Azər Həsrət: Rusdilli xanımlar arasında siqaret çəkənlər daha çoxdur

Azər Həsrət: Rusdilli xanımlar arasında siqaret çəkənlər daha çoxdurDünən İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrətin "Facebook" sosial şəbəkəsində yazdığı fikirlər tənqid hədəfinə çevrilib.

"Bilirdinizmi? Bakıda klublarda-əyləncə məkanlarında daha çox gözə dəyən uşaqlar bir qayda olaraq rus məktəblərində oxuyanlardır.

Digər tərəfdən, içməyə və çəkməyə meyilli olan da daha çox rus məktəblərinin şagirdləridir.

Əlavə olaraq, siz heç 700 bal toplayan rus məktəbi məzununa rast gəldinizmi? Mən gəlmədim. Bilən varsa, lütfən, paylaşsın, bizim də bilgimiz olsun", - deyə A.Həsrət yazıb.

Əməkdar jurnalistin bu fikirləri birmənalı qarşılanmayıb. Bəziləri onu ayrıseçkilikdə, bəziləri isə rusdilli insanları təhqir etməkdə ittiham edib.

Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı Azər Həsrətlə əlaqə saxlayıb.

Jurnalist bildirib ki, o, ümumiləşdirmə etməyib:

"Əgər yazdığıma fikir versəniz, orada ümumiləşdirmənin olmadığını görə bilərik, bu, özəl yanaşmadır. İddia edirlər ki, mən guya orada rusları və rusdilliləri təhqir etmişəm.

Birincisi, o məsələ nədən qaynaqlanır?

Ondan qaynaqlanır ki, həqiqətən də, Bakının xüsusən mərkəzində istənilən xidmət obyektinə daxil olduğumuzda azərbaycanlı ailələrin balaca uşaqlarla rus dilində danışdığını görürük, bu da məni narahat edir.

Çünki onlarla Azərbaycan dilində danışmaq istəyəndə uşaqlar gözlərini döyə-döyə adamın üzünə baxırlar. Valideynləri isə uşaqların Azərbaycan dilini bilmədiyini deyirlər. Azərbaycanın dövlət dilinə bu qədər sayğısızlıq olmaz", - o qeyd edib.

A.Həsrət əlavə edib ki, ümumiyyətlə, söhbət burda hansısa millətin aşağılanmasından, ikinci "sort" elan olunmasından getmir.

"Burada söhbət ondan gedir ki, istənilən Azərbaycan vətəndaşı istər rus, istərsə də qeyri-rus, Azərbaycanın dövlət dilini mənimsəməyə borcludur. Mən bunu vurğulamaq istəyirəm. Amma dünəndən müşahidə edirəm ki, yazdığım statusunu anlayan da, anlamayan da sağa-sola paylaşıb, hətta bəzi media orqanları da "Azər Həsrət rusdilliləri təhqir etdi", "Azər Həsrət rusdilliləri pozğun adlandırdı" başlıqları ilə yayımlayıblar.

Halbuki mən orada elə bir ifadə işlətməmişəm.

Bəziləri isə Azərin ayrıseçkilik etməsini iddia edirlər. Heç bir ayrıseçkilikdən söhbət getmir. Mənim qaldırmaq istədiyim əsas məsələ ondan ibarətdir ki, azərbaycanlı olub, milli mənsubiyyətindən asılı olmayaraq, hər kəs Azərbaycanın dövlət dilini mənimsəməyə borcludur.

Bu dövlətin vətəndaşı olaraq, cibində Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini daşıyan heç kim Azərbaycan dilinə xor baxmamalıdır. Bu, bizim mövqeyimizdir. Düşünürəm ki, bunu anlayışla qarşılayanlar az deyil", - jurnalist bildirib.

O, rusdillilərin mədəni səviyyəsindən də danışıb:

"Xüsusən təbliğat aparılırdı ki, azərbaycandilli bölməsində oxuyan uşaqların mədəni səviyyəsi aşağı olub, mən də ora yazdım ki, rus bölməsində oxuyan və 700 bal toplayan bir neçə nəfərin nümunəsini göstərsinlər. O nümunəni göstərmək nə çətin məsələdir?!

Amma əvəzində məni söyürlər, təhqir edirlər, bu da başqa bir dərddir. Məsələ burasındadır ki, rusdillilərin mədəni səviyyəsinin yüksək olması haqqında fikirlər bu statusdan sonra özünü doğrultmamış olur.

Çünki düşünürdüm ki, məni utandıracaqlar, elə münasibət bildirəcəklər, elə reaksiya verəcəklər ki, mən statusu yazdığıma utanacağam. Amma əksini gördüm. Dünəndən gördüm ki, rusdillilər dilə gətirilməsi mümkün olmayan təhqirlərlə üstümə düşüblər. Bu, çox ayıb bir şeydir. O adamlar mədəni şəkildə fikirlərini ifadə edə bilərdilər. Belələri də var, az deyil, onlarla danışırıq".

Əməkdar jurnalist statusda xüsusilə tənqidə səbəb olan içmək və çəkməklə bağlı hissəyə də aydınlıq gətirib:

"İçki və siqaretlə bağlı hissəyə gəlincə, orada söhbət sırf məktəb şagirdlərindən getmir.

Əslində, mənim orada nəzərdə tutduğum ümumi rusdillilərdir. Əlbəttə ki, onlar da düşünüblər ki, mən bütün şagirdləri içən və çəkən adlandırmışam. Həqiqətən də, rusdillilər, xüsusən də xanımlar arasında siqaret çəkənlərə mən şəxsən çox rast gəlirəm. Təbii ki, bu, onların seçimidir. Mən buna qarışa bilmərəm.

Sadəcə olaraq, mən gördüyüm faktı yazmışam. Onlara irad tutmuram. Hər kəsin öz seçimi var və biz də onların seçiminə hörmətlə yanaşırıq. Əgər kimsə dediklərimi yoxlamaq istəyirsə, dediyim kimi, şəhərin mərkəzindəki ticarət, əyləncə mərkəzlərinə getsinlər".

"Digər tərəfdən, yazdığım statusda birinci cümlədə ifadə işlətmişəm. Ola bilsin ki, rusdillilər bunu tam başa düşməyiblər, yaxud da onlar üçün Azərbaycan dilini anlamaq çətindir. "Daha çox" ifadəsindən söhbət gedir. Tutaq ki, min nəfər şagird arasında yoxlama aparsaq, Azərbaycan bölməsindən onlardan beşi siqaret çəkirsə, rus bölməsində bu rəqəm 15-dir. "Daha çox" dedikdə bunu nəzərdə tutmuşam.

Onları qınamıram. Azərbaycan dilini bilməmələri ayıbdır, ancaq bilmədikləri bir məsələyə görə mənə irad tutmaları əsassızdır", - o deyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1003   Tarix: 20 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874