Elmar Vəliyevdən sonrakı Gəncə... - FOTOLAR

Elmar Vəliyevdən sonrakı Gəncə... - FOTOLAR...Gəncənin əsas girişindəki yollar bağlanıb. Səbəb sabiq icra başçısı Elmar Vəliyevin dövründən qalan mərkəzi küçələrin bərbad yolları yenidən salınması, su-kanalizasiya sistemi təzədən qurulması, küçələrin başdan-başa asfaltlanmasıdır. Bu, ölkənin ikinci paytaxtı sayılan Gəncəyə girişimizdə ilk təəssürat və müşahidələrimizdir.

Şəhərin mərkəzinə doğru irəlilədikcə tıxacların, qarmaqarışıqlığın, nəqliyyatın darısqal məhəllələrdən alternativ yol kimi istifadə etməsinin şahidi oluruq. Ancaq gəncəlilər nəqliyyatda yaşanan bu xaotik vəziyyətdən o qədər də narazı deyillər. Bilirlər ki, tezliklə yollar asfaltlanıb təhvil veriləcək.

2011-ci ildən bəri Gəncənin mərkəzi küçələri çala-çuxur, asfaltı dağılmış vəziyyətdə idi. Sakinlərin sözlərinə görə, yolların düzəldilməsi ilə bərabər kanalizasiya sistemi yenilənir. Ümumiyyətlə, Gəncə böyük bir tikinti meydançasını xatırladır.

Hazırda mərkəzi Təbriz, Xoyski, Ü.Hacıbəyov küçələri və Xətai prospekti asfaltlanıb. Bağbanlar küçəsi, Nizami prospekti də yeni təmir edilir. Yeni salınmış qəsəbələrdə yollar çox bərbaddır. Bildirilir ki, kanalizasiya sistemi çəkiləcək deyə, hələ yolları düzəltməyə tələsmirlər.

Sakinlər deyirlər ki, Eminbəyli küçəsi 10 ildir bərbad vəziyyətdəydi. Artıq bu küçəyə də yeni asfalt salınır.

Paralel olaraq isə 148 binanın dam örtüyü dəyişib, hazırda daha 50 binanın dam örtüyü yenilənir, daha 200 binada da bu işlər həyata keçiriləcək. Bina sakinlərinin problemlərindən biri də liftlərlə bağlıdır. Əksər binalarda liftlərin istismar müddəti başa çatıb. Amma onlara bildirilib ki, prezident sərəncamı ilə vəsait ayrılıb, tenderlə 75 yeni lift alınacaq və quraşdırılacaq.

***
Onu da öyrənirik ki, nəhayət, camaatın içməli su problemi həllini tapır. Bundan əvvəlki səfərimizdə şəhərin tən ortasında tez-tez üzərlərində "Ağ su" sözləri yazılan su maşınlarını görürdük. Bu sözlərin maşınların üzərinə yazılması səbəbsiz deyildi. Küçələrin genişlənməsi adı ilə aparılan xaotik söküntü işləri zamanı sovetdənqalma su xətləri sıradan çıxmış, yeni borular çəkilməmiş yollar asfaltlanmışdı. Nəticədə, Gəncənin böyük bir hissəsi susuz qalmış, elə həmin günlərdən də ölkənin ikinci böyük paytaxtında "ağ su" satan maşınlar peyda olmuşdu.

Son 2018-ci ilə qədər vəziyyət dəyişməz qalmış, "ağ su" satanların biznesi genişlənmişdi. Onlar ev-ev içməli su satırdılar ki, E.Vəliyev bu problemi zamanında qulaqardı edərək yoluna qoymurdu və dəfələrlə reportajlarımızda bu barədə yazmışdıq.

Əhali suyun vedrəsini 20 qəpikdən almağa məhkum olmuşdu. İndi problem tədricən həllini tapmaqdadır. Gəncə küçələrində dolaşdığımız saatlar ərzində "ağ su" satan maşınlara rast gəlmədik.

Bunda başqa, məşhur Xan bağının yuxarı tərəfi bərbad gündəydi, oranı abadlaşdırıb bağa birləşən park salınıb, yerdə şahmat düzəldilib, idman qurğuları qoyulub. Həmin idman qurğularının, yaşıllığın salınması məhəllələrin içində də nəzərdə tutulub.

