"Məqsədimiz virtual müzakirə platforması yaratmaqdır" - Vəsilə Vahidqızı

"Məqsədimiz virtual müzakirə platforması yaratmaqdır" - Vəsilə VahidqızıTanınmış telejurnalist və Diasporla İş üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı BiG.AZ saytının suallarını cavablandırıb.

- Vəsilə xanım, öncə bilmək istərdik ki, Diasporla İş üzrə Dövlət Komitəsinin hazırda xaricdə yaşayan azərbaycanlılarla bağlı hansı layihələr həyata keçirməkdədir? Ötən bir ilə nəzər salaq.

- Bir il ərzində doğurdan da Diasporla İş üzrə Dövlət Komitəsi xeyli iş görülüb. Mətbuata da təşəkkür edirəm ki, bizim gördüyümüz işlərə həssaslıqla yanaşıb, bizə dəstək olub. Mühüm addımlardan biri odur ki, Azərbaycanda ilk dəfə olaraq diaspor xəritəsi yaradılıb. Bu hərəkətli, infoqrafik xəritədir. Xəritə vasitəsi ilə hansı ölkədə nə qədər azərbaycanlı olması ilə bağlı məlumat almaq mümkündür. Hətta bir çox təşkilatların əlaqə nömrələri və elektron ünvanları da orada qeyd olunub. Bu da dünya azərbaycanlılarının bazasının yaradılması yolunda mühüm addımdır. Bu xəritə hər zaman yenilənir. Artıq 550-dən çox təşkilat qeydiyyatdadır. Biz həm də bu təşkilatlarda birləşməyən minlərlə azərbaycanlı haqqında məlumat toplamışıq.
Bundan əlavə ilk diaspor himni də yazılıb və o dünya azərbaycanlılarını birləşdirən musiqiyə çevrilib.

Bizim şüarımız "Vətən uzaqda deyil"dir. İctimai televizyada eyni adda verlişimiz də var. Veriliş ayda bir dəfə yayımlanır. Veriliş artıq xaricdə yaşayan azərbaycanlıların diqqətini cəlb edib.
İstərdim ki, Diaspor TV və Diaspor FM-i də qeyd edəm. Komitənin bu informasiya vasitələri diaspor hərəkatının güclənməsində və xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin genişlənməsində az rol oynamır.

Diaspor TV dünya azərbaycanlılarının virtual platformasına çevrilməkdədir.
Başqa bir məqamın üstünə gəlmək istəyirəm, bu da ilk dəfə olaraq xaricdə yaşayan azərbaycanlıların Koordinasiya Şuralarında birləşmələridir. Bununla yanaşı Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması da vacib addımlardandı. Fond dövlət başçısının sərəncamı ilə yaranıb və diaspor təşkilatlarının maliyyə imkanlarını artıracaq.

Mühüm beynəlxalq təcrübələrdən olan diaspor gənclərinin düşərgələrinin təşkili təcrübəsinin Azərbaycana gətirilməsi də əvəzolunmaz addımdır. Ötən il Diaspor Gənclərinin I Yay Düşərgəsi təşkil olundu və düşərgə Cümhuriyyətin 100 illiyinə həsr olunmuşdu. Şəkidə keçirilən düşərgəyə 37 ölkədən 140 gənc qatıldı. Onların arasında xaricdə doğulan və ilk dəfə Azərbaycana gələn gənclər var idi. Biz dünya azərbaycanlılarını bu və bunun kimi yollarla birləşdirməyə çalışırıq. Bu il diaspor gənclərinin düşərgəsi Şamaxıda olacaq və düşərgə "Nəsimi 650" adı altında həyata keçiriləcək.

Diaspor hərəkatının Yol xəritəsi hazırlanıb və xəritədə nəzərdə tutulan işlərin böyük bir hissəsi artıq həyata keçirilib. Amma diaspor hərəkatının zirvə nöqtələrinə çatmağın "Asan xidmət"ə bənzər bir yolu, bir metodu yoxdur. Bu iş zamanla, addım-addım həyata keçirilir.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov diaspor siyasətinin incəliklərini gözəl bilir və xüsusilə yeni nəsil diasporu ilə işləməyə böyük önəm verir.
Diaspor siyasəti sahəsində onlarla uğurlu layihənin adını çəkə bilərəm. Bu günlərdə Fransada "Qarabağ" Azərbaycan məktəbinin açılması kimi. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə açılan məktəb orada yaşayan azərbaycanlıların ana dilində təhsil alması, Vətənə daim bağlı olması üçün çox mühüm addımdır.

Bu istiqamətdə gördüyümüz işlərdən biri də Diaspor TV-də onlayn Azərbaycan dili dərsləri açmağımız, xaricdəki məktəblər və dərnəklər üçün müasir formatlı kitabların hazırlanmasıdır.
AMEA və ASAN xidmətlə imzalanan müxtəlif istiqamətli memorandumlar, Könüllülər proqramına start verməyimiz diaspor siyasətinin çoxşaxəliliyinin sübutudur. Bir sözlə, bir ildə görülən işlər sadalanacaq qədər az deyil və bir ilə sığmayan işlərdir.

- Hər zaman olduğu kimi yəqin ki, bu məsələdə də ermənilər müxtəlif yollarla sizə mane olmağa çalışırlar?

- Bizim daha çox eşitdiyimiz bir söz var. O da bizə ikili standartla yanaşılmasıdır. Mən xaricdə yaşayan onlarla insanla görüşmüşəm, onlardan müsahibələr almışam. Və əksəriyyətindən də bu məsələyə münasibət bildirməsini xahiş etmişəm ki, onlar hər addımdamı erməni təsiri hiss edirlər, hansısa məqamda diskriminasiya hiss olunurmu, elə qapılar varmı ki, onlar ancaq xristianlar üçün açıqdı, müsəlmanlar o qapıları aça bilməz? Onlar bildirirlər ki, bu tip münasibət hər zaman hiss olunmur. Bir çoxları isə heç vaxt belə bir münasibət görmədiyini deyir. Amma təbii ki, erməni lobbisi hər yerdə işini görür. Biz elmimizlə, biliyimizlə qalib olmağı bacarmalıyıq.
"Məqsədimiz virtual müzakirə platforması yaratmaqdır" - Vəsilə VahidqızıNigeriyada yaşayan azərbaycanlı xanımdan müsahibə götürən zaman bildirdi ki, burada bütün böyük biznes sahələri ermənilərin əlindədir. Amma bu onu qorxutmur və Azərbaycanı tanıtmağına mane ola bilmir.

Sadəcə və sadəcə işləmək lazımdır. Qapılar hər zaman bağlı deyil. Özümüzü sevsək, qarşımıza çıxan maneələri rahatlıqla keçə bilərik.

- Xaricdə təhsil alan azərbaycanlılar əsasən hansı problemlərlə bağlı sizə müraciət edirlər?

- Müraciətlər müxtəlif istiqamətlərdə olur. Burda başqa bir məqamın qabardılmasını istərdim. 90-cı illərdə xüsusilə Naxçıvandan bir qrup azərbaycanlı Türkiyəyə gedib. Onların sovet pasportlarının istifadə müddəti bitib və geri dönüb yeni sənədlər ala bilməyiblər. Beləliklə, həmin şəxslərin övladları, nəvələri də eyni vəziyyətə düşüb. Minlərlə azərbaycanlı Türkiyədə sənədi və qeydiyyatı olmadan yaşayır, onlar təhsil və səhiyyə hüququndan məhrumdurlar. Artıq bu gün dövlətlərarası danışıqlar aparılır. İki qardaş ölkənin dövlət başçılarının yanaşması odur ki, bu problem həll edilməlidir. Bu məsələ Komitənin qarşısında duran mühüm bir problemdir və yavaş-yavaş onun həllinə doğru gedilir.

- Hazırda Diasporla İş üzrə Dövlət Komitəsi və İctimai Televiziyanın birgə layihəsi olan "Vətən uzaqda deyil" verlişinin aparıcısınız. Bu verilişin gənclər və xaricdə yaşayan həmvətənlilərimiz üçün hansı əhəmiyyəti var?

- Biz bu veriliş vasitəsi ilə öncə xaricdə yaşayan insanlarımızı tanıdırıq. Əgər insan özünü məhz bu ekranda görürsə, özünə isti münasibət hiss edirsə, bu bağları daha da gücləndirir. Bu veriliş həm də maarifləndirici xarakter daşıyır. Verilişimizin əsas məqsədi bağları daha da möhkəmləndirmək, virtual müzakirə platforması yaratmaq, uğur qazanmış azərbaycanlıların təcrübəsini göstərmək, fikir alış-verişi etməkdir.

- 26 ildir siz televiziyada çalışırsınız. Siz bu sahədə öz sözünü demiş peşəkar jurnalist və aparıcısınız. Bu gün televizyalarımızda mövzu qıtlığı var. Bu gün televiziyada əsas şou və sosial mövzulu verilişlər efirə gedir. Maarifləndirici verilişlər təəssüf ki, yox dərəcəsindədir. Bu gün televiziyalar nəyə görə məhz şou və sosial problemlərin işıqlandırıldığı verilişlərə üstünlük verir?

- Mövzu heç zaman qıt olmayıb, hər zaman boldur. Sadəcə, ekranda "çalıb-oynayanlar" çoxdur deyə fikir bu cür formalaşır. Auditoriya çeşidlənirmi, hər kateqoriyaya uyğun proqramlar hazırlanırmı, alternativ yanaşmalar ekranlara daşınırmı, TV-lərin ciddi monitorinqi aparılırmı, mütəxəssis təhlilləri varmı, kadr potensialı necədir və s kimi cavabı verilməli olan çoxlu suallar var.

- Parta arxasında oturmaqla peşəkar jurnalist olmaq olarmı? Yaxşı olmazdımı ki, universitetlərdə mühazirədən çox praktikaya üstünlük verilsin?

- Jurnalistikanı təhsildə və təcrübədə öyrənirsən. Təbii ki, təhsil deyəndə, baxır sənə kim dərs keçir. İnanmıram ki, Şirməmməd Hüseynovdan jurnalistikanın sirlərini öyrənə bilməyən tələbə olsun. Bununla yanaşı təcrübə də önəmlidir. Ümumiyyətlə, bu sualın birmənalı cavabı yoxdur. Dünyada elə insanlar var ki, jurnalitikanın ən yüksək pilləsinə çatıblar, amma onların jurnalist təhsili yoxdur. Peşəkar jurnalist olmaq üçün bu sahədə təhsilin olması mütləq deyil. Qayda və prinsipləri öyrənərək peşəkar iş ortaya qoymaq olar, lakin iş o vaxt mükəmməl olur ki, onu istedad bəzəsin.

- Vəsilə xanım, siz həm televiziyada, həm də Diasporla İş üzrə Dövlət Komitəsində çalışırsınız. Sizə görə ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri daha çox ictimaiyyət qarşısında öhdəlik daşıyır, yoxsa təmsil elədiyi qurum qarşısında?

- Hər ikisinin qarşısında məsuliyyət daşıyır. Məsuliyyətsizlik ən təhlükəli şeydir.

Aysel Yusifqızı
Fotolar: Leyla Mustafazadə
"Məqsədimiz virtual müzakirə platforması yaratmaqdır" - Vəsilə Vahidqızı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1146   Tarix: 23 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil"- Ekspert

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. İqtisadçı ekspert Emin Qəribli -a bildirib ki

28.03.2024 238
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

28.03.2024 190
.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

28.03.2024 318
.

Narkotikə anası ilə birgə başlayan Tupakın müəmmalı ölümü - VİDEO

Baku TV-də yayımlanan "Retro Baku" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayı tarixin ən böyük hip-hop sənətçilərindən biri olan Tupak Amaru Şakura həsr olunub. Tupak Amaru Şakur 16 iyun 1971-ci ildə Nyu-Yorkda anadan olub. Doğulanda adı LesEyn Periş Kruks olub. Bu a

28.03.2024 140
.

"Crocus City Hall"un bərpası neçə milyona başa gələcək? - Emin Ağalarov AÇIQLADI

"Crocus City Hall"ın konsert zalının yenidən tikintisi 150 milyon dollara (təxminən 255 milyon AZN) başa gələcək. Bunu "Crocus Group"un sahibi Araz Ağalarovun oğlu, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov deyib. Onun sözlərinə görə, 15 il əvvəl kompleksi

28.03.2024 447
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28.03.2024 259
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

28.03.2024 455
.

Paşinyan Qarabağ separatçılarından imtina etdi: "Tanımırıq"

Ermənistan sürgündə olan heç bir "Dağlıq Qarabağ hökuməti"ni tanımır. Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bildirib. Onun sözlərinə görə, belə açıqlamalar Ermənistanın milli təhlükəsizliyini təhdi

28.03.2024 322