Sükan arxasında infarkt keçirən sürücü qırmızı işıqda keçdi - AĞIR QƏZA - VİDEO

Sükan arxasında infarkt keçirən sürücü qırmızı işıqda keçdi - AĞIR QƏZA - VİDEOBakının Nərimanov rayonunda yol qəzası baş verib.

BiG.AZ ONA-ya istinadla verdiyi məlumata görə, avtoqəza zamanı "VAZ 2115" və "Nissan" markalı avtomobillər toqquşub.

Bildirilir ki, Fətəlixan Xoyski küçəsi ilə İqbal İsmayılovun idarə etdiyi "Nissan" markalı avtomobil işıqforun yaşıl işığında yoluna davam edərkən "VAZ 2115" markalı avtomobil qırmızı işıqda keçərək onunla toqquşub.

Məlum olub ki, "VAZ 2115"-in sürücüsü sükan arxasında ürək tutması keçirdiyindən avtomobili saxlaya bilməyib. Vəziyyəti ağır olan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1071   Tarix: 19 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş