Bakıda falçının əl-ayaqlarını bağlayıb vəhşicəsinə öldürdü - YENİ XƏBƏR - FOTOLAR

Bakıda falçının əl-ayaqlarını bağlayıb vəhşicəsinə öldürdü - YENİ XƏBƏR - FOTOLARBakının Hövsan qəsəbəsində 1963-cü il təvəllüdlü Anjelika Morozovanı vəhşicəsinə öldürən Qazax rayon sakini, 1985-ci il təvəllüdlü Namiq Vəkilov Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə qəsdən adam öldürmə), 120.2.9 (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərşəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə məhkum olunan və Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 18 il müddətinə azadlıqdan məhrum edilən Namiqin apelyasiya şikayəti təmin olunmamasından sonra o, Ali Məhkəməyə üz tutub. Namiq Vəkilov cəzasının yüngülləşdirilməsini xahiş edib.

Qeyd edək ki, ötən il fevralın 24-də Hövsan qəsəbə sakini Morozova Anjelika Vasilyevnanın yaşadığı mənzildə, üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi məlumatı əsasında, Suraxanı RPİ və rayon prokurorluğu əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilib. Suraxanı rayon prokurorluğunda başlanan cinayət işi istintaqın davam etdirilməsi üçün Bakı şəhər prokurorluğuna həvalə edilib. Təyin edilən məhkəmə-tibbi ekspertizasının rəyinə görə, A.Morozovanın ölümünə mexaniki asfiksiya, yəni boğulma səbəb olub.

Qətlə yetirilən qadın tək yaşayıb. Hadisəni törədən şəxs mənzilin qapısını bağlayaraq, ərazidən uzaqlaşıb. Morozovaya zəng edən yaxınları, onun cavab vermədiyini gördükdə polisə müraciət ediblər.

Ayın 28-də keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Suraxanı RPİ 30-cu polis bölməsinin əməkdaşları mərhumun tanışı Namiq Vəkilovu Qazax rayonu ərazisində tutublar.

O, etiraf edib ki Anjelikadan 500 manat borc pul alıb, bir müddətdən sonra qadın pulunu istədikdə, həmin məbləği qaytara bilməyəcəyini başa düşüb və buna görə də onu öldürüb.

Ayın 21-də Namiq Vəkilov Xətai rayonunda yerləşən aptekdən psixotrop tərkibli "Tramadol" həbləri alıb və oradan avtobusla Hövsana gəlib. Qadının süzdüyü çay fincanına dərmanı əzib, toz şəkilində tökərək 15-20 dəqiqədən sonra onun halsız vəziyyətə düşməsinə nail olub. Morozova çarpayıya uzandıqda, başına selofan paket keçirərək, onu qəsdən həyatdan məhrum edib.

Bakıda falçının əl-ayaqlarını bağlayıb vəhşicəsinə öldürdü - YENİ XƏBƏR - FOTOLARBakıda falçının əl-ayaqlarını bağlayıb vəhşicəsinə öldürdü - YENİ XƏBƏR - FOTOLARBakıda falçının əl-ayaqlarını bağlayıb vəhşicəsinə öldürdü - YENİ XƏBƏR - FOTOLAR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1702   Tarix: 16 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24.04.2024 456
.

"Bu uğur İlham Əliyev tərəfindən müəyyən edilmiş diplomatiyamızın qələbəsidir" - Politoloq

Azərbaycan-Ermənistan sərhədində ilk dirək yerləşdirilib. Politoloq Elşən Manafov -a bildirib ki, Azərbaycan və Ermənistan arasında sərhəd xətlərinin müəyyən edilməsi istiqamətində uzun müddət aparılan danışıqlar demarkasiya proseslərinin həllində ilk ciddi uğurla nəticələnmişdir:. "Bu uğur il

24.04.2024 386
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

16:33 166
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

14:42 339
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24.04.2024 1640
.

Uelsdə məktəbə bıçaqlı hücum: 3 nəfər yaralanıb

Uelsin Ammanford şəhərində məktəbə bıçaqlı hücum olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 nəfər yaralanıb. Hücum zamanı 1 nəfər şübhəli qismində saxlanılıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub

12:00 146
.

34 ildir "Simpsonlar"da görünən obraz "öldü"

"Simpsonlar" cizgi serialının yaradıcıları 34 il "Moe's" barında yer alan "Larri" personajını "öldürüblər". Axşam.az xəbər verir ki, ekran işinin son bölümündə onun öldüyü ilə bağlı səhnə yer alıb. Belə ki, bu personaj 34 ildir ki, həmişə dostu Sem ilə sözügedə

16:06 165
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

24.04.2024 479
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma soyqırımı ilə bağlı ucaldılmış "Tsitsernakaberd" "memorialında" etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Yayımlanan videoda Akopyanın kiçi

24.04.2024 757