclərə önəm verən şəxslərdən xahiş edirəm ki, mənim təhsil haqqımın ödənilməsinə kömək etsinlər. Mətbuatda tez-tez Mehriban xanım Əliyevanın humanist addımlarını görürüəm. Ümid edirəm ki, mənə də kömək olacaq. Universitetə daxil olmaq üçün çox əziyyət çəkmişəm. Arzum odur ki, bitirəm və Tarix müəllimi işləyəm. "

BiG.AZ gəncə kömək etmək istəyən şəxslər üçün məlumatları təqdim edir:

VÖEN: 1500505261

ATABANK ASC

VÖEN 9900006651

M/h AZ50 NA BZ013 501 000 000 000 32944
M/h AZ 09ATAZ 012 000 520 410 001 400 60

SWIFT BIK ATAZAZ 22

Tələbə: Hümmətli Anar İntiqam oğlu
Əlaqə nömrəsi: 0508822335
"Ofisiant işləyib anama baxıram" - Təhsil haqqını ödəyə bilməyən tələbə kömək istəyir


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1783   Tarix: 23 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 344
.

Bakıda 29 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti

15:21 202
.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

18.04.2024 968
.

Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: "Səs eşitdik, gələndə artıq gec idi" - VİDEO

Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada ana və atasını qətlə yetirməkdə şübhəli bilinən Fikrət Məmmədov taksi sürücüsü kimi çalışıb. Qonşuların bəziləri bildirirlər ki, ailə daxilində ara-sıra münaqişələr də baş verirmiş. Münaqişələrin sonuncusu da qətllə yekunlaşıb. Baku TV-yə danışa

11:37 882
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

17:48 168
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib. APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib

17:11 149
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

20:26 0
.

"Ata və ananın sosial şəbəkədə çox vaxt keçirmələri uşaqlara qarşı diqqətin azalmasına səbəb olur" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Ramidə Oqtayqızı bildirib ki, uşaqlara sevgi, qayğı göstərmək, onlarla ünsiyyət qurma

16:24 187
.

Dubayda seldən xilas olmaq istəyən heyvan avtomobilin qapısından tutub-VİDEO

Dubayda neçə gündür silsilə yağışlar yağıb. BİG.AZ xəbər verir ki, küçələr su ilə dolub daşarkən ətrafdakı heyvanlar da çarəsiz durumda qalıblar. Ərazidə olan pişik avtomobilin qapısından tutub sağ qalmağa çalışması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin videonu təqdim edirik:

15:35 150