Gəncənin şəhər təsərrüfatında insan əməyini yüngülləşdirmək üçün küçə süpürən yeni texnikalar, təzə zibil maşınları gətirilməsi, yeni konteynerlər qoyulması gözlənilir. İctimai nəqliyyat da təzələnir, belə ki, Belarusdan yeni elektrobuslar gətiriləcək.

Gəncənin təhsil, mədəniyyət və idman həyatında da dəyişikliklər nəzərə çarpır. Belə ki, Dövlət Aqrar Universitetinin yeni tədris korpusu tikilir, Gəncə Dram Teatrının yeni, müasir binası inşa olunur, olimpiya kompleksinin bünövrəsi qoyulur.

***
Hazırkı şəhər rəhbərliyinin vətəndaşlarla işləmək strategiyası isə ondan ibarətdir ki, köhnədən yığılıb qalaqlanan şikayətlər, tikinti və s. sosial məsələlər, özbaşınalıqlar, haqsızlıqla üzləşən sakinlərin problemləri araşdırılır. Gəncə Şəhər İcra Hakimiyyəti səlahiyyəti və imkanları daxilində keçmişdən qalan problemləri yoluna qoymağa çalışır.

Sakinlər bildirirlər ki, yeni icra başçısı Niyazi Bayramov təyin olunduqdan sonra müraciətlər araşdırılır, qəbula gedən şikayətçilər dinlənilir.

Halbuki əvvəllər belə olmayıb. Dərd-sərləri olanları qapıdan qovub, təhqir belə etmək kimi idarəçilik naqislikləri bu gün də qorxulu yuxu kimi söhbətlərdə qırmızı xətlə keçir.

Köhnə dönəmdən qalaqlanan qanunsuzluqların aradan qaldırılması üçün tədbirlər görülür, həlli mümkün olmayanlar isə məhkəmə müstəvisində çözülmək üçün yönləndirilir. Xüsusən də sahibkarların vaxtilə üzləşdiyi qanun pozuntuları indi ən ağrılı problem kimi qalmaqdadır. Kimisinin obyekti başına uçurulub, kimisinin tikintisi yarımçıq saxlanılıb...

***
Şəhəri gəzdikcə "post Vəliyev" dövrünü xatırladan mənzərələrə rast gəlirik. "Gəncə 2016 - Avropa gənclər paytaxtı" lövhəsi qarşımıza çıxır. Vaxtilə E.Vəliyev bu məqsədlə şəhərdə genişmiqyaslı söküntü-tikinti işləri aparmışdı. Niyyət gözəl olsa da, abadlıq işləri gəncəlilərin böyük narazılığına səbəb olmuşdu.

Adamları, sadəcə, dinləyən, istəklərini eşitmək istəyən olmamışdı. Gəncə avropalaşmaq yolunda addımladıqca, sıravi sakinlər həmin addımların altında "tapdalanmış", "əzilmişdilər".

Gəncə bulvarı proyekti də o vaxtdan yarımçıq qalıb. Məhz bu proyekt Gəncənin ümumi görünüşünü dəyişməli idi. Lakin yenə də narazılıq yaranmışdı. Sadə adamların evlərini söküb bulvar salınmağa başlanmışdı.

Sakinlərə isə kompensasiya əvəzinə, şəhərdən kənarda 3-5 sot torpaq sahəsi təklif olunub, götürməyənlərə isə "gedin, kimə istəyirsiz şikayət edin" şəklində münasibət sərgilənmişdi. Əlləri hər yerdən üzülən sakinlər məcbur olub şəhərdən kənara köç etməli olmuşdular.

Bəs bu hay-küyün sonunda nə oldu? Heç nə... Sakinlər deyirlər ki, bulvarın əsaslı tikintisinə ehtiyac var. E.Vəliyevdən yarımçıq qalan bu cür nəhəng layihələrdən biri isə "Qafqaz Grand" ticarət mərkəzidir.

Yerli sakinlər deyirlər ki, bazar sabiq icra başçısına məxsusdur. Bu gün də fəaliyyətini davam etdirir. Öyrənirik ki, ticarətçilərdən aylıq yer pulunu da sabiq başçının adamları yığırlar. Əslində Gəncənin əsas üç bazarı var: "Sərçə bazarı", (kiçik olduğu üçün belə adlanır), Mahrasa bağındakı bazar və kolxoz bazarı...

Sabiq başçının dövründə kolxoz bazarı sökülüb. Oradakı ticarətçilər isə "Qafqaz Grand"a yönləndiriliblər. Digər iki bazarda işləyənlər də məcburi şəkildə ora köçürülüblər, yer pulu da köhnə bazarlardan qat-qat artıq olub.

Ticarətçilər vəziyyətdən narazı olsalar da, əllərindən heç nə gəlməyib, məcbur həmin bazarda işləyib sahiblərinin aylarla, illərlə sərvətlərinin üzərinə sərvət gətiriblər.

Hətta Gəncədəki avtobusların hərəkət trayektoriyasını dəyişdirərək "Qafqaz Grand" ticarət mərkəzinin qarşısından salıblar. Di gəl, üç bazarı "udan" "Qafqaz Grand"ın ömrü 2018-ci ilin məlum qanlı olaylarına qədər sürüb...

Elə ki, icra başçısı vəzifəsindən azad olunub, ticarətçilərin əsas hissəsi köhnə bazarlara qayıdıblar, yerlə bir edilən kolxoz bazarının köhnə ticarətçiləri isə bu gün də "Qafqaz Grand"dadırlar. Maraqlısı budur ki, hazırda ən pis günlərini yaşayan bazarda ən ucuz qiymətə təklif olunan yerlərə müştəri tapılmır.

Adda-budda obyektlər, göy-göyərti bazarı işləyir, əksər dükanlar isə bağlıdır, qarşısında icarəyə verilməsi barədə elanlar vurulub.

Əslində ticarət mərkəzinin ərazisi Bakıdakı "8-ci kilometr bazarı" ilə bəhsə girəcək qədər böyükdür. Gəl ki, burada işləmək istəyənlər o qədər çox deyil.

Amma Vəliyevdən qalan miras tək bu bazar deyil. Sabiq başçının Gəncənin Cavad xan küçəsində də tikintisi yarımçıq qalmış hoteli var.

Obyektin içərisindəki işlər tamamlanmayıb. Eyni zamanda "Ramada" hotelinin də onun nəzarətində olduğu söylənir. Sakinlər isə deyirlər ki, E.Vəliyev özü burada yaşamır, evinin qapısı qıfıllıdır. Ondan qalan mal-mülk, bir də acı xatirələrdir...

Yeni Müsavat
Elmar Vəliyevdən sonrakı Gəncə... - FOTOLARElmar Vəliyevdən sonrakı Gəncə... - FOTOLARElmar Vəliyevdən sonrakı Gəncə... - FOTOLARElmar Vəliyevdən sonrakı Gəncə... - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1542   Tarix: 19 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

28.03.2024 105
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

28.03.2024 208
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

28.03.2024 507
.

Azərbaycanda ana 16 yaşlı qızına işgəncə verib - VİDEO

Azərbaycanda 16 yaşlı qız anası tərəfindən vəhşicəsinə döyülüb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan və anası tərəfindən döyülən Aytacın babası bildirib. Babası bildirib ki, nəvəm anası tərəfindən işgəncələrə məruz qalıb. Aparıcı Aytacı

13:35 0
.

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 19-cu günüdür. BİG.AZ xəbər verir ki, sabah imsak vaxtı saat 05:02, iftar isə 19:17-dədir. İmsak duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin". Tərcüməsi:. "İlahi, b

28.03.2024 190
.

Qəzzada ölənlərin sayı 32623 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı artıb. Bu barədə Fələstinin Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Kudra məlumat yayıb. Kudra bildirib ki, son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağın

13:26 0
.

Azərbaycanda "Prius"un qiyməti kəskin ucuzlaşdı (FOTO)

Azərbaycanda istehsal ili 8 ildən çox olan "Toyota Prius"ların kütləvi satışına başlanılıb. BİG.AZ -a istinadən xəbər xəbər verir ki, buna səbəb Nazirlər Kabinetinin taksilərlə bağlı verdiyi qərar olub. Belə ki, verilən qərara əsasən, 2016-cı ildən əvvəlki illərdə istehsal olunan avtomobillərl

13:15 0
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28.03.2024 259
"Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28.03.2024 358