Dünyada ilk dəfə döyünən ürək "çap olunub" - VİDEO

Dünyada ilk dəfə döyünən ürək "çap olunub" - VİDEOİsrail alimləri dünyada ilk dəfə olaraq insan toxumasından hazırlanan ürəyi 3d formatında "çap ediblər".

BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrailin Təl-Əviv Universitetinin saytında bildirilib. Aprelin 15-də Təl-Əviv Universitetinin laboratoriya rəhbəri, professor Tal Dvir xəstədən götürülən toxumalardan hazırlanan süni ürəyi 3d printerdən istifadə edərək "çap edib". Printerin ürəyi "çap etməsi"nə 3 saat yarım vaxt sərf olunub. Ürək təxminən 2,5 santimetrdir və dovşan ürəyinə bənzəyir.

Bu üsulla bir neçə ürək "çap olunub" və hazırlanan süni ürəklər ilkin eksperiment olaraq heyvanlara nəql olunacaq.

İsrail alimlərinin bu kəşfi artıq onu deməyə əsas verir ki, gələcəkdə orqan transplantasiyası zamanı bədənin yad orqanı qəbul etməməsi problemi aradan qalxacaq. Elə insan toxumalarından istənilən orqanı bu üsulla hazırlayıb xəstəyə köçürmək mümkün olacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1153   Tarix: 16 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Turlar.az