Şagirdlərin münasibətində zorakılğı artıran səbəblər – VİDEO

Şagirdlərin münasibətində zorakılğı artıran səbəblər – VİDEOSon zamanlar cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri də şagirdlər arasındakı münasibətlər və zorakılıq hallarının artmasıdır. Buna ən əsas səbəb kimi əsasən sosial sürətli medianın inkişafı və burada zərərli informasiyaların yayılması göstərilir.

ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Anar Məmmədov - Təhsil üzrə ekspert: "Əvvəlki şagirdlərin informasiya axınına bu qədər çıxışı yox idi. Əvvəlki şagirdlər bu yaşda zorakılıqdan xəbərləri yox idi, bu yaşda açıq məlumatlardan, yaşlarına uyğun olmayan məulmatlardan xəbərləri yox idi".

Uşaqlarda aqressiyasının artmasında təhsil müəssisələri qədər valideynin də rolu var. Bəzi ata və anaların övladlarına vaxt ayırmaması, zərərli davranışlarının zamanla düzəlcəyini gözləməsi və ya bunun məsuliyyətini təkcə müəllimlərdə görməsi təhlükənin daha da artmasına yol açır.

Elnur Rüstəmov – Psixoloq: "Bu gün ailə daxili şiddət, zorakılıq var. Bundan da ən çox əziyyət çəkən o ailədə böyüyən uşaqlardı. Valideyn də düşünür ki, zaman keçər düzələr. Yaxud da düşünür ki, bunu məktəb etməlidir. Amma mən düşünürəm ki, məktəbə qədər bu işdə valideyn də məsuliyyət daşıyır".

Uşaqların düzgün istiqamətdə tərbiyə olunmasında müəllim, valideyn və psixoloqlar birgə çalışmalıdır. Ekspertlər belə hesab edir ki, bunun üçün digər dövlət qurumlarının, hətta hüquq-mühafizə orqanları nümayəndələrinin rolundan da istifadə olunmalıdır.

Elmar Nurəliyev - Təhlükəsizlik mütəxəssisi: "Məktəb rəhbərlikləri, rəhbərlər uşaq inspektorları ilə qarşılıqlı iş görməlidirlər. Məktəbdə hansısa uşaqda bir problem varsa, məsələn, istər mənəvi-psixoloji, istər şagirdlə müəllim arasında, yaxud da şagirdlə ailə-ev arasında problem varsa o uşaq inspektorunun köməyi ilə bunun aradan qaldırımağına nail olmaq olar".

Əsas problemlərdən biri də müəllimlərin uşağa görə məsuliyyətini məktəbin qapısından çıxdığı an, valideyn isə evdən çıxan kimi bitdiyini düşünməsidir. Amma halbuki müəllimlərin uşağın dərsdən sonrakı həyatı, valideyn isə həm də məktəbdəki davranışlarını ilə mütəmadi maraqlanmalıdır.

Şagirdlərin zərərli davranışları məsələsində həm valideyn, həm də müəllimlər özünə düşən vəzifələri anlamalı və məsuliyyətlə yanaşmalıdırlar. Bu məsələdə gözardı edilən hər hansı xırda məqam belə sonralar daha təhlükəli nəticələrə səbəb ola bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 998   Tarix: 15 aprel 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sabah 30° isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 13-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

13:00 156
.

Bakıda DƏHŞƏT! - Sevgilisini öldürüb özünü yaraladı

Bakıda 22 yaşlı qadın qətlə yetirilib. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub

10:03 436
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 583
.

İran dövlət televiziyası: İsfahanda 3 dron məhv edilib

İran dövlət televiziyası İsfahan üzərində səmada üç dron müşahidə edildikdən sonra məhv edildiyi açıqlayıb. BİG.AZ xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb. Həmçinin Fars xəbər agentliyi İsfahanın beynəlxalq hava limanı yaxınlığında partlayışların eşidildiyini bildirmişdi. İranın dövlə

19.04.2024 258
.

Pensiyaya yalnız bu qadınlar daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19.04.2024 633
.

"Azərbaycan tərəfi sülhməramlıların missiyasına aid olmasa da,onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır" - Politoloq

Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edib. Rusiyanın "Krasnaya Zvezda" qəzeti bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişə bölgəsinə sülh və sabitlik gətirib, aparılan əməliyyat məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib. Mövzu ilə bağlı -a danışa

19.04.2024 379
.

Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib

Moskva yaxınlığında Balaşixa şəhərində azərbaycanlı iş adamı Nazim Əhmədov qətlə yetirilib. Məlumata görə, 61 yaşlı iş adamı ona məxsus olan "Yunis" adlı mağazaya yaxın parklanma yerində öldürülüb. Bildirilir ki, parklanma yerində onu qara geyimdə olan naməlum şəxs gözləyib və Nazim avtomobilində

14:43 49
.

Rusiya: "Qərb Zelenskini aradan götürmək qərarına gəlib"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbin Ukrayna prezidenti Vladimir Zelenskini yox etməyə qərar verdiyini iddia edib. xəbər verir ki, Medvedev sosial media hesabından verdiyi açıqlamada Polşada Zelenskiyə qarşı sui-qəsd cəhdində istifadə oluna biləcək məlumatları sızdırmağ

19.04.2024 445
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 470