Zakir Həsənov təlim-məşq mərkəzinin açılışında

Zakir Həsənov təlim-məşq mərkəzinin açılışındaAzərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) modernləşdirilməsi çərçivəsində həyata keçirilən idarəetmə sisteminin təkmilləşdirilməsi və yüksək texniki standartlar səviyyəsinə çatdırılması istiqamətində fəaliyyətlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən BiG.AZ-a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Aviasiya təmiri zavodunda olub.

Müdafiə nazirinə təyyarə və helikopter aqreqatlarının, mühərrik və reduktorlarının, aviasiya texnika və avadanlığının, eləcə də radioelektron avadanlıq və aviasiya silahlarının təmiri sexlərində həyata keçirilən cari fəaliyyətlər barədə məruzə olunub. Nazir aviasiya vasitələrinin hazırlığı, aqreqatların cari təmiri və reqlament işlərinin gedişi ilə maraqlanıb.

Sonra müdafiə naziri HHQ-nin MiQ-29 qırıcı təyyarələrinin təlim-məşq mərkəzinin açılışında iştirak edib.

General-polkovnik Z.Həsənov mərkəzin aviasiya mühəndisləri, aviasiya silahları, uçuşların idarəolunması və təhlili siniflərində olub, hərbi pilotların hazırlıq məşqlərini izləyib və müvafiq tapşırılar verib. Müdafiə nazirinə məruzə olunub ki, burada quraşdırılmış simulyasiya qurğuları eyni vaxtda iki və ya dörd təyyarənin uçuşunu təmin etməyə imkan verir.
Müdafiə nazirinə uçuş heyəti üçün nəzərdə tutulan yüksəklik ləvazimatları və avadanlıqları nümayiş etdirilib.

Mərkəzdə yaradılan şəraitlə tanış olduqdan sonra müdafiə naziri hərbi pilotlarla müşavirə keçirib və onların qarşısında konkret tapşırıqlar qoyub.

Sonda Müdafiə nazirliyinin rəhbərliyi uçuş heyəti ilə birlikdə nahar edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 405   Tarix: 19 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rusiyada terror aktı nəticəsində ölənlərin sayı 143 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada törədilən terror aktı nəticəsində ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, ölənlərin sayı 143 nəfərə çatıb. Bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko mediaya məlumat yayıb. O bildirib ki, martın 22-də "Crocus City Hall" konsert zalında baş vermiş terro

28.03.2024 133
.

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir"

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir,Ermənistan tərəfi bəlli kəndlərin qaytarilmayacaği təqdirdə rəsmi Bakinin onu təhdid etdiyini və hətta muharibənin başlana biləcəyini istisna etmir. Azərbaycanin bu kəndlərin qaytarilmayacaği təqdirdə çağirişlarind

28.03.2024 198
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

28.03.2024 839
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

28.03.2024 188
.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

28.03.2024 122
.

ABŞ-da bıçaqlı hücum: 4 ölü

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Polis hadisə yerinə gəlib və hücum edən şəxs saxlanılıb. Faktla bağlı araşdırma başladılıb

28.03.2024 144
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28.03.2024 358
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114