Azərbaycanlı gənc ABŞ-dan 74 min dollarlıq təqaüd proqramı qazanıb - FOTOLAR

Azərbaycanlı gənc ABŞ-dan 74 min dollarlıq təqaüd proqramı qazanıb - FOTOLARUğurları ilə diqqət mərkəzinə düşən 19 yaşlı mingəçevirli istedad təhsilini böyük ehtimalla ABŞ-da davam etdirəcək.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, Cavid Əlizadə bildirib ki, qazandığı nailiyyət dünyanın əksər nüfuzlu təhsil ocaqlarının qapılarını üzünə taybatay açıb.

Cavid ABŞ, İngiltərə, Avstraliya, Kanada və digər ölkələrdə sərfəli şərtlərlə təhsil almaq şansı qazanıb: "Açığı, seçim etmək üçün bütün şərtləri nəzərdən keçirirəm. Təkcə ala biləcəyim təqaüdün məbləği önəmli deyil. Bu mənada təklif aldığım hər bir təhsil müəssisəsi seçilməyə layiqdir. Amma etiraf edim ki, hazırda daha çox İngiltərə və ABŞ universitetləri üzərində dayanmışam. Böyük ehtimalla ABŞ-a üstünlük verəcəyəm. Təkcə ona görə yox ki, ən yüksək təqaüdü - 74 min ABŞ dollarını məhz onlar təklif edir. Həm də ona görə ki, ABŞ-da ixtisas seçimi tələb olunmur. Tələbənin hərtərəfli yetişməsi üçün ən ideal təhsil şəraiti yaradılır".

Cavid Əlizadə insanalrın tez-tez ondan hansı ixtisas almaq niyyətində olduğunu soruşduqlarını deyir. Amma cavabında o ixtisasa deyil, elmə bağlı olduğunu bildirir: "ABŞ-da məni ən çox cəlb edən məsələlərdən də biri məhz budur. Mən, sadəcə, ixtisaslı mühəndis, yaxud iqtisadçı olmaq niyyətində deyiləm. Mən həyatımı tamamən elmə, elmi araşdırmalara sərf etmək niyyətindəyəm. Bu səbəbdən də ABŞ-ın təhsil şərtləri mənə cəzbedici gəlir".

Cavid Əlizadə hələ Britaniya kollecində təhsil aldığı dönəmdə çoxlarının örnək götürə biləcəyi tələblərə şahid olduğunu deyir: "Orada mükəmməl təhsillə yanaşı, yetişməkdə olan gəncin işə, zəhmətə vərdişkar olması üçün çox vacib addımlar atılır, tələblər irəli sürülür. Amma heç bir karyera mənim vətən, yurd sevgimi zərrə qədər də olsa, zədələyə bilməz. Mən Azərbaycana çox bağlıyam".

Qeyd edək ki, C.Əlizadə həm də xarici dil vərdişlərini gücləndirmək niyyətindədir.Hazırda ingilis, rus və qismən də ispan dillərində sərbəst yazıb danışan gənc istedad istifadə etdiyi dillərin sayını artırmaq niyyətindədir.
Azərbaycanlı gənc ABŞ-dan 74 min dollarlıq təqaüd proqramı qazanıb - FOTOLARAzərbaycanlı gənc ABŞ-dan 74 min dollarlıq təqaüd proqramı qazanıb - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1614   Tarix: 23 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI

"Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir". Bununla bağlı -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. Qeyd olunub ki, qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnoz

18.04.2024 1525
.

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq. "Report" xəbr verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu" mövzusunda keçirdiy

18.04.2024 286
.

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq. Axşam.az "Xəzərxəbər.az"a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Onun sözlərinə görə, bununla bağlı ilin sonuna kimi qanunvericiliyə dəyişikliklər ediləcək. Nazir qey

18.04.2024 1167
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18.04.2024 486
.

3 avtomobilin iştirakı ilə baş verən qəza - VİDEO

Türkiyənin Kayseri şəhərində 3 avtomobil iştirakı ilə zəncirvari qəza olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 2 nəfər yaralanıb. Hadisənin baş vermə səbəbləri məlum deyil. Qəzanın baş vermə səbəbi məlum deyil. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb

18.04.2024 438
.

Məşhurlar şişmanlaşıb belə oldu

Süni intellekt vasitəsilə bir çox məşhurların şişman halları "yaradılıb". -ın xəbərinə görə, sosial şəbəkələrdə türkiyəli məşhur aktyor və aktrisaların süni intellekt vasitəsilə kökəldilmiş hallarının şəkilləri paylaşılıb. Görünüşləri dəyişən məşhurlar heç də xarizmatik görünməyiblər

18.04.2024 764
.

"Qarabağda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur" - POLİTOLOQ

"Son dövrdə ölkəmizdə qlobal iqlim dəyişmələri və suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində bir sıra davamlı tədbirlər həyata keçirilir. Xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması

18.04.2024 343
.

"Bu layihə ölkəmiz üçün çox faydalı olacaq" - Deputat

"Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələrinin qurumasıdır. Su qıtlığı ilə əlaqədar qənaət rejiminə keçilməsi hazırda çox aktualdır. Təkcə Azərbaycan deyil, bütün dünya içməli v

18.04.2024 271
.

"Günah onda deyil"

"Aparıcı Aytən Səfərovanın düşdüyü qəzanın görüntülərinə baxdım. Günah onda deyil". OLAY yazır ki, bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O, Səfərovanın düşdüyü qəzanı şərh edib:. "Sadəcə ərazidə qarışıq bir durum var. Ona da istintaq orqanları rəy verəcək. Ölən sərnişin

18.04.2024 1978