"Sərhədçi"lərin Avropa uğuru - VİDEO+FOTOLAR

"Sərhədçi"lərin Avropa uğuru - VİDEO+FOTOLAR
Yeni fəaliyyətə başlayan “Sərhədçi” Kikboksinq Klubu artıq ilk uğurunu qazanıb.

BiG.AZ-ın verdiyi məlumata görə, bu ilin aprelin 4-7-də Türkiyənin Antalya şəhərində kikboksinqin WAKO versiyası üzrə Avropa Kuboku yarışı keçirilib. Yarışda 23 ölkədən 2700 idmançı iştirak edib. Avropa Kubokunda Azərbaycan milli komandası 14 idmançı ilə mübarizə aparıb. Millimiz yarışda 1 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb.

Yığma komandamızın tərkibində 4 kikboksçu ilə təmsil olunan “Sərhədçi” idman klubunun bütün üzvləri medal qazanıblar. “Sərhədçi” Kikboksinq Klubunun ilk uğurunun şərəfinə təşkil edilən tədbirdə çıxış edən “Sərhədçi” İdman Olimpiya Mərkəzinin baş məşqçisi, dünya çempionu, sərhədçi zabiti, əməkdar məşqçi Fuad Zeynalov bildirib ki, gənclər arasında döyüşən idmançılar 1 qızıl və 3 gümüş medala sahib olublar.

O qeyd edib ki, 81 kq çəki dərəcəsində Elcan Alıkişiyev qızıl, 67 kq çəki dərəcəsində Elşad Şahbazov, 57 kq çəki dərəcəsində Qəşəm Məmmədov və 54 kq çəki dərəcəsində Vüsal Kazımov gümüş medala layiq görülüb. Milli komandamızın digər üzvlərindən Uğur Hacızadə gümüş, Murad Babayev və Lalə Mikayılova isə bürünc medal qazanıblar.

Əməkdar məşqçinin sözlərinə görə, 67 kq çəki dərəcəsində yarışan Elşad Şahbazov finalda böyük haqsızlığa məruz qalıb. İdmançımız rəqibindən üstün idi. Onu hakimlər uduzdurdular. Elşad Şahbazova qarşı ədalətsizlik oldu. Nəticədə kikboksçumuz yarışı ikinci yerdə tamamladı.

Baş məşqçi Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev və yeni yaradılmış “Sərhədçi” Kikboksinq Klubunun prezidenti Cavid İsmayılova hər zaman idmançıların yanında olub, dəstək göstərdiklərinə görə minnətdarlığını bildirib.

Tədbirdə digər çıxış edənlər bu qələbə münasibətilə idmançıları təbrik edib, onlara daha böyük uğurlar arzulayıblar.

Xatırladaq ki, yeni yaradılan klubun prezidenti Cavid İsmayilov, vitse-prezident Zaur Şirməmmədov, klubun direktoru və baş məşqçisi isə Fuad Zeynalovdur.

"Sərhədçi"lərin Avropa uğuru - VİDEO+FOTOLAR
"Sərhədçi"lərin Avropa uğuru - VİDEO+FOTOLAR
"Sərhədçi"lərin Avropa uğuru - VİDEO+FOTOLAR
"Sərhədçi"lərin Avropa uğuru - VİDEO+FOTOLAR
"Sərhədçi"lərin Avropa uğuru - VİDEO+FOTOLAR
"Sərhədçi"lərin Avropa uğuru - VİDEO+FOTOLAR
"Sərhədçi"lərin Avropa uğuru - VİDEO+FOTOLAR

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: İdman Oxunub: 533 Tarix: 20.04.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər