"Mənim oğum qatil deyil" - Vidadi Bərdəlinin həyat yoldaşından ÜRƏK DAĞLAYAN SÖZLƏR - FOTOLAR

"Mənim oğum qatil deyil" - Vidadi Bərdəlinin həyat yoldaşından ÜRƏK DAĞLAYAN SÖZLƏR - FOTOLARKeçən ilin iyun ayında Bakının Nəsimi rayonu ərazisində törədilmiş qətl hadisəsi ilə bağlı həbs edilmiş Vəliyev Tuncay Vidadi oğlunun anası, mərhum müğənni Vidadi Bərdəlinin həyat yoldaşı Naida Heydərova mətbuata və dövlət rəhbərliyinə müraciət edib.

BiG.AZ xəbər verir ki, N.Heydərova news24.az-a açıqlamasında baş vermiş məlum hadisədə oğlunun heç bir iştirakının olmadığını, qətli törədən şəxsin də artıq tutulduğunu deyib.

N.Heydərova istintaqın düzgün aparılmasını, bu hadisədə iştirak etməmiş yeganə övladı barəsində ədalətli qərar verilməsini xahiş edib: "Mən başa düşə bilmirəm ki, bu kimin qurmasıdır, nə tələdir bizim üçün qurublar. Mənim övladım günahsız olduğu halda həbsdədir. Əvvəla bildirim ki, övladım Tuncay Vidadioğlu mərhum Rəşad Hüseynovun qatili deyil. Nə də ki biz o böyüklükdə imkana sahib deyilik ki, kimisə bu cinayəti boynuna götürməyə məcbur edək. Qətli törətməkdə şübhəli sayılan Fərman Ocaqquliyev özü etiraf edib ki, cinayəti o törədib. Nə həyat yoldaşım Vidadi Bərdəli, nə mən, nə də övladım heç kimə heç bir pislik etməmişik ki, bizimlə belə düşmənçilik edənlər olsun. Qətl törədilən gün Tuncay evdə idi, polisdən bizə zəng gəldi, oğlumu çağırdılar, biz də getdik, sonra onunla heç bir əlaqəsi yoxdur deyib, bizi yola saldılar. Daha sonra növbəti dəfə yenə polisə dəvət etdilər, bu dəfə də söhbət edib buraxdılar. Üçüncü dəfə çağıranda isə Tuncayı şübhəli şəxs qismində saxladılar, bildirdilər ki, guya dindirilmə üçün oğlumu saxlayıblar, amma səhəri gün müvəqqəti saxlanma təcridxanasına göndərdilər. Əgər mənim oğlum hadisəni törətmişdisə və ya orda iştirakçı olmuşdusa, onu niyə əvvəlcədən tutmurdular. Həm də sonra Fərman Ocaqquliyev adlı şəxs özü gəlib qətli törətdiyini etiraf etdi. Buna baxmayaraq, oğlumu buraxmadılar, hətta evimə baxış keçirmək istədilər. Beləcə evimə gələn polis heç bir məhkəmə qərarı olmadan mənzilimə daxil oldu və guya narkotik vasitə aşkarlayaraq götürdü. Halbuki polisə gedib-gələn hansı ağıllı insan, evində narkotik vasitə olsa belə, bu boyda cinayətdə adı hallandığını bilə-bilə onu 3 gün evində saxlayar?! Əlbəttə ki, olsa belə saxlamaz. İnanın ki o narkotik söhbətiylə yanaşı, oğluma haqsız yerə cinayətkar demələri məni çox pis yandırır. Bu mənə çox pis təsir edir. Hazırda istintaq tam yekunlaşmadığı üçün bütün faktları açıqlamaq düzgün olmazdı. Amma məhkəmənin qərarı olmadan, istintaq getdiyi halda niyə mənim övladımı bilib-bilmədən cinayətkar kimi təqdim edirlər? Mənim övladım günahsızdır, onun heç bir günahı yoxdur, olsa anayam, hər kəsdən qabaq mən bilərəm, ən azı hiss edərəm ki, nə isə günahımız var susaram, amma oğlum günahsızdır, qatil deyil, narkotiklə heç bir əlaqəsi yoxdur. Mən bu günə kimi dayanmadan bütün qapıları döyürəm ki, iş düzgün araşdırılsın, həqiqət ortaya çıxsın. İnanın ki, gecəm - gündüzüm yoxdur, bilmirəm övladımın hazırda yanımda olmamasının acısını çəkim, bilmirəm haqsızlıqla, yoxsa ağrıyan canımla mübarizə aparım. Özüm 2 ci qrup əliləm, hər il müalicə edib yaşayan adamam. Allah özü haqqı ortaya çıxarmaqda bizə kömək olsun".

