"Hamı bilir ki, o xəstə, manyak adamdır" – Qalmaqallı məktəb direktoru

"Hamı bilir ki, o xəstə, manyak adamdır" – Qalmaqallı məktəb direktoruSamux rayon İnstitut qəsəbə tam orta məktəbi ilə bağlı şikayətlər davam edir.

Bu gün məktəb direktoru haqqında valideyn və müəllimlərdən növbəti şikayət daxil olub. Məktəbin keçmiş fizika-riyaziyyat müəllimi olan şikayətçilərdən biri bildirib ki, işlədiyi müddətdə direktor ona çox əziyyət verib:

"6-ci gün Gülsabah Abbasova məktəbdə iclas keçirib. Müəllimləri və qaçqın valideynlərini iclasa çağırıb, onlar da qol çəkiblər ki, hadisələr hamısı yalandır.

Amma yayılan məlumatlar hamısı düzdür. Bu məktəb çox qalmaqallıdır. 44 il ərzində məktəbdə 10 direktor dəyişib. Mən hələ belə direktor görməmişəm. Mənim yerimə X-XI siniflərə saxta qiymətlər yazırdı. Uşaqları, müəllimləri polislə qorxudurdu. Müəllimlərdən ayda 20 manat pul yığır. Pulu yığanda deyir, Təhsil şöbəsi istəyir.

Azərbaycan sektorunda direktor müavini kirvəsidir, onun pul yığanıdır. Ümumiyyətlə, direktor müavinləri, kitabxanaçı, bir çoxları onun adamıdır. Mən bu işin üstünə düşəndə prokurorluqdan qohumlarım var idi, mənə onun sənədlərini göstəriblər. Saxta diplomuna Xankəndində peçat vurulub, üstündə riyaziyyat yazılıb. Çox savadsızdır, inanın 3-cü sinif riyaziyyatı da bilmir. Əmək kitabçası saxtadır. Yazılıb Şamxor (Şəmkir) rayon, üzərində fabrik adı və 1 nömrəli məktəbin peçatı vurulub. Hamısına baxmışam. Onun bütün işləri fırıldaqdır. Özü də qaçqın deyil. Mən bir çox yerlərə yazmışam. Təhsil şöbəsi yenə onun arxasında durdu. Yazılırdı araşdırıldı, yoxlanıldı. Heç nə araşdırılmayıb. O gün iclasda 4 nəfər Təhsil şöbəsindən gəlmişdi. Yalandan gəldilər hay-huy... Sonra direktor müəllimlərə deyib ki, məni başçı çağırdı dedi get, yaxşı işlə, sənin kimi yaxşı direktor yoxdur.

Rus dilini bilməyən müəllimə rus sektorunda dərs verirlər. Qırmızı diplomla bitirənlər var. Sevinc adında qız 43 bal toplayıb onun yerinə yenə öz adamlarını gətirib qoyub. Bir sözlə, bu məktəb dəhşətdir".

BiG.AZ xəbər verir ki, ittihamlarla bağlı məktəbin direktoru Gülsabah Abbasova "Yeni Sabah"a açıqlamasında bildirib ki, deyilənlər hamısı şər-böhtandır: "Regiondan, Təhsil şöbəsindən, polislər gəldi. Məktəbimizdə araşdırma aparıldı, izahat verildi. 6-cı gün Təhsil şöbəsinin, qəsəbənin ziyalıları, valideynlər və müəllimlərlə iclas keçirildi. Bizim məktəbə bir nəfər böhtan atır. Müxalif fikirli insanlar, məktəbin inkişafını qəbul etməyənlərdir. Orada valideyn şikayəti yoxdur, yalan və böhtandır.

Tədbir də son naliyyətlərimizlə bağlı idi, kollektiv gedib məni də ora dəvət etmişdi. Valideyn iclası çağırdıq orada həmin adamın adı çəkilib. Təhsil şöbəsi də, regiondan da bilirlər kimdir. Mən bilmirəm hansı xəstə, müxalifdi, dövlətin, inkişaf etmiş məktəbin əleyhinə gedirsə, sizə məlumatları verən də o insandır. Hamı bilir ki, kimdir o xəstə, manyak adamdır. Mənim onunla, məktəbdə heç kimlə problemim yoxdur. Sadəcə kənarda kimlərsə qruplaşıb o adamı qabağa atıblar ki, məktəbə böhtan at.

Ona cavab verəcəyik. İclas keçirmişik, bildirmişik kimdir. 2003-cü ildən o adam məktəbdən yazır-pozur. Bizim gözəl kollektivimiz, müəllimlərimiz, istedadlı şagirdlərimiz var. Rayonun birinciləri sırasındayıq".

Bildirək ki, bundan öncə də direktorun vəzifəsinin 5 illiyi ilə əlaqədar ziyafət təşkil etdiyi və ziyafətin pulunu müəllimlərdən yığdığı bildirilmişdi. Bundan başqa sinif otağında məktəbdən qovulmuş oğlanla məktəbin şagirdi olan qızın videosu da səs-küy yaratmışdı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2391   Tarix: 23 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672