"Oğlumu öldürüb məzara qoydum" - Qapı önünə qoyulduqdan sonra itkin düşən uşaqla bağlı MÜƏMMA - FOTO

"Oğlumu öldürüb məzara qoydum" - Qapı önünə qoyulduqdan sonra itkin düşən uşaqla bağlı MÜƏMMA - FOTO

Ərzurumda itkin düşən 4 yaşlı Flurkan Yiğitin atası, babası, nənəsi və bir qohumu həbs edilib.

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, atasının qapı önünə qoyduğu Furkan Yiğit 20 dəqiqədən sonra yoxa çıxıb.

Polislər 4 yaşlı uşağı axtaran zaman onun atası Fehim Yiğitin "Oğlumu öldürüb məzara qoydum" deyə ifadə verdiyi ortaya çıxıb.

Atasının iddia etdiyi məzara baxılan zaman bir uşaq skeleti tapılıb. Aparılan ekpertizadan sonra həmin skeletin 4 yaşlı Furkana aid olmadığı ortaya çıxıb.

Hazırda 4 yaşlı Furkanın tapılması istiqamətində araşdırmalar davam edir.

Aysel Yusifqızı

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 912 Tarix: 22.04.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər