Bakıda FLİM KİMİ OLAY: Qız oğlan dostunu evə gətirdi, anası tutdu - VİDEO

Bakıda FLİM KİMİ OLAY: Qız oğlan dostunu evə gətirdi, anası tutdu - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 və Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciət edən bir qadın mənzildə bağlı qapı arxasında qalan qızının onun çağırışlarına cavab vermədiyini bildirib.

BiG.AZ ona-ya istinadən bildirir ki, dərhal əraziyə polis, təcili tibbi yardım əməkdaşları və xilasedicilər cəlb olunub.

Hadisə yeri müayinə edilib, xilasedicilər xüsusi alət və avadanlıqların köməkliyi ilə qapını açıblar. Mənzilə daxil olan ananı qızı N.Qurbanova oğlan dostu ilə qarşılayıb. Qız oğlan dostunu evə şam yeməyinə dəvət etdiyini bildirib.

Gənclərin hərəkətləri polis əməkdaşlarında müəyyən şübhələr yaratdığından onlar polis orqanına aparılıblar.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1376 Tarix: 22.04.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol