"Məndən yazanlar ərini yuxuya verib, evdən qaçanlardır" - Şəfiqə Nağıyeva yenə TƏHQİR ETDİ - VIDEO

"Məndən yazanlar ərini yuxuya verib, evdən qaçanlardır" - Şəfiqə Nağıyeva yenə TƏHQİR ETDİ - VIDEO

"Məndən yazan ancaq evdən qaçanlar, nə bilim, tərbiyəsizlər, ərinə dərman içirdib, yuxuya verib evdən qaçanlardır. Başqa heç kim məndən yaza bilməz!"

BAKU.WS xəbər verir ki, bu sözləri ekspert kimi iştirak etdiyi "Səni axtarıram"a kömək üçün üz tutan şikayətçiləri təhqir etdiyinə görə ictimaiyyətin qəzəbinə tuş gələn, daha sonra proqramdan uzaqlaşdırılan vəkil Şəfiqə Nağıyeva deyib.

Nağıyeva bu gün qonaq olduğu "Hər şey daxil" verilişinin qonağı olub. Aparıcı Əliyev Tarix sosial şəbəkələrdə tanınmışlar barədə yazılan şərhlərdən söz açıb və vəkilə onu istəməyənlərin az olmadığını xatırladıb.

Mövzunun müzakirəsi zamanı onu sevməyənlərin ancaq və ancaq əxlaqsızlar olduğunu qeyd edib.

Xatırladaq ki, Şəfiqə Nağıyevanın "Səni axtarıram" proqramında məişət zorakılığına məruz qalmış 21 yaşlı Sevdanı alçaltmasından sonra sosial şəbəkələrdə Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramının bağlanması üçün aksiya başlanmışdı. İctimai qınağı nəzərə alan aparıcı Nağıyevanı verilişdən uzaqlaşdırdı. Yalnız bundan sonra proqrama qarşı çağırışlar dayandırıldı.



Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2992 Tarix: 19.04.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Ramil_Hulk
Ramil_Hulk 20.04.2019
Bu.xanımı dəstəkləyirəm,doğru danışdığı söhbətlər üçün


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər