"İçməyə və çəkməyə meylli olan daha çox rus məktəblərinin şagirdləridir" — Azər Həsrət

"İçməyə və çəkməyə meylli olan daha çox rus məktəblərinin şagirdləridir" — Azər Həsrət

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət rus məktəblərinin şagirdlərini aşağılayan fikirləri ilə qalmaqal yaradıb.

BiG.AZ demokrat.az-a istinadən xəbər verir ki, bu barədə Azər Həsrət sosial şəbəkədə fikir bildirib.

Onun fikirlərini təqdim edirik:

"Bilirdinizmi? Bakıda klublarda-əyləncə məkanlarında daha çox gözə dəyən uşaqlar bir qayda olaraq rus məktəblərində oxuyanlardır. Açığı, elə yerlərə yolum düşmədiyi üçün bunu şəxsən təsdiq edə bilmirəm. Digər tərəfdən, içməyə və çəkməyə meylli olan da daha çox rus məktəblərinin şagirdləridir. Əlavə olaraq, siz heç 700 bal toplayan rus məktəbi məzununa rast gəldinizmi? Mən gəlmədim. Bilən varsa, lütfən, paylaşsın, bizim də bilgimiz olsun".

"İçməyə və çəkməyə meylli olan daha çox rus məktəblərinin şagirdləridir" — Azər Həsrət


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 503 Tarix: 16.04.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər