Mahmudovun əmisi oğlunun şok yazışmaları: "Adaş, 17 min dolları..."

Mahmudovun əmisi oğlunun şok yazışmaları: "Adaş, 17 min dolları..."Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun mütəşəkkil dəstə tərkibində külli miqdarda dövlət büdcə vəsaitlərinin mənimsənilməsi, özgənin əmlaklarının hədə-qorxu yolu ilə tələb olunaraq ələ keçirilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması zamanı məsuliyyətdən boyun qaçırmaq üçün rəsmi gəlirə uyğun olmayan daşınmaz əmlak və nəqliyyat vasitələrinin mənbəyi barədə ifadə verib.

BiG.AZ xəbər verir ki, teleqraf.com-un əldə etdiyi məlumata görə, o, 1.000.000 manata Səbail rayonu, Xəqani küçəsi-2 ünvanında yerləşən daşınmaz əmlakın, 1.200.000 manata Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, 213 ünvanında yerləşən daşınmaz əmlakın, 2.500.000 manata Nəsimi rayonu, Bülbül prospekti, 25-də yerləşən daşınmaz əmlakın əldə olunma, icarəyə verilmə halları barədə geniş açıqlama verməyib.

Vüqar Mahmudov sahibkarlıq fəaliyyəti ilə məşğul olan "Kometa-T" firmasının, "Kaspian Kristal" MMC-nin, "Main İnvestment LTD" MMC-nin fəaliyyəti, 2011-2015-ci illərdə xarici ölkələrdə yerləşən müxtəlif müəssisələrin bank hesablarına köçürülməsi məqsədilə "AGBank" ASC-də işəməklə Anar Mahmudovla yaxın münasibətlərdə olan şəxsə çatdırılması üçün Fuad Hacıyevə xüsusilə külli miqdarda pul vəsaitinin göndərməsi barədə də sorğu-sual edilib.

O, Fuad Hacıyevin istifadəsində olan mobil nömrəsinə 2012-2014-cü illər ərzində "223080$", "Çatdı, hər şey qaydasında, "Vüqar müəllim, gətirdilər, 30800-30723,67=76,33 artıq", "476120$", "64316*0,7840" məzmunlu, Vüqar Bağırovun istifadəsində olan mobil nömrəyə isə 2012-2015-ci illər ərzində "Dobrıy vecer. Mişa nujno peredat 17944$ spasibo" (Axşamın xeyr, Mişaya 17944 ABŞ dolları vermək lazımdır, sağ ol), "Dobrıy veçer. Mişe nujno predat 5139$ spasibo" (Axşamın xeyr, Mişaya 5139 ABŞ dolları vermək lazımdır, sağ ol), "Salam, proşu peredat Mişa 50418$" (Salam, xahiş edirəm Mişaya 18440 ABŞ dolları ver), Salam, proşu peredat Mişe 129646$" (Salam, xahiş edirəm Mişaya 18440 ABŞ dolları ver), "Salam, proşu peredat Mişe 20385$" (Salam, xahiş edirəm Mişaya 20385 ABŞ dolları ver), "Adaş, salam, proşu peredat Mişe 17.718$" (Adaş, salam, xahiş edirəm Mişaya 17.718 ABŞ dolları ver), "Dobrıy veçer, proşu peredat Mişe 50085$" (Axşamın xeyr, xahiş edirəm Mişaya 50085 ABŞ dolları ver) məzmunli mesajar göndərməsi barədə sualları da cavablandırmayıb.

Vüqar Mahmudov bu məzmunlu mesajları yazması ilə bağlı ifadə verməkdən imtina edib.

Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi baxılması üçün hakim Elbəy Allahverdiyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1745   Tarix: 19 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

12:40 181
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24.04.2024 616
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24.04.2024 252
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24.04.2024 1583
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

12:00 125
.

Nəsib Quliyev dəfn edildi

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

14:10 226
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma soyqırımı ilə bağlı ucaldılmış "Tsitsernakaberd" "memorialında" etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Yayımlanan videoda Akopyanın kiçi

24.04.2024 736
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24.04.2024 1271
.

İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı

Aprelin 24-də özünə qəsd edən respublikanın sabiq baş pediatrı bu gün dəfn olunacaq. -ın əldə etdiyi məlumata əsasən, Nəsib Quliyev Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açara

10:35 408