Bakıda DƏHŞƏTLİ QƏTL - Həbsxanadan çıxdı, iki bacısını bıcaqladı - VİDEO

Bakıda DƏHŞƏTLİ QƏTL - Həbsxanadan çıxdı, iki bacısını bıcaqladı - VİDEO

Gecə saatlarında paytaxtın Xəzər rayonunda qətl hadisəsi baş verib.

BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, hadisə Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində qeydə alınıb.

Ailə münaqişəsi zəminində 1976-cı il təvəllüdlü Əlimanov Muxtar Şirbala oğlu bacıları - 1964-cü il təvəllüdlü Əlimanova Səadət və 1962-ci il təvəllüdlü Əlimanova Məlahət Şirbala qızına çoxsaylı bədən xəsarətləri yetirib. Səadət Əlimanova aldığı xəsarətdən dünyasını dəyişib.

Digər yaralı - Əlimanova Məlahət Şirbala qızı isə xəstəxanaya çatdırılıb. Ona bədənin müxtəlif nahiyələrində dərinə nüfuz edən çoxsaylı kəsilmiş-deşilmiş yara diaqnozu qoyulub. Yaralı dərhal əməliyyat edilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, Muxtar Əlimanov bundan əvvəl də məhkum edilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 488 Tarix: 16.04.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol