Bağlanan banklardan kompensasiyası olanların nəzərinə: PULUNUZU BELƏ ALIN

Bağlanan banklardan kompensasiyası olanların nəzərinə: PULUNUZU BELƏ ALIN""Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyət olaraq biz bank olmayan kredit təşkilatlarının və bağlanan bankların problemli müştərilərinin kompensasiyalarının ödənilməsi istiqamətində artıq ilk addımlarımızı atmışıq. Belə ki, bu gündən etibarən müştərilər 500 manatdan aşağı olan nağd kompensasiyanı "Azərpoçt" MMC-nin respublika üzrə 1497 poçt şöbəsinə yaxınlaşıb ala bilərlər".

BiG.AZ xəbər verir ki, bunu "Azərpoçt" MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Gözəlova fed.az saytının sosial şəbəkədəki canlı yayımında bildirib. O qeyd edib ki, mayın 1-dən isə 500 manatdan yuxarı olan kompensasiyaları müştərilər "Azərpoçt" tərəfindən emissiya olunmuş kartlar vasitəsilə ala biləcəklər: "Vətəndaşlardan kart üçün heç bir ödəniş tələb olunmur. Eyni zamanda, kartlardan pulu nağdlaşdıranda da komissiya tutulmur. Vətəndaş pullarını istədiyi vaxt ala bilərlər".

G. Gözəlova deyib ki, fərmanla 121 min nəfərə yaxın vətəndaşa kompensasiyaların ödənilməsi "Azərpoçt"un öhdəliyinə düşür:

"Bunlardan 76 min 836 nəfəri 500 manatdan aşağı olan məbləğdir. Eyni zamanda, qurumun rəsmi saytında da həmin şəxslərin problemli kreditlərinə dair bölmə açılıb. Vətəndaşların şəxsiyyət vəsiqəsinin seriyasını və fin kodunu daxil etməklə onlara ayrılan kompensasiyanın məbləğini və bu kompensasiyasını alacaq poçt şöbəsinin ünvanını dəqiqliklə öyrənə bilərlər.

Ancaq müştərilər mütləq şəxsiyyət vəsiqəsini və ya onun sürətini təqdim etməlidirlər. Kompensasiyaların təqdim olunması istiqamətində göstərilən bütün xidmətlər pulsuzdur. Bundan əlavə, müştərilərə 1 illik kartlar təqdim olunur. Əgər vətəndaş hər hansı səbəbdən özünə aid bu kartları itirərsə və ya zədələyərsə o zaman növbəti dəfə müştəri müraciət edən zaman kartın emissiya rüsumu ödənilməlidir. Kart vasitəsilə kompensasiyanı alacaq müştərilər respublika üzrə "Azərpoçt" un 77 poçt şöbəsinə yaxınlaşıb öz kartlarını və fin kodlarını əldə edə biləcəklər.

Qeyd edim ki, müştərilərin koordinatları "Azərpoçt"a Palata tərəfindən ötürülüb. Ola bilər ki, bu və ya digər səbəbdən hansısa müştəriyə sms getməyib. Bu vətəndaşın aktiv telefon nömrəsini artıq işlətmədiyi halda olacaq. Bizə təqdim olunan nömrələrə sms göndəririk. Başqa hallarda isə sms- ləri hər hansı müştərilər görməzsə, vətəndaş məmnuniyyəti üçün "Azərpoçt" un rəsmi saytında ayrıca bir bölmə yaratmışıq. Ora daxil olmaqla məlumatları əldə edə bilərlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1007   Tarix: 22 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788