N.Heydərova deyib ki, oğlunun cinayətkar olmadığının ortaya çıxacağına inanır: "İnanın ki, istintaqı bitirib, oğlumu cinayətkar kimi hakim qarşısına çıxardılar. Hakim Azad Məcidov cinayət işi ilə tanış olduqdan sonra cinayət işinin materiallarında xeyli çatışmazlıqların olduğunu, oğlumun günahının sübuta yetirilməsinin əsaslandırılmamasını əsas gətirərək işi yenidən baxılması üçün ibtidai istintaqa geri göndərdi, orada çıxışında da oğlum günahsız olduğunu, qətldən xəbərsiz olduğunu bildirdi. Hətta qətli törədən özü cinayətini etiraf etdi. Demək istədiyim odur ki, oğlumun bu cinayətlə heç bir əlaqəsi yoxdur, o günahsızdır. Sizin vasitənizlə bir ana kimi Ölkə başçımız cənab İlham Əliyevə, Birinci vitse prezidentimiz, ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciət edib xahiş edirəm ki, mənim günahsız yerə həbsdə olan oğlumun azad olunmasına yardım etsinlər, işin düzgün araşdırılmasına göstəriş versinlər. Məni bu yaşda tək övladımla sınağa çəkilməyimə şərait yaradanlara imkan verməsinlər. Yuxarıda haqqı nahaqqa qurban etməyən Allaha, aşağıda ölkə başçımıza, Mehriban xanıma və ali qanunlarıma inanaraq yekun nəticənin haqlı olacağına, sonda haqqın - ədalətin qalib gələcəyinə inanıram. İnanıram ki, məhkəmə ədalətli keçəcək, oğlumun günahsızlığı isbat olunacaq, cinayəti törətmədiyi, qatil olmadığı, sübut olunacaq!"
"Mənim oğum qatil deyil" - Vidadi Bərdəlinin həyat yoldaşından ÜRƏK DAĞLAYAN SÖZLƏR - FOTOLAR"Mənim oğum qatil deyil" - Vidadi Bərdəlinin həyat yoldaşından ÜRƏK DAĞLAYAN SÖZLƏR - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3372   Tarix: 20 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28.03.2024 259
.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207
.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

28.03.2024 144
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

28.03.2024 190
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 191
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28.03.2024 125
.

Cənubi Afrikada sərnişin avtobusu aşdı: 45 ölü

Cənubi Afrikanın şimalında sərnişin avtobusu körpüdən düşərək aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 45 nəfər ölüb. Yerli medianın məlumatına görə, Botsvanadan Cənubi Afrikanın Moria bölgəsinə gedən sərnişin avtobusu səhər saatlarında Limpopo sərhəd bölgəsində körpüdən düşüb. Qəza zamanı 8 yaşl

10:35 0
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28.03.2024 198
.

Parisdə PKK terroru: 3 yaralı

Fransada terror təşkilatı tərəfdarı olan PKK-nın tərəfdarlarının terror təşkilatı tərəfdarının Türkiyəyə deportasiyasının qarşısını almaq məqsədilə Şarl de Qoll Hava Limanındakı məmurlara hücum edib. BİG.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Terror təşkilatına simpatiyası olan təqribə

28.03.2024 261