Obamadan Beyonsla bağlı paylaşım

Obamadan Beyonsla bağlı paylaşım

Amerikanın keçmiş birinci xanımı Mişel Obama sosial şəbəkədə pop ulduz Beyonsla bağlı paylaşım edib. “Qafqazinfo” xəbər verir ki, buna səbəb “Homecoming: A Film by Beyoncé” sənədli filminin uğur qazanmasıdır.

M. Obama “Netflix”də yayımlanan layihə barədə tvitterdə belə rəy yazıb: “Qızım, məni qürurlandırdın. Səni sevirəm! Qarşımızdakı illərdə dünyanı silkələyəcək nəsillərə tariximizi, həqiqətləri danışaraq ilham verdin. Canım dostum, həqiqətlərdən danışmağa davam et”.

Qeyd edək ki, sənədli film Beyonsun “Coachella 2018”dəki unudulmaz çıxışı və qara dərililər barəsindədir.

Obamadan Beyonsla bağlı paylaşım

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 858 Tarix: 23.04.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol