Bakının mərkəzində ev alan 74 nəfər belə aldadıldı – EVƏ KÖÇƏ BİLMİRLƏR

Bakının mərkəzində ev alan 74 nəfər belə aldadıldı – EVƏ KÖÇƏ BİLMİRLƏRBakının mərkəzi - Xocalı prospektində Xətai metrosunun qarşısına düşən hissəsində "Hom Paş Prestij" tikinti firması tərəfindən tikilmiş çoxmərtəbəli binadan ev almış şəxslərin şikayəti əsasında şirkətin rəhbəri, Almaniya vətəndaşı olan türk əsilli biznesmen Yiğitdol Hikmet Süleyman oğlu barəsində cinayət işi açılıb.

BiG.AZ-ın news24.az-a istinadən məlumatına görə, biznesmenin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq əməli törətmə maddəsi ilə cinayət işi açılıb. Artıq həmin binadan ev almış 74 nəfər zərərçəkən kimi tanınıb. Xətai rayon Polis İdarəsində aparılan istintaqın yekunlaşması ilə iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın günlərdə hakim Romella Allahverdiyevanın sədrliyi ilə məhkəmə prosesi başlayacaq. Məlumata görə, 2008-ci ildə Bakı şəhəri İcra hakimiyyətinin sərəncamı ilə Xocalı prospektində, 1181-ci məhəllədə torpaq sahəsi alaraq hündür mərtəbəli bina tikintisinə başlanılıb. Bina tikiləndən sonra "Hom Paş Prestij" MTK-nın rəhbəri Hikmet Yiğitdol şəriki Qabil Əliyevin onu aldadaraq mənzilləri satıb qaçdığını bildirmişdi. H. Yiğitdol deyib ki, Q.Əliyev onun Azərbaycanda olmamasından istifadə edərək dələduzluq yolu ilə ikinci möhür düzəltdirib: "Biz təsisçilərin təsis protokolu və razılığı olmadan Bakı şəhəri İcra Hakimiyyətinə məktubla müraciət edib. Adımdan saxta imza ataraq 0.73 ha torpaq sahəsini özünə məxsus "İnter" MMC-nin adına keçirilməsinə nail olub. Meriyadan 23 oktyabr 2015-ci il tarixdə sərəncam aldıqdan sonra tikintini özünə məxsus "İnter" MMC-nin adından aparmağa başlayıb. Sonra vətəndaşlara yaşayış və qeyri-yaşayış sahəsi satıb". Maraqkıdır ki, "Hom Paş Prestij" MTK-nın sədri Hikmət Yigitdöllə bərabər, həmin şirkətlə müqavilə əsasında işləyən "Vaqif Oğulları" MMC-in direktoru Asif Pirvəliyev və mühasib Şirməmməd Baxşəliyev arasında da uzun müddətdir məhkəmə çəkişməsi gedib. 2016-cı ildə isə tanınmış iş adamı İsfəndiyar Axundov "Hom Paş Prestij" MTK şirkətini məhkəməyə verib. Şərurlu İsfəndiyar mənzillərin və mağazaların ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə tələb irəli sürüb. Bundan başqa, şirkətdən narazı olan payçılar Feysbukda səhifə açaraq problemlərini sosial şəbəkələr vasitəsi ilə ictimailəşdiriblər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 682   Tarix: 19 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

17:50 260
.

"Azərbaycan tərəfi sülhməramlıların missiyasına aid olmasa da,onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır" - Politoloq

Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edib. Rusiyanın "Krasnaya Zvezda" qəzeti bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişə bölgəsinə sülh və sabitlik gətirib, aparılan əməliyyat məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib. Mövzu ilə bağlı -a danışa

14:57 287
.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

21:30 0
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

13:28 702
.

Paşinyan Almaniyanın KfW Bankının nümayəndə heyətini qəbul edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya İnkişaf Bankının (KfW) nümayəndə heyətini qəbul edib. xəbər verir ki, müzakirələr bankın iştirakı ilə Ermənistanda yeni enerji sektoru layihələrinin potensial reallaşdırılması ətrafında gedib. Paşinyan Ermənistan və Almaniya arasında əməkdaşlığın davaml

20:15 35
.

BDU-nun tələbəsi intihar etdi

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald

10:32 801
.

Britaniyanın Baş naziri Sunak: "İsrail-İran gərginliyinin artması heç kimin xeyrinə deyil"

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib ki, İranın keçən həftə hava hücumundan sonra İsrailin şübhəsiz ki, özünü müdafiə etmək hüququ var, lakin gərginliyin artması heç kimin xeyrinə deyil. xəbər verir ki, Sunak paytaxt Londonda "Center for Social Justice" beyin mərkəzindəki çıxışınd

21:00 0
.

İran dövlət televiziyası: İsfahanda 3 dron məhv edilib

İran dövlət televiziyası İsfahan üzərində səmada üç dron müşahidə edildikdən sonra məhv edildiyi açıqlayıb. BİG.AZ xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb. Həmçinin Fars xəbər agentliyi İsfahanın beynəlxalq hava limanı yaxınlığında partlayışların eşidildiyini bildirmişdi. İranın dövlə

17:49 126
.

Ukrayna: Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi nəticəsində 8 nəfər həlak olub, 29 nəfər yaralanıb

Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 8 nəfər ölüb, 29 nəfər yaralanıb. Bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Açıqlamada Dnipro şəhərində 5 mərtəbəli bir mənzilin vurulduğu bildirilib. Bu hücum nəticəsində 2 nəfərin öldüyü

17:52 141