"Yeməyə çörək tapa bilmirdik, böyrəyimi satdım" - Rüstəmdən ŞOK SÖZLƏR

"Yeməyə çörək tapa bilmirdik, böyrəyimi satdım" - Rüstəmdən ŞOK SÖZLƏR"Mən Salyanda 5 saylı internat məktəbində qalırdım. Amma oranın direktoru elə qorxunc hərəkətlər edirdi ki… Qorxdum, oradan çıxdım. Vəziyyətimiz çox ağır idi. Evdə yeməyə çörək tapmırdıq. Ona görə böyrəyimin birini satmaq qərarına gəldim…"

Bunu böyrəyinin birini satmış Rüstəm Ramazanov aprelin 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində danışıb. Bu məhkəmədə böyrək alverində ittiham olunan 52 yaşlı Vahib Xudadatovun işinə baxılır. R.Rüstəmov da zərərçəkən qismində dindirilib.

Amma Rüstəm deyir ki, onu heç kim məcbur eləməyib, maddi ehtiyac üzündən özü internetdə böyrəyini satması barədə elan yerləşdirib. Bir müddət sonra elan qoyduğu telefon nömrəsinə V.Xudadatov zəng eləyib, onlar Bakıda – Biləcəri qəsəbəsində görüşüblər, böyrəyin 12 min manata satılmasına razılaşıblar. Zərərçəkənin sözlərinə görə, elə ilk görüşdə V.Xudadatov onların evində yeməyə çörək olmadığını biləndə əvvəldən 100 manat verib ki, bazarlıq eləsin: "Mən də getdim, dərhal kartof-soğan aldım".

R.Ramazanovun böyrəyi Fərhad Süleymanova köçürülüb. Bu cinayət işində bəhs olunan digər böyrək köçürmələrində olduğu kimi, bu halda da onlar öncə İrana aparılıb, orada "Xomeyni xəstəxanası"nda müayinədən keçirilib. İranlı həkim Mohsen Tahiri köçürmənin mümkünlüyünə rəy verəndən sonra Tacikistanın paytaxtı Düşənbədə Transplantasiya Mərkəzində əməliyyat həyata keçirilib: "Qayıdandan sonra Sahib müəllim pulumu verdi. Şikayət və tələbim yoxdur".

Səid Ağayev isə zərərçəkən kimi tanınsa da, böyrəyini satmayıb. Bütün müayinələrdən keçib, əməliyyat üçün Tbilisiyə gedəndə hava limanında fikrini dəyişib: "Qorxdum, məni aeroporta aparan dostumdan xahiş elədim ki, geri qaytarsın".

Səid ifadəsində bildirib ki, banka 3 min manat borcu vardı, ona görə böyrəyini satmaq qərarına gəlmişdi: "Bank əməkdaşları tez-tez narahat edirdi. Krediti qaytarmaq üçün daim pul axtarırdım. Həmin ərəfədə əmim oğlu Elmanla görüşdüm. Dedi ki, böyrəyini Sahib adlı şəxs vasitəsilə satıb. Bir müddət sonra Bakıda Elmanla görüşəndə dedim ki, böyrək istəyən olsa, mənə xəbər eləsin".

Səid Ağayev imtina etdiyinə görə təcili börək köçürməsinə ehtiyacı olan Pirəli Rəhimov üçün yeni donor axtarılıb. Şakir Nağıyev də həmkəndlisi Elmanın yanında deyib ki, böyrəyini satmaq istəyir. Elman Ağayev onu V.Xudadatovla tanış edib. V.Xudadatov da onları börək köçürməsinə ehtiyacı olan P.Rəhimovla görüşdürüb: "Bakıda fəhlə işləyirdim. Qəzaya düşdüm, səhhətimdə problem yarandı. Kirayə pulunu verə bilmədiyim üçün rayona geri qayıtdım. Maddi durumum yaxşı deyildi. Ona görə böhrəyimi satmaq qərarına gəldim".

Zərərçəkənin sözlərinə görə, o, bir böyrəyini 17 min dollara satmağa razılaşıb: "Mənim söhbətlərim əsasən Elmanla olub. Heç kimdən şikayət və tələbim yoxdur. Sahibdən nədəsə narazı olsaydım, özünə deyərdim, niyə şikayət edirdim?!"

V.Xudadatov 2017-ci ilin martında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs olunub. Ona qarşı CM-in 137 (insan orqan və toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə), 144-1 (insan alveri), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işində 27 zərərçəkmiş var. Bütün orqan köçürmələrində donorun pulu, İrana və daha sonra Gürcüstana (yaxud da Düşənbəyə) yol, otel xərclərinin hamısını resipiyent qarşılayıb. Hər iki tərəf – həm böyrəyini satan, həm də alan vasitəçiliyə görə V.Xudadatova da ayrıca pul verib.

Hər əməliyyata görə Mohsen Tahiriyə 10 min, transplantasiyanın həyata keçirildiyi xəstəxanaya isə 8 min dollar pul ödənildiyi bildirilir.(Bizimyol.info)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2135   Tarix: 21 